10.09.2012

AZƏRBAYCANDA HƏRBIYƏ YIĞIM BAŞLANDI

Dövlət Xidməti sağlam gəncləri yüksək maaşla Silahlı Qüvvələrdə işə dəvət edir

Azərbaycanda Silahlı Qüvvələrə yığım başlanılıb. Bununla bağlı Bakının rayronlarında küçələrdə elanlar yayılıb.
Elanda əsasən Silahlı Qüvvələrdən tərxis olunmuş, 25 yaşına qədər sağlam, orta (9-11-ci sinif, orta texniki və ali) təhsilli gənclərə üstünlük verildiyi qeyd olunur. Daha sonra bildirilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində fəaliyyət göstərən, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlıq kurslarına qəbul keçirilir. Kursları bitirən hərbi qulluqçular işlə və işlədiyi müddətdə yüksək maaşla təmin olunur.
Xidmət müddəti artlıqca maaş da artır. 45 yaşında isə yüksək təqaüdlə ordudan tərxis olunur.
Məlumat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayonlar üzrə idarələrinə müraciət etmək olar.
Əldə etdiyimiz məlumata görə, bu elanlar bir neçə gündür yayılmağa başlayıb. Özü də, təkcə Bakıda deyil, respublikanın müxtəlif rayonlarında sağlam gəncdər yüksək maaşla Silahlı Qüvvələrdə işə dəvət olunur. Ekspertlər hesab edir ki, bu addamın atılması ordunun daha da güclənməsinə və peşəkar ordu sisteminə keçidlə əlaqədardır. (publika.az)

Комментариев нет:

Отправить комментарий