11.09.2012

Mirağa Salmanov Cəlilabadlılara zülm edir!

Redaksiyamızın poçtundan

Mirağa Salmanov 90-cı illərdə silahlı dəstənin üzvü idi, adamların evinə girib qızılını, pulunu ələ keçirməklə məşğul idi, necə oldu ki, indi DSMF sədri oldu?!

DSMF Cəlilabad rayon şöbəsində seyid əlindən tərpənmək mümkün deyil, öz yaxın qohumlarını yığaraq qruppirovka yaradıb


   Hörmətli Dövlət orqanları və Media nümayəndələri! Artıq iki ildən çoxdur ki, qızımın evinə sosial yardım almaq üçün müraciət edirəm. Hər dəfə müxtəlif bəhanələrlə get-gələ salırlar, işi uzadırlar. Son dəfə möhtərəm Prezidentimiz İlham Əliyevə müraciət edəndən sonra məsələmizə baxıldı, qərara alındı ki, bu ilin iyulunda yoluna qoyulacaq. İndi ƏƏSMM Cəlilabad şöbəsi deyir ki, gedin DSMF-dən sosial sığorta şəhadətnaməsi alın gətirin. DSMF Cəlilabad rayon şöbəsinin müdiri Mirağa Salmanov isə bizə leksiya söyləir. Deyir ki, gedin 1 ilin sığorta pulunu gətirin mənə verin, şəhadətnamə kartınızı verim. Hesablayıb bizə deyir ki, 400 manat pul verməlisiniz.
Bu qədər pulu hardan tapıb verək, bilmirik. Demək belə çıxır ki, mən bankdan kredit götürüb bu yoldaşa verməliyəm ki, nədi-nədi mənə 6 aydan sonra 30-40 manat yardım veriləcək?! Bu biabırçılığa son qoyun!
   Hələ məsələ bununla da bitmir. Qızımın evinə başqa kənddən gəlin gəlib. Mirağa deyir ki, o gəlinin evindən də gəlib bizə pul köçürməlidirlər və sığorta kartları olmalıdır. Yəni o ev də gətirib 400 manat Mirağaya peşkəş eləməlidir, yoxsa Mirağa bizə sığorta kartı verməyəcək. Məsələ bununla da bitsəydi nə vardı ki?! O evə də gəlin başqa yerdən gəlib, deməli həmin kənddəki ailə də gətirib Mirağa ayrıca xərac ödəməlidir. Qalmışıq odla suyun arasında, DSMF müdiri Mirağa Salmanovun əməllərindən baş aça bilmirik. Quyruq quyruğa bağlanıb gedir, Mirağa Salmanov özünəməxsus piramida sistemi qurub bizi ələ salır.
   Nəyə görə uzun müddətdir ki, bu adam rayon camaatının başına olmazın oyunlar açır, amma heç bir reaksiya verilmir? Nəzərinizə çatdırmaq istəyirəm ki, Mirağa Salmanov 90-cı illərdə silahlı dəstənin üzvü idi, adamların evinə girib qızılını, pulunu ələ keçirməklə məşğul idi. Həmin apardığı qızılların hesabına bu gün özünə şərait yaradıb, indi də DSMF-ni dağıdır. Necə oldu ki, bezpredel bandanın opşakı birdən birə qanun keşikçisi oldu? Heydər Əliyevin qatı düşməni olan AXCP radikal qanadının üzvü idi. Onun 90-cı illərdə törətdiyi cinayətlər, camaatın başına gətirdiyi əməllər barədə bütün rayon camaatı məlumatlıdır, amma təəssüf ki dövlətimiz bunları diqqətsiz buraxıb. O sosial yardım sisteminə soxulmağa necə imkan tapıb, bunu aydınlaşdırmağınızı, rayonun yazıq camaatının onun əməllərindən, hiylələrindən qurtarmağınızı bir ağsaqqal kimi sizdən xahiş edirəm. Yalan deyir, sığorta şəhadətnamələri hamısı onun otağındadır, şkafa yığb, sadəcə camaatdan pul alaraq həmin şəhadətnamələri özlərinə verir. Xahiş edirəm bununla əlaqdər cinayət işi açasınız və araşdırasınız.
   Xahiş edirəm ki, DSMF cəlilabad rayon şöbəsini yerli-dibli yoxlayasınız. Müvafiq dövlət orqanlarından onu da xahiş edirəm ki, bu idarədə kimlərin və hansı əsaslarla işləməsini də yoxlasınlar. Mirağa DSMF Cəlilabad rayon şöbəsinə öz yaxın qohumlarını yığaraq qruppirovka yaradıb. Bu idarədə seyid əlindən tərpənmək mümkün deyil, amma nədənsə düzgünlük, halallıq adlı şey yoxdur. Müxtəlif variantlar quraraq süründürməçilik yaradır, əhalini soyub talamaqla məşğul olurlar. Rayonda ali savadlı, əli diplomlu, tərbiyəli-qanacaqlı ailədən olan cavanlar iş tapa bilmədiyi halda, Mirağa Salmanov diplomsuz qardaşı oğlunu, bacısı oğlunu burda işə qoyub. DSMF onun şəxsi malikanəsidir, ya dövlət idarəsidir, baş açmaq olmur. Camaata deyir ki, mənə ağa deyin, mən seyidəm, sizin ağanızam. Hətta işçilər də burda ona qorxusundan “müəllim” yox, “ağa” deyə müraciət edirlər, o bundan həzz alır. DSMF-ni orta əsrlər bəy-xan mülkinə döndərib. İçəri girən kimi görürsən hamı danışır, ağam belə gəldi, ağam elə getdi, Mirağa müəllim deyən yoxdu, hamı ona ağa deyir. Əsl biabırçılıqdır, Heydər Əliyev dövlətçiliyinə belə şeylər yaraşmaz. Mirağa Salmanov rayonu quldarlıq quruluşuna qaytarıb. Biz hüquqi dövlətdə yaşayırıq, ya feodal dövlətində?! Bu gün Mirağa Salmanov yerli xalqa, biz zavallı cəlilabadlılara qurbanlıq qoyun kimi baxır, axırda Cəlilabadda sosial partlayış olacaq. Ona başa salın ki, DSMF sənin üçün ehsan malı deyil. Rayonu seyid zülmündən qurtarın, bu idarədə qanunsuz qərar tutan seyidlərin yerinə daha ləyaqətli, işini bilən adamlar gətirin. 

Həsənov Azadxan
Cəlilabad rayon sakini

Комментариев нет:

Отправить комментарий