"Bəyənmədiyimiz İranda da çoxsaylı kitab mağazaları var. Təbrizdə 840 kitab mağazası, Tehranda Universitet Xiyabanında isə yolun qırağında kitab dükanları fəaliyyət göstərir. O ölkədə kitablar azı 50 min tirajla çıxır, hətta çatdırıb yenilərini gətirə bilmirlər, alıcılar da çoxdur".
Azərbaycanda haqqında tez-tez danışılan problemlərdən biri də kitabla bağlıdır. Ölkədə niyə kitab oxunmur, yaxşı kitabı haradan tapmaq olar, kitab satışının çətinlikləri hansılardır? Suallar çoxdur... Biz də bu sualların hamısına cavab araya biləcəyimiz bir ünvana üz tutduq: Paytaxtın nüfuzlu kitab mağazalarından olan “Akademkitab”a.
Öncə mağazanı gəzdik, rəfləri seyr elədik, nəhayət, mağazanın direktoru Əliağa Cəfərovun kabinetinin qapısını döydük.
Kitabın ərzaqla birgə satıldığı zamanlar...
“Akademkitab” mağazasının direktoru Əliağa Cəfərov sözə ölkədə olan kitab mədəniyyətinin dünənindən, bu günündən danışmaqla başladı. Dedi ki, bu coğrafiyada kitab mədəniyyətinin kökləri qədimdir: “Bu köklər əlyazma kitablarından başlamış XIX əsrin sonlarına kimi gedib çıxır. Əlyazmalar öz rolunu yerinə yetirəndən, daha doğrusu, kitab çapı meydana çıxandan sonra Azərbaycanın özündə kitab mədəniyyəti inkişaf etməyə başladı. 1847-ci ildə ilk kitab mətbəəsi açıldı. Əvvəllər əlyazma kitabları ərzaq mağazasının küncündə satılırdısa, sonrakı dövrlərdə kitab mağazaları meydana çıxdı, ayrıca mağazalar açıldı. O dövrdən bu yana, təxminən 150-200 ilə yaxın bir vaxt keçib. Kitab mədəniyyəti bugünkü səviyyəyə çatıb”.
Mağaza direktoru inkişafın sadə bir qanunauyğunluğunu vurğuladı: “Gərək bir şeyə yüksək tələbat olsun ki, onun inkişafı baş versin. İnsanın oxumaq, öyrənmək tələbatı həmişə olub, indi də var. Biz də “Akademkitab” mağazası olaraq mütəmadi şəkildə kitabın təbliğatı üçün çalışırıq, təqdimatlar keçiririk. İsti yay fəsli ilə əlaqədar şəhərdə əksəriyyət dincəlməyə, kənarda istirahət etməyə üstünlük verirdi. Payız aylarından etibarən təqdimat tədbirlərini yenidən bərpa edəcəyik”.
Qarabağ problemi və Xocalı faciəsi ilə bağlı kitab nəşrinə marağın az olmasından şikayətlənən Əliağa Cəfərov insanları biganəlikdə qınadı: “Qarabağ hadisələri və Xocalı soyqırımı ilə bağlı kitablar nədənsə az çap edilir, həm də bu, çox geniş mövzu olsa da, elə təsəvvür var ki, ya artıq mövzu tükənib, ya da bu məsələdə hər şey deyilib. Bu tendensiya son dövrlərdə əmələ gəlib. Bir kampaniyaçılıq da var... Xocalı soyqırımı və digər faciəli hadisələrin ildönümü ərəfəsində hamı başlayır kitab axtarmağa. Tədbirlər başa çatandan sonra yenidən səssizlik bərqərar olur”.
Kitab təbliğatı çox zəifdir
Əliağa Cəfərov çap kitabına marağın azalmasına da toxundu: “Mən 35 ildir bu sahədəyəm, əvvəllər kitab yüz min, yüz əlli min tirajla çıxırdı, bəzən elə 1 ay ərzində də satılıb qurtarırdı. Amma indi kitablar 100, 150 və ən çoxu 500 tirajla çap olunur, onlar da rəflərdə qalır, satılmır. Bunun səbəbləri var, heç nə öz-özünə yaranmır. Bir səbəb kitaba indiki münasibətdir. Hazırda kitab təbliğatı çox zəifdir, oxucuya işləyən barmaqla sayılası nəşriyyatlar var. Paytaxtda yüzdən artıq nəşriyyat fəaliyyət göstərir, ancaq sifarişə işləyirlər. Əvvəllər harada əhali çox yaşayırdısa, orda mütləq kitab mağazası və bir neçə kitab evi açılardı.
Misal üçün, götürək Əhmədli və Günəşli qəsəbəsini. Hər iki yaşayış massivində kitab mağazaları vardı, indi onların heç biri qalmayıb. Əhali elə bil kitabdan uzaq düşüb. Kiminsə Əhmədlidən, Günəşlidən və ya şəhərin ucqar nöqtəsindən mərkəzə gəlib kitab alacağına inam azdır. Amma evinin yaxınlığında kitab mağazası olsa, hər dəfə onu görəndə mütləq bir kitab alacaq. Bunlar hamısı kitabın təbliğatına böyük təsir edir.
Xarici ölkələrlə müqayisədə bizdə kitab dükanlarının sayı çox azdır. Elə Gürcüstanı deyim, orda hardasa 600-ə yaxın kitab mağazası işləyir. Bəyənmədiyimiz İranda da çoxsaylı kitab mağazaları var. Təbrizdə 840 kitab mağazası, Tehranda Universitet Xiyabanında isə yolun qırağında kitab dükanları fəaliyyət göstərir. O ölkədə kitablar azı 50 min tirajla çıxır, hətta çatdırıb yenilərini gətirə bilmirlər, alıcılar da çoxdur”.
“Qışqıra-qışqıra deyə bilmərəm ki, məndə yaxşı kitab var”
Həmsöhbətimiz deyir ki, Bakıda kitab mağazası açmaq çətin deyil, o mağazanın icarəsini ödəmək çətindir: “İcarə qiymətləri yüksəkdir. Yer götürüb kitab mağazası tikməyə də imkan yoxdur. Bir də bizdə dövlət bu məsələdə öz qayğısını göstərməlidir. Indiki dövrdə çoxları deyir ki, kitabın qiyməti bahadır, amma kitaba qoyulan əlavə dəyər vergisi azalsa və ya tamam ləğv olunsa, kitabın qiyməti aşağı olar.
Bir də kitabın təqdimatına fikir vermək lazımdır. Məsələn, mən burada durub heç kimə qışqıra-qışqıra deyə bilmərəm ki, satışa yaxşı kitab gəlib... Kitaba oxucu marağını fərqli üsullarla yaratmaq lazımdır. Mən hər zaman deyirəm ki, kitabçılıq və kitab işi məktəblərdə tədris olunmalıdır. Şagirddə kitaba maraq yaratmaq lazımdır ki, yalnız tədris çərçivəsində qalmasın. Ona görə də dövlət qayğısı vacibdir, Təhsil Nazirliyi ayrıca iş aparmalı, proqrama müvafiq fənn daxil etməlidir”.
Yaşlı nəsil oxuduğunu oxuyub, indi növbə gənclərindi
Əliağa Cəfərovun sözlərinə görə, mağazaya daha çox gənc nəslin nümayəndələri gəlir. O, düşünür ki, yaşlı nəsil artıq oxuduğunu oxuyub, ona görə də alıcıların təxminən 80 faizi gənclərdir.
“Akademkitab”da kitabların qiyməti 1 manatdan başlayaraq 30 manata kimi gedib çıxır. Şəkilləri çox olan, iri həcmli, jurnal tipli kitablar baha satılır: “Kitabın qiyməti onun tirajının az, məhdud olmasından, kağızının dəyərindən və rəngli olub-olmamasından asılıdır. Kitab nə qədər az tirajla çıxsa, bir o qədər baha olur. Bunların hamısı kitabın qiymətinə birbaşa təsir edən amillərdir”.
“Akademkitab”ın direktoru xarici ölkələrdən gətirilən kitablardan və kitab mübadiləsindən də maraqlı məqamları açıqladı: “Xaricdən kitablar bizə daha çox Rusiya, İran və Türkiyədən gəlir. Biz onlardan kitab alırıq, amma onlara kitab verməyə bizim heç bir imkanımız yoxdur. Həm də göndərsək belə, bizim kitabları orda oxuyacaqlarmı? Sizcə, Türkiyədə və Rusiyada Azərbaycan kitabları oxunar? Türk kitabları bizdə son illər daha çox oxunur, çünki yüzlərlə azərbaycanlı tələbə Türkiyədə oxuyub qayıdıb. Artıq Türkiyə ədəbiyyatına da maraq böyüyüb. Bu məsələdə telekanalların da böyük rolu var. Türk seriallarına baxan insanlar onun kitabını da oxumaq istəyirlər. Baxmayaraq ki, son dövrlər gənclərin rus dilinə marağı azalıb, amma Rusiyadan da bədii ədəbiyyat və dərsliklər gəlir”.
Məşhur müştərilər
Əliağa Cəfərov “Akademkitab”ın məşhur olan daimi müştərilərindən söz açdı: “Kitab mağazamıza tanınmış insanlar da gəlir, bəziləri neçə illərdir müştərimizdir. Daimi müştərilərimizdən Mərkəzi Bankın sədri Elman Rüstəmov, yazıçı Hüseynbala Mirələmov, prokuror Yusif İldırımzadə, filosof Səlahəddin Xəlilov, millət vəkillərindən Əli Hüseynovun adını çəkə bilərəm”.
Problem...
“Akademkitab”ın direktoru mağazanın yer probleminin həll edildiyini dedi: “Əvvəllər icarədə olan kitab mağazamızın bağlanma təhlükəsi var idi, amma sonra bizə yeni yer verdilər - İstiqlaliyyət küçəsində, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti olan binada. Yeni ünvanda təmir işləri apardıqdan sonra yerləşdik. Artıq üç ildir ki, burdayıq. O biri, üzbəüz binada biz icarədə oturmuşuq. Bu mağaza akademiyanın balansındadır və harasa getmək, yerdən məhrum olmaq qorxumuz yoxdur”.
Oxucu günü
“Akademkitab” mağazasında ildə bir dəfə oxucu günü qeyd olunur. Direktor deyir ki, mağaza yeni binada Dünya Azərbaycanlılarının həmrəylik günündə fəaliyyətə başlayıb: “Bu münasibətlə biz üç gün oxucu günü elan etdik və kitabları 20% güzəştlə satışa çıxartdıq. İki ildir oxucu günü keçiririk, inşallah, üçüncü il gəlir, yenə də bu layihəmizi davam etdirəcəyik”.
Könül Səid teleqraf.com

Комментариев нет:
Отправить комментарий