09.01.2013

Adamlar azıb yolların...

Əyyub Qiyas

Adamlar azıb yolların
bir başqa yerə düşdülər.
Az getdilər, düz getdilər
dağ aşıb, dərə düşdülər.

Gördülər oyaq devləri,
Birdən pozuldu kefləri,
Yenə dağıldı səfləri
Qanları qara düşdülər.

Gəzdilər çölü-çəməni,
Seçdilər dostu, düşməni.
Göydən üç alma düşmədi...
Dostlarım dara düşdülər.

Комментариев нет:

Отправить комментарий