İlqar Kamil
Tökülür göz yaşı dünyamıza göydən süzülür,
Hər səsin bir sözü var, söz də gileydən süzülür.
Elə qəm var ki, onu çəkməyə tab etmir Ürək
Çəkilir tabu-təvan, get-gedə heydən süzülür.
Məni yandırdı bu səs, söylə bunun dərdi nədi?
Hansı nisgildi belə ah ilə neydən süzülür?
Bu meyin badəsini nuş elə, Kamil, qorxma
Süzülən içki deyil, qəmdi bu meydən süzülür.

Комментариев нет:
Отправить комментарий