"Hətta mən çərəz dükanından bir badam ləpəsi götürüb cibimə atmışdım, onu da büküb qaytardılar"
İrandan yenicə həbsdən qayıdan şair Şəhriyar Hacızadə ilk geniş müsahibəsini AzadlıqRadiosuna verib. Müsahibəni sizə təqdim edirik:
-Sizinlə necə davrandılar?
- Tam səmimi deyirəm, bizimlə şair kimi, şəxsiyyət kimi davrandılar. Yəni susmaq azadlığı da verdilər, danışmaq azadlığı da... Demək istəyirəm ki, cinayətkar kimi yox, adi dustaq kimi davrandılar. Əvvəlcə dindirilmə oldu. Sonra dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə xarici işlər naziri Elmar Məmmədyarov hər görüşdə bizim məsələmizi qaldırırdı. Bu dövlətin diqqəti deməkdir. Yəni dövlət öz şairindən, vətəndaşından ötrü narahatdır. Azadlığa çıxandan sonra eşitdik ki, Ramil Səfərov azad olunub. Onun azadlığa çıxmağına öz azadlığım kimi sevindim.
- İranda saxlanılan gün bunun səbəbini dedilər sizə?
- Yox, həmin vaxt heç nə demədilər. Sonradan bunu bildik. Poeziya festivalında bizimlə bir yerdə olan adamlar siyasi müxalif olan adamlardır. Dedilər, icazə kağızı almadan mədəni əlaqələr yaratmağa gəlmisiniz. Bu kağız Təbrizdən alınmalıydı. İttiham bu oldu. Amma hökm veriləndə başqa səbəb dedilər.
«SÜLH ŞƏRAİTİNDƏ BEŞ NOTAYA CAVAB VERMƏMƏK XOŞAGƏLMƏZ HADİSƏDİ»
- Təbrizdə Şəhriyarın oğlu ilə görüş videosunda sizin yanınızda bir hərbçi var idi. O kim idi?!
- Düzü bunun təfərrüatını bilmirəm. Səhv etmirəmsə, Şəhriyarın ev muzeyinin qoruyucusu idi. Açığı, bu haqda nəsə deməkdə çətinlik çəkirəm. Mənim üçün qaranlıqdır bu məsələ. Əsas odur ki, vətəndəyik, azad olunmuşuq. Biz top-tüfənglə getməmişdik ki... Düzdür, çox uzun çəkdi, bu qədər olmamalıydı. Bizim dövlət İrana beş dəfə nota verdi, amma cavabsız qaldı. Sülh şəraitində beş notaya cavab verməmək xoşagəlməz hadisədir.
- Sizə qarşı psixoloji, fiziki təzyiq olmayıb?
- Yox, orda fiziki təzyiqdən söhbət gedə bilməz. Psixoloji təzyiqi də özlüyümdə hiss edirdim. Azadlığım yox idi, vətəndən, doğmalarımdan kənarda idim.
- Sizi həm də strateji obyektlərin şəklini çəkməkdə ittiham edirdilər...
- Biz İranda mədəni yerlərdə olmuşuq. Məsələn, sən bir ölkəyə gedəndə haranı gəzib-görmək istəyərsənsə, biz də orda olmuşuq. Çəkdiklərimiz də mədəni abidələrin şəkli olub. Marağa Rəsədxanasında, tarixi məscidlərdə, Şəhriyarın ev muzeyini gəzmişik.
BADAMI DA ÖZÜMƏ QAYTARDILAR...
- Diktofonlarınızı, fotoaparatlarınızı özünüzə qaytardılar?
- Biz azad olunanda konsul Əli Əlizadə ilə İran tərəfi arasında protokol imzalandı ki, azərbaycanlı gənc şairlər sənədləri və şəxsi əşyaları ilə bir yerdə öz ölkəsinə təhvil verilsin. Bizim bütün problemlərimizi konsulluq həll etdi. Əli Əlizadə bizi üç dəfə qəbul etdi, çox yaxşı münasibət göstərdi. Bu əlbəttə, Xarici İşlər Nazirliyinin göstərişi idi, amma hər halda deməliyəm ki, yeyib-içməyimiz, qalmağımız çox yaxşı oldu. Gələndə də konsulun müavini Nəriman Orucəliyev bizi şəxsi maşınında gətirdi. Bütün şəxsi əşyalarımız qaytarıldı. Hətta mən çərəz dükanından bir badam ləpəsi götürüb cibimə atmışdım, onu da büküb qaytardılar. Badamı oteldə Fəridə göstərəndə güldü.
- Fotoaparatın və diktofonun yaddaş kartı yerində idi?
- Bu haqda başqa vaxt geniş danışarıq. Mətbuat konfransı keçirəcəyik, orda detallara vararıq.
İRANA ŞƏXSİ İSTƏYİMİZLƏ GETMİŞDİK
- Bir məsələni də dəqiqləşdirmək istəyirəm. Siz həbs olunanda AYB-nin cənub şöbəsinin rəhbəri Sayman Aruzu günahlandırdılar ki, sizi o göndərib, həbsinizdə onun əli var. Bu haqda nə deyə bilərsən?!
- Bu barədə məlumatım yoxdur. Amma belə bir məsələ varsa doğru deyil. Sayman Aruzla bizim normal münasibətlərimiz var, ədəbi mühitdə görünən bir şairdir. Bizi dəvət etmişdilər, İrana şəxsi istəyimizlə getmişdik. Getməyə də bilərdik. Sadəcə gəzmək, görmək istəmişdik. Fəridlə Rusiyanı, Türkiyəni, İranı gəzmək planımız var idi. Mən özüm birinci Təbrizi seçdim. Çünki mənim anam orda müalicə olunmuşdu. Fəridə dedim, anamla bağlı xatirələri toplamaq istəyirəm.
- Həbsdə olanda şeir yazmısan?
- Yazmışam. Şeir də, esse də, hekayə də... Bir az üstündə işləyim AzadlıqRadiosunun «Oxu Zalı»na göndərəcəyəm. Anama aid yazmışam.
Ay ana, ha daş döyülsən,
Nə ola gəlib dəyəsən,
Qırx gündür bacım ağlayır,
Anası ölüb deyəsən.
- Sizi Fəridlə bir yerdə saxlayırdılar?
- Bu haqda mətbuat konfransında danışarıq. Hər şeyi orda açıqlayacağam. Gələndə eşitdim ki, Zərdüşt Şəfi dünyasını dəyişib. Ailəsinə, doğmalarına başsağlığı verirəm.
Cavid Zeynallı

Комментариев нет:
Отправить комментарий