MİRBAĞIR FƏYYAZ
Hicransa hər eşqin tini,
Unudub nifrəti, kini
Məni gizli bir söz kimi
Ürəyində saxlayarsan...
Fərhadam külüngü təmiz,
Şirin yanında qul, kəniz.
Mən qumlu sahil, sən dəniz
Əsib – coşub çağlayarsan...
Xəstə dərdin həkim bilir
Gəl, nazını çəkim bilim.
Həyatdır, canım, kim bilir
Bir gün ölsəm ağlayarsan...
YOXLUĞUM
Niyə darıxırsan, bax bu suala
Özün də bir cavab tapa bilmirsən.
Gözünü çəksən də şəkillərimdən
Ama, xəyalımdan qopa bilmirsən.
Şəklimi özünə təsəlli bilmir
Qara gözlərində açdığım izlər...
Dağılıb ruhunun dərinliyinə
Titrək nəfəsimlə dediyim sözlər...
Zülmət gecələrdə tutduğun dilək
Qara kölgələrdən ümid dilənir.
Qara tellərini dağıdan külək
Arıq əllərimi əvəz eləmir...
HƏRDƏN BELƏ DƏ OLUR
Atıb qürurunu bu bayram günü
Mən elə bilirdim, zəng edəcəksən.
Hamının şad günü, firavan günü
Məni də bir anlıq yad edəcəksən...
Gözlədim, həsrətim çox uzun oldu,
Zəng gəldi, telefon dəstəyi susdu.
Hisslərin danışdı, mənsə dinlədim,
Dilimin neçə söz, istəyi susdu...
Bu bayram günündə, bu yeni ildə
Köhnə xatirələr ilində qaldım.
Telefon dəstəyi sənin əlində
Sənsə qürurunun əlində qaldın.
mirbagir.feyyaz@mail.ru
Hicransa hər eşqin tini,
Unudub nifrəti, kini
Məni gizli bir söz kimi
Ürəyində saxlayarsan...
Fərhadam külüngü təmiz,
Şirin yanında qul, kəniz.
Mən qumlu sahil, sən dəniz
Əsib – coşub çağlayarsan...
Xəstə dərdin həkim bilir
Gəl, nazını çəkim bilim.
Həyatdır, canım, kim bilir
Bir gün ölsəm ağlayarsan...
YOXLUĞUM
Niyə darıxırsan, bax bu suala
Özün də bir cavab tapa bilmirsən.
Gözünü çəksən də şəkillərimdən
Ama, xəyalımdan qopa bilmirsən.
Şəklimi özünə təsəlli bilmir
Qara gözlərində açdığım izlər...
Dağılıb ruhunun dərinliyinə
Titrək nəfəsimlə dediyim sözlər...
Zülmət gecələrdə tutduğun dilək
Qara kölgələrdən ümid dilənir.
Qara tellərini dağıdan külək
Arıq əllərimi əvəz eləmir...
HƏRDƏN BELƏ DƏ OLUR
Atıb qürurunu bu bayram günü
Mən elə bilirdim, zəng edəcəksən.
Hamının şad günü, firavan günü
Məni də bir anlıq yad edəcəksən...
Gözlədim, həsrətim çox uzun oldu,
Zəng gəldi, telefon dəstəyi susdu.
Hisslərin danışdı, mənsə dinlədim,
Dilimin neçə söz, istəyi susdu...
Bu bayram günündə, bu yeni ildə
Köhnə xatirələr ilində qaldım.
Telefon dəstəyi sənin əlində
Sənsə qürurunun əlində qaldın.
mirbagir.feyyaz@mail.ru
Комментариев нет:
Отправить комментарий