11.09.2012

Haqsızlığın ən dəhşətlisi istintaq və məhkəmə ədalətsizlikləridir…

hilal azadYalançı və qondarma ittihamlarla həbsdə olan hüquq müdafiəçisi, alim, jurnalist Hilal Məmmədova azadlıq tələbləri ilə yaranan etiraz dalğası artıq Avropaya qədəm qoymuşdur. Keçın həftə Almaniyanın paytaxtı Berlində keçirilən etiraz aksiyasında tək həmvətənlərimiz deyil, eyni zamanda alman vətəndaşları, Amnesti İnternational təşkilatının nümayendələri də iştirak ediblər
Avropa parlamentinin deputatları, Avropa Şurasının və Avropa Birliyinin cavabdeh mütəxəsisləri, insan haqlarının beynəlxalq müdafiə təşkilatları da ölkə prezidentinə bu barədə öz müraciətləri dəfələrlə yönəldib və yönəltməkdədirlər.
Ancaq Hilal Məmmədova qarşı təziqlər və təqiblər davam edir. Qondarma ittihamlarla bu yazıq millətin alçaldılması, təhqir edilməsi və incidilməsinin hüdudları isə görsənmir.

Artıq beş ildir ki, mən dünyamızın tarixində dəhşətlərilə analoqu olmayan bir həyat yaşayıram. Ailəmin başına gətirilən bəlaların səbəbini hələ də anlaya bilmirəm. Amma onu çox gözəl dərk edirəm ki, ağa qara demək, qarışqanı filə döndərmək öz mənəviyyatını, namusunu, qeyrətini, insan üçün qiymətli nə varsa hamısını pula satan bu şərəfsizlərin əlində su içmək kimi bir şeydir. Özləri vətənə, xalqa xəyanatkar doğulmuş bu həşaratlar özgəsinə “vətən xaini” damğasını vurmaqla var-dövlət sahibi olmuş, övladlarına, qohum-əqrabalarına gözəl həyat şəraiti yaratmışlar. Ölkə əhalisi isə qul vəziyyətində saxlanılmaqdadır.
Bu ölkədə qanun adına bir şeyə rast gəlmək mümkün deyil. Pozitiv olan hər şeyə iftira yaxmaq, onu şərrəmək və böhtanlamaq xərçəng xəstələyi kimi cəmiyyətin bütün sahələrinə nufuz etmiş, mövcüd sistemin həyat normasına çevrilmiş, onun sabah yaşamasının əsas şərti olmuşdur. Nəticədə isə vicdanlı və namuslu insanlar ağır zülmə düçar olmuş, onların bir hissəsi isə professor Novruzəli Məmmədov və mənim iki övladım kimi həyatdan məhrum edilmişlər. Belə bir sistemin müalicəsi isə yalnız Allahın ümidinə qalmışdır.
Mən hesab edirəm ki, haqsızlığın ən dəhşətlisi istintaq və məhkəmə ədalətsizlikləridir. Məlumdur ki, rejimin müstəntiqləri beş il bundan əvvəl Novruzəli Məmmədovun adına yazılanları yalnız onun adını dəyişdirməklə bu gün Hilalın adına yazır. Nə qədər gülüncdür. Heç olmasa ətrafdakılarını inandırmaq üçün bir az ssenareni dəyişsinlər. Axı ssenari müxtəlif olsa, bir qədər düzə bənzəyər.
Hilal müəllimin bir günahı olub – “rolik” məsələsi. Şübhəsiz ki, bu onun yüksək materiaların səviyyəsində düşünmək bacarığından irəli gəlir. Amma görünür ətrafda milçəkdən fil düzəldənlərin olmasının fərqində olmayıb…
Sevindiricidir ki, Novruzəlidən fərqli olaraq Hilal müəllimin güclü ictimai müdafiəsi var. El gücü sel gücü deyirlər və inanıram ki, bu güclü sel Hilal müəllimi xilas edəcək.
İnanıram ki, bütün mütərəqqi qüvvələr birləşəcək, hamı ədalətsizliyə qarşı mübarizəyə qoşulacaq və biz tələblərimizə nail olacağıq! İrəli!

Məryəm MƏMMƏDOVA, Əliyev rejimi tərəfindən həyat yoldaşını və övladlarını itirmiş siyasi mühacir, Nederland Krallığı

mirzexezerinsesi.net

Комментариев нет:

Отправить комментарий