Seyfəddin Altaylı
Ankara
Ey böyük ulusun anası anam
Oğuz ellərindən qalan nişanam
Eşqinlə yaşıyam, eşqinlə yanam
Sənsən bu bağrımda çırpınan dilim
Həsən Məcidzadə, "Savalan"
Azərbaycan və Anadolu coğrafiyaları bir-birlərinin davamıdır. Digər tərəfdən bu yerlər biz Türklərin əzəli və əbədi yurdudur, yəni doğma vətənimiz mərkəzi Urmiyə gölü olmaqla Kür ilə Araz çayları arasında qalan Aran məntəqəsi, şərqi və cənub şərqi Anadolu bölgələri ilə quzeyli-güneyli Azərbaycan torpaqlarıdır. Bizim doğma vətənimiz, bolşeviklərin ixtira etdiyi terminlə desək, Orta Asiya, yəni Türküstan deyildir.
Oralar bizim ata vətənimizdir, ulu babalarımız coğrafi səbəblərdən asılı olaraq doğma vətənimizdən oralara gediblər və qovmlar köçü ilə də geri qayıdıblar. Təbii ki, bu köçəköçdə orda da qalanlar olub, Türküstana üz tutduqda buralarda qalanlar da.
Yazının başlığına "Həsənoğlunun Dili" adını qoymaqla Anadolu və Azərbaycan coğrafiyalarında yaşayan qardaş xalqların, yəni bizlərin qaysaqlanmış yarasının üstündəki qamqağı, ürəyimiz sancsa da azca tərpətmək, bəzi gerçəkləri təkrarən xatırlatmaq istədim.
İzzəddin Həsənoğlu on üçüncü əsrin axırları və on dördüncü əsrin başlarında yaşayıbdır, bunu hər bir Azərbaycan Türkü və hər bir ziyalı Anadolu Türkü yaxşı bilir. İzzəddin Həsənoğlu bizim klassik ədəbiyyatımızın qütb ulduzlarından biridir. İndiyə kimi əldə edilən mənbələrə əsasən onun iki Türkcə, iki dənə də Farsca qəzəli bilinirdi. Divanı haqda isə heç bir məlumat yoxdur.
Hardasa üç il qabaq Türkiyənin Kültür Bakanlığında işləmiş və təqaüdə çıxmış bir dostum bir gün gecənin oğlan çağında mənə zəng elədi və "sənə bir sürprizim var, əminəm ki, heyrətə düşəcəksən" deyərək hökmən görüşməmizi istədi. Şərtləşdik və cümə ertəsi günü Ankaranın Qızılay bölgəsində bir çayxanada görüşüb, küncdə, hay-küydən uzaq bir stolda əyləşib hal-əhval tutduq. Dostum, çayxanada işləyən oğlanın gətirdiyi çaydan bir qurtum almamış əlinin altındakı çamadanından etina ilə qonur cildli köhnə bir kitab çıxardı və "bir bax görüm bu sərvətdən xəbərin vardı, ya yox" dedi. Kitabın cildini açıb oxuduqda gözlərimə inanana bilmədim. Əlyazma əsərin üstündə "Sirətin Nəbi" sözləri yazılmışdı. O saat axırıncı vərəqi açdım, çünki qədim əlyazmalarda əsərin müəllifinin həmişə öz adını orda qeyd etməsi qaydadır. Sonuncu vərəqdə əsərin müəllifinin Həsənoğlu olduğu yazılmışdı. Öz-özümə uca səslə, "doğrudan da bu əsər İzzəddin Həsənoğlunundur?" sualını verdim, dostum gülümsünərək üzümə baxdı, təkrar oxu dedi. Bir daha oxudum. Heyrət içində donub qalmışdım. Məsnəvi şəklində yazılan əsərin istinsah tarixi, yəni bir xəttat tərəfindən üzünün köçürüldüyü il hicri 1217, miladi 1802 idi. Deməli, əsər təqribən beş yüz il sonra istinsah edilmişdi və 366 vərəqdən ibarətdi. Sonuncu vərəq olan 366/b-dəki beytdə deyilirdi;
Həsənoğlu bu xidmət işigində
Yüzin oldu türab əlhamdülillah.
Ahıl bir gün ömrümü həba qıla
Torpaq axırı əzalarumi cüda qıla
İlahi saxlaqıl ol kişinün imanını
Kim bənüm xəttimü görüb dua qıla.
Sözün əsl mənasında keyləşmiş kimi idim. Dostuma üzümü tutub, "Bəy bunu nə cür və hardan əlinizə saldınız? - deyə sual verdim. Dostumun köhnə əsərlər mübtəlası olduğunu çoxdan bilirdim, ancaq yenə də bu sualı vermişdim. Gülümsündü və; "əsərin izini Finlandiyada tapdım. İnternetdə onun adını görcək həmin ünvandan əsəri internetə çıxaran şəxslə əlaqə saxladım və ünvanın yiyəsi kitabı satmaq istədiyini söylədi. Qiyməti barədə razılaşdıq və şərtləşdik. Onun telefonunu və yaşadığı ünvanı götürdüm, vaxt itirmədən bilet alıb üz tutdum Finlandiyaya və gedib şərtləşdiyimiz pulu verib kitabı satın aldım. Əsəri aldığım şəxs gömrükdən çıxışda mənə kömək oldu və başım ağrımadan onu götürüb gətirdim" dedi. Dostum hətta əsərin müəyyən yerlərindən surət çıxarmış və o səhifələri latın əlifbasına köçürmüşdü. Azərbaycan Türkcəsini yaxşı bilmədiyindən həmin beytləri Anadolu Türkcəsinin yazı qaydalarına görə köçürmüşdü. Ordaca bir neçə yerdə düzəlişlər də etdim. O surətini çıxardığı səhifələri mənə bağışladı. Təşəkkür edib ayrıldım.
İlahi, gör öz milli mədəniyyətimizə nə qədər biganə imişik ki, bu cür neçə-neçə əvəzsiz xəzinələrimiz suyu qiymətinə alınıb Avropaya, Amerikaya aparılıb. O vaxt bu əsərləri bizdən suyu qiymətinə alanlar indi xəzinələr tələb edərək bizə satırlar. Bu isə bizim günahımız deyil, ulu babalarımızın səhvidirmi deyim, laqeydliyidirmi deyim, nə deyim bilmirəm. Yəqin bildiyim şey budur ki, ulu babalarımız elmdən aralanıb teokratiyanın onları zülmət qaranlıqlara qərq edən əzbərçilik yoluna düşdüklərindən asılı olaraq, əllərindəki xəzinələri qəpik-quruşa özlərinin gavur bildiyi, kafir dediyi millətlərə satıblar. Həmin millətlər gecəli-gündüzlü işləyib maarifləniblər, ziyalanıblar, ziyalandıqca da öz milli mənliklərini dərk edərək özgələrinə hökmranlıq etməyin yolunun ancaq elmdə yüksəlməkdən, texnoloji ixtira etməkdən keçdiyinin fərqinə varıblar. Ulu babalarımız isə on üçüncü əsrdən üzü bəri öz milli mənliyini dərk edənlərin, yəni onların kafir dediklərinin şüurundan neçə min işıq ili uzaqda olduqlarından itirə-itirə gəliblər. İtirə-itirə gəldikcə də indiki çağda bizlərin boynuna hər birimizin gücünün min qat artığı qədər sadəcə olaraq problem yükləməyiblər, bizi imperialistlər qarşısında gücsüz və taqətsiz də buraxıblar. Teokratiyanın əzbərçi bataqlığına sonqulub qaldıqlarından Ulu Tanrının yolladığı müqəddəs kitabımız "Qurani-Kərim"in ilk ayətinin "Tanrının adıyla oxu!" əmrini sadəcə olaraq duaları oxuyub-əzbərləmək kimi götürüblər. Ulu Peyğəmbərimizin "Elm Hinddə də, Çində də olsa axtarıb tapın" əmrini qulaqardına salıblar və elm kimi dua əzbərləməyi götürüblər. Eyvay ki, eyvay!.. "Quran"ın, "düşmənlərə onların silahıyla qarşılıq verin" əmrindən yan keçib, elm və texnoloji ixtira edəcəklərinə, düşmənlərimiz, Sabir babamız demişkən, topları atarkən heç diskinməyiblər də. Yata-yata sadəcə olaraq dua əzbərləyiblər, ayaq üstə yata-yata məzhəblərə, təriqətlərə bölünüblər. Bu yatmışlıq və bölünmüşlük hələ də davam edir, bunun da günahkarı biz deyilik. Üç yüz milyonluq Türk millətinin min yerə bölünmüşlüyünün əsl səbəbi də məhz budur. Haçan özümüzə qayıdacağıqə Elmin, mariflənməyin, yeni-yeni texnolojilər ixtira etməyin, "Qurani-Kərim"in, İslam dininin mənəvi yöndən, ulu tariximizin isə milli yöndən boynumuza yüklədiyi ən ümdə məsuliyyət, ən böyük öhdəlik olduğunu haçan başa düşəcəyik!ə
Dostumla sağollaşıb evə gəldim. Düzünü deyim məni bürüyən heyrət tufanı evə çatanda da nə fikrimdən aralanmış, nə də səngimişdi.
Dostumun mənə bağışladığı vərəqlərdə əsərin mövzusunun götürüldüyü mənbənin "əbül Həsən əl Bəkri əl Qasasi"nin "Sirət-in Nəbi" adındakı əsər olduğu qeyd edilmişdi. Orda deyilirdi:
Əbül Həsən Bəkri rəvayət eylədi
Mövludi böyə hekayət eylədi.
(8a/1)
Ayrı bir yerdə Həsənoğlu yenə həmin məsələyə toxunub deyirdi;
Əbül Həsən Bəkri rəvayət eylədi
Məkkə fəthin çün hekayət eylədi
(333b/1)
Bunları oxuduqda durub Əbül Həsən Əhməd bin Abdullah bin Məhəmməd əl Bəkri əl Qasasi haqda məlumat axtardım. Bəkridən, "islamiyyətin ilkin vaxtları ilə bağlı xəyali hekayətləriylə məşhur müəllif", lap loru sözlə desək "gopçu yazıçı" deyə qeydlər vardı. Zəhəbi adlı alim qeyd edir ki, Bəkri miladi 12-ci əsrdə yaşayıb. Anadangəlmə kor olan ərzurumlu şair Mustafa Darir adlı şair də Həsən əl Bəkridən istifadə edib. Mustafa Darir Ərzurumda dünyaya gəlib ilk təhsilini buralarda alsa da sonra mədəniyyətə önəm verən Məmluk dövlətinin Misirdəki sarayına kimi gedib çıxıb və burada "Siyəri Nəbi" adlı əsərini Məlik Mənsur ilə Əli Sultan Bərkukun tələbinə uyub Türkcə yazıb, lakin o da Məhəmməd əl Bəkrinin təsirində qalıb. İndi Türkiyədə dini bayramlarda oxunan "Mövlud" şeirini yazan Süleyman Çələbi də həmin Mustafa Daririn təsirində qalaraq Mövludu yazıb.
Sözün burasında yadıma mərhum ulu babamız Qaramanoğlu Məmməd Bəyin dilimizlə bağlı əmrnaməsi düşdü. Məmməd Bəy, Qaramanoğullarının ikinci Bəyi Kərim"üd-din Qaraman"ın oğludur. O hərbi və idarəçilik yönündən bilikli, ağıllı bir dövlət adamı idi. Alimlərə hörmət edir, ətrafına onları yığır və görəcəyi işlərdə daim onlarla məsləhətləşirdi. XIII yüz illiyin ortalarında Səlcuqlu imperiyası, ədəbi dil kimi Farscanı, dövlət dili kimi də ərəbcəni götürmüşdü (Yada yalaq, özünə dalaq olan babalarımız çox sağ olun). Xalq isə öz ana dilini, yəni Türkçəni buraxıb fars, ya da ərəb dilini danışmırdı, öz dilinə arxa çevirmirdi. İndi isə özünü dartıb, özlərini guya müasir ziyalı kimi göstərərək, "sağ ol yerinə, mersi, by, çüüs" deyənlərin düşdüyü yazıqlıq atmosferinə hansı adı qoya bilərik bilmirəm!.."Qaraman oğlu Məmməd Bəy, bir millətin birlikdə yaşamağının, yəni onun vəhdətinin ilkin şərtinin dil birliyindən asılı olduğuna səmimi qəlbdən inanmışdı və buna görə də Ağdəniz sahilindəki Toros silsilə dağalarında yaşayan Türkmən tayfalarını ətrafına yığıb güclü bir ordu yaratdı. Üstünə hücum çəkən Səlcuqlu və Monqol qüvvələrini dağıdaraq Qonya şəhərini tutdu. Bölgədə yaşayan səlcuqlu tayfaları da onu dəstəklədilər. Öz ana dilinin yad dillərin caynağında olduğunu görən Məmməd Bəy bir fərman yaydı. O, tarixi fərmanında deyirdi: "Bu gündən geru divanda, dərgahda, bargahda, məclisdə və meydanda Türkcədən özgə dil işlədilmiyəcəkdir. 13 may 1277".
İndinin özündə küçələrimizdə, bazarlarımızda İngilis, fransız, rus, fars və s. dillərdə danışanlara nə deyək?! Mənə görə elələrinə ən yaxşı cavabı şair dostum Savalan veribdir:
Bir çoxları,
özgə dil üçün sinə cırırlar
Bizdən deyil onlar,
əgər olsa, danıram mən
İzzəddin Həsənoğlu da belə bir çağda ömür sürmüşdür və Ziya Göyalp demişkən "ağzımızda anamızın südü kimi ağ olan" dilimizin inkişafı və cilalanması yolunda əvəzsiz iş görübdür. Növbəti məqalədə bu məsələ üstündə dayanacağam.
(Ardı var) altaylı_s@yahoo.com

Комментариев нет:
Отправить комментарий