Gülnarə Rəfiq
- Yat, yat.... yuxuya get! Bu gününü unut, keçmişə qayıt! Qorxularının mənbəyini tapmayınca ayılma, ayılma...
- ....
- Pasient, nə görürsüz? 20-ci əsrin sonunda nələri yaşadın?
- Boşluqdu, heç nə görmürəm.
- Bir az da geri gayıt. Pasient, niyə titrəməyə başladın? Sizi belə qorxudan nədir?
- Xocalı!.. Şuşa, Laçın!.. Xocavənd, Kəlbəcər, Ağdərə!..
- Bir az təmkinli olun.
- Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdərə, Zəngilan!.. Hamısı getdi. Var-yoxumu dalıma şələlədilər! Çöllərə düşdüm.
- Acılı günlərdən bir az geri qaçın - keçmişə doğru.
- A-zad-lıq! A-zad-lıq! Otur, dur! Kim oturmasa, ermənidi! Ermənilərə ölüm! Qarabağ bizimdi!
- Bu qədər həyəcanlansaz, Sizə ziyan olar. Meydandan əvvəlki dövrdə nə var?
- Heç nə yoxdu. Mən kimliyimi dəqiq bilmirəm. Tı çto, azsektor? Na azibijanskom ya ne rozqovarivayu. Çuşka çto li?
- Bu dövrü unutmaq da olar. Dünya müharibəsindən əvvəl nələr görürsüz? Rənginiz niyə ağardı? Yenəmi qorxursuz?
- Bu şotkabığ, gürcü ləhcəsiylə danışan kişidən hamı qorxur. Çox qorxuram. Qara gödəkcəli adamlar gecəynən evdən aparanda qalanlarçün qorxurdum. Onları pərdə dalından izləyəndə də səsimi içimə salıb boğulmuşdum. Vallah, donosu da, nahaq tutulanların hökmü altında imzanı da qorxudan atmışam.
- Bəs daha əvvəl?
- İngilislərin tapdağı, erməni qırğını!.. Axı Məmmədəmin Rəsulzadə dövləti qurub əlimə verəndə niyə qanmadım? «Ruslar gəlməsə, dolana bilmərəm» deyib başıma daş saldım.
- İndi hönkürməyin nə xeyri? Ürəyini ovutmağa sənətdən-zaddan bir şey yoxmu?
- Hə, hamı «Leyli və Məcnun»a baxmağa gedir. Şuşada bulaq başında Xanın səsi ucalır: «Şuşanın dağları, başı dumanlı»....
- Pasient, yenə də fikrindən bulaq başında kabab yemək keçir?
- Arazı ayırdı-laaaar...
Qan ilə doyurdu-laaaar...
Mən səndən ayrılmazdım!
Zülm ilə ayırdı-laaaar...
- Şeir deməli dövrandı?
- Əti dırnaqdan, ananı baladan, o tayı bu taydan necə ayırmaq olar? Parçalandım, iki tikə oldum, susduruldum...
- Pasient, bir az da geri, şanlı keçmişə doğru qayıdın.
- Həmişə ayaq altında qalmışam. Hər gələn üstümdən keçib, sinəmdə çapıqlarını qoyub.
- Bəs Şah İsmayıl Xətai dövrü necə? Yəni Babəkin, Koroğlunun dövranı olmayıb? Bunlar ki, əfsanə deyil?!
- Məni rahat buraxın! Əl çəkin məndən! Nə istəyirsiniz, hər şeyimi vermişəm. Xalçalarım dünya muzeylərində, sənətkarlarım qürbətdə, neftim, sərvətlərin ciblərdə. Daha nə istəyirsiniz?!
- Belə getsə, seansı kəsməli olacağıq.
- Mən özüm kimi olmaq istəyirəm! Öz taleyimi özüm yaşamaq istəyirəm! Tariximi də özüm yazmaq istəyirəm! Bezdim belə yaşamaqdan, dizin-dizin sürünməkdən. Mənə bir udum AZADLIQ verin! Bir parça çörəyə görə diz bükmək mənim taleyim deyil! Nə qədər hədər yerə qan tökmək olar axı?..
- Pasient, sakit olun. Üç rəqəminə çatanda çırtıq çalan kimi oyanacaqsız. Bir, iki, üç... Oyandız? Nə yaxşı ki, salamatsız. Artıq qorxmağa başlamışdım. Bir baxın, hər şey əvvəlki kimidir. Cəmi 20 faiz torpaqlar işğal altındadı. Qaçqınları da birtəhər yerləşdirmişik. Məktəblərdə, universitetlərdə uşaqlar oxumaq, müəllimlər dərs demək istəmir. Məmurların yenə də rüşvətlə dolanır. Görürsənmi, qorxmalı heç nə yoxdu. Körpülər tikirik, yollar salırıq, şadlıq evləri boyhaboy ucalır. Bir ucdan toy eləyir, nəsil artırırıq. Müharibə haqqında söhbətlərə bir o qədər inanma, bir növ siyasətdi də...
- Doktor, yenəmi qan töküləcək?..
Gülnarə Rəfiq (Manafova Gülnarə Rafiq qızı) 1970-ci ilin mayın 10-da Bakıda doğulub. Orta təhsilini Bülbül adına orta musiqi məktəbində alıb. 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakultəsini əla qiymətlərlə bitirib. Musiqişünas kimi Cavanşir Quliyevin bioqrafı kimi çalışıb. Bəstəkarın nəşr edilmiş bütün notlarının və disklərnin musiqi redaktorudur. Hazırda 13 saylı musiqi məktəbində solfecio və musiqi ədəbiyyatından dərs deyir.
1995-ci ildən bəri dövrü mətbuatda mütəmadi olaraq yazıları dərc edilir. «Çağ», «Ekspress», «Xalq cəbhəsi», «Avropa» qəzetlərində çalışıb. «Qobustan», «Ulduz», «Miracle» jurnallarında yazıları dərc edilib. Hazırda «Bizim yol» və «Odlar yurdu» qəzetləri ilə əməkdaşlıq edir.
Ailəlidir. 2 oğlu və gələcəyə çoxlu planları var.
Elektron ünvanı: gulnarerefiq@gmail.com

Комментариев нет:
Отправить комментарий