Şəbnəm Karslı
SON ÜMID
Həzm edə bilməyəcəyim arzunun
son ümidi yalvarırdı arxası ilə
...bəlkə getmədi?
Şahlıq iddiasında olan
sərxoşlara bənzəyirdim
...bəlkə qayıtdı?
Bir ovuc su kimi
çiləndi arxasınca baxışlarım
...yaxşı yol.
Və...
bəyaz bir dəsmal .
hıçqırırdı əllərimdə
CISMƏN QADIN
Cismim yad düşüb ruhuma
müharibədən qayıdan əsgərin
taxta ayağı kimi.
Çılpaq qadın heykəli yapan
kişi heykəltaraşa bənzəyirəm
içim özümə sığmayanda.
Yalançı məhəbbət şerlərim
son təsəllimdir.
Qollarımla özümü qucaqlayıb
özüm öz istimə
sığınmalı oluram
ürəyimi əllərimdə gizlədəndə
əllərim də soyuyub demə
məni qınamayın
can veriləndə
kişi ruhu düşüb
mənim qadın cismimə
DUL QADIN
Tumara həsrət tellərə
qıymayacaqmış kimi
çiyinlərinə düşdü
qara yaylıq
Qara, qapqara qolları ilə
qoynuna aldı onu
O isə
buz tutmuş əllərilə
köksünə sıxdı
ölüm müjdəçisini
Saatdan çıxdı
tənhalığın acısını
əqrəblər artıq
qapının döyülməyəcəyi anı
göstərirdi.
Zamanı divardakı portretin
bounubükük xatirəlıri ilə
başa vurdu
Yuxusu gəlməyən gecə
Çarpayının üşüyən tərəfi
üşüyən qadının qollarında
yuxuya getdi
SƏNGƏRIN BIR ADDIMLIĞINDA
Bir tay əsgər çəkməsi,
tək bəzəyi qan ləkəsi,
tək şahidi çinar.
Bir lalə ağlayırdı
çəkmənin ağırlığından,
bir çəkmə ağlayırdı
sahibinin yoxluğundan
Və... bir çinar ağlayırdı,
döyürdü qolları ilə
havanı,
boşluğu,
özünü...
yolurdu saşlarını
hələ saçlarını yolmayan
bir ananın yerinə.
Küləyin çaldığı ölüm marşı üstə
ağı deyirdi çinar
beli bükülə-bükülə:
Əzizim olmayaydı...
GÖRMƏDIYIM RƏSMƏ
Əlləri ciblərinin yeganə yükü
evə 5 küçə qalırdı
5 küçə irəlidə
hər gün sıxıla-sıxıla getdiyi ev.
Evə 4 küçə qalırdı
ayaqları zorla gedirdi
yenə balaca bir körpə
əllərini uzadıb
şəkər istəyəcəkdi ondan
Evə 3 küçə qalırdı
asfaltdan güclə qoparırdı ayaqlarını
yenə məktəbli
qızı köhnə ayaqqabılarını göstərib
təzə çəkmə soraq alacaqdı
Evə 2 küçə qalırdı
yenə əlləri qoynunda
dolaşıq düşmüş qadın
onu istehzalı nəzərlərlə süzəcəkdi
Evə 1 küçə qalırdı
geri döndü
irəlidə onu çirkli oturacaq,
sərxoş dostlarla
sərsəm gecə gözləyirdi
Ev 2 küçə uzaqda qaldı
2 küçə geridə onu
isti mənzil,
atasını öpmədən
yatmaq istəməyən körpələr,
masada soyuyan xörək
Və bir də
pəncərə önündə
intizarlı qadın gözləyirdi
SON ÜMID
Həzm edə bilməyəcəyim arzunun
son ümidi yalvarırdı arxası ilə
...bəlkə getmədi?
Şahlıq iddiasında olan
sərxoşlara bənzəyirdim
...bəlkə qayıtdı?
Bir ovuc su kimi
çiləndi arxasınca baxışlarım
...yaxşı yol.
Və...
bəyaz bir dəsmal .
hıçqırırdı əllərimdə
CISMƏN QADIN
Cismim yad düşüb ruhuma
müharibədən qayıdan əsgərin
taxta ayağı kimi.
Çılpaq qadın heykəli yapan
kişi heykəltaraşa bənzəyirəm
içim özümə sığmayanda.
Yalançı məhəbbət şerlərim
son təsəllimdir.
Qollarımla özümü qucaqlayıb
özüm öz istimə
sığınmalı oluram
ürəyimi əllərimdə gizlədəndə
əllərim də soyuyub demə
məni qınamayın
can veriləndə
kişi ruhu düşüb
mənim qadın cismimə
DUL QADIN
Tumara həsrət tellərə
qıymayacaqmış kimi
çiyinlərinə düşdü
qara yaylıq
Qara, qapqara qolları ilə
qoynuna aldı onu
O isə
buz tutmuş əllərilə
köksünə sıxdı
ölüm müjdəçisini
Saatdan çıxdı
tənhalığın acısını
əqrəblər artıq
qapının döyülməyəcəyi anı
göstərirdi.
Zamanı divardakı portretin
bounubükük xatirəlıri ilə
başa vurdu
Yuxusu gəlməyən gecə
Çarpayının üşüyən tərəfi
üşüyən qadının qollarında
yuxuya getdi
SƏNGƏRIN BIR ADDIMLIĞINDA
Bir tay əsgər çəkməsi,
tək bəzəyi qan ləkəsi,
tək şahidi çinar.
Bir lalə ağlayırdı
çəkmənin ağırlığından,
bir çəkmə ağlayırdı
sahibinin yoxluğundan
Və... bir çinar ağlayırdı,
döyürdü qolları ilə
havanı,
boşluğu,
özünü...
yolurdu saşlarını
hələ saçlarını yolmayan
bir ananın yerinə.
Küləyin çaldığı ölüm marşı üstə
ağı deyirdi çinar
beli bükülə-bükülə:
Əzizim olmayaydı...
GÖRMƏDIYIM RƏSMƏ
Əlləri ciblərinin yeganə yükü
evə 5 küçə qalırdı
5 küçə irəlidə
hər gün sıxıla-sıxıla getdiyi ev.
Evə 4 küçə qalırdı
ayaqları zorla gedirdi
yenə balaca bir körpə
əllərini uzadıb
şəkər istəyəcəkdi ondan
Evə 3 küçə qalırdı
asfaltdan güclə qoparırdı ayaqlarını
yenə məktəbli
qızı köhnə ayaqqabılarını göstərib
təzə çəkmə soraq alacaqdı
Evə 2 küçə qalırdı
yenə əlləri qoynunda
dolaşıq düşmüş qadın
onu istehzalı nəzərlərlə süzəcəkdi
Evə 1 küçə qalırdı
geri döndü
irəlidə onu çirkli oturacaq,
sərxoş dostlarla
sərsəm gecə gözləyirdi
Ev 2 küçə uzaqda qaldı
2 küçə geridə onu
isti mənzil,
atasını öpmədən
yatmaq istəməyən körpələr,
masada soyuyan xörək
Və bir də
pəncərə önündə
intizarlı qadın gözləyirdi
Комментариев нет:
Отправить комментарий