10.01.2013

Daha bir əsgərimizi itirdik

Mərdan Əzimov

Statistik nəticələrə görə 2003-cü ildən bəri Azərbaycan ordusu 700 əsgərini itirib. Atəşkəsdən bu yana isə 4000 əsgərini. Keçən il isə 97. Və təzəcə, 11 gündü qədəm basmış “yeni il”dəsə artıq 1 əsgərini itirib. Ayağı ağır ola... 
Söz açdığım dünyasını dəyişmiş mərhum vətən keşikçimiz Ceyhun Qubadov 1994-cü il doğumludur və 18 yaşını tam edib vətənə borcunu verməyə gedib. Amma borcunu verə bilməyib, yarı qalıb, tam olmuyub... Deyilənlərə və eşiddiyimə görə rəsmi mənbələrdən Ceyhunun postda öldüyü bildirilir. Amma ailəsinin bildirdiyi və şəkillərdən də göründüyü kimi postda durduq yerə ölənə oxşamır. Deyirlər döyüb öldürüblər, amma məndə bilmirəm yanında olmamışam, göznən görməmişəm... Heç kimin günahına girib batil olmaq istəmirəm.
Yuxarıda qeyd etdiyim kimi ötən illərdə də ordumuz çoxlu əsgər itkisiylə üzləşib. Amma heç biri bu il ki, kimi çoxlu insan təpkisinə məruz qalmamışdır.
Bu dəfəki ölümsə qocaların, cavanların, iqtidarın, müxalifətin, müəllimin, şagirdin sevimli əlaqə vasitəsi olan “Facebook” sosial şəbəkəsində çoxlu insanın reaksiyasına səsəb oldu. Artıq “Əsgər ölümünə DUR  deyək!!!” adlı askiya keçirtməyə də qərar verilib. Aksiyaya 43 saatın qalmasına baxmıyaraq bu dəqiqə ki, göstəricilərə görə artıq 7000 adam iştirak edəcək, 48 min adamsa hələ qərar verməyib, təki hamısı gələ, gedə... Bu göstəricilərdə bir növ vətəndaşlarımızın inkişafının bariz nümunəsidir.  Daim inkişafda olmaq arzusuyla, başın sağ olsun Azərbaycan!

Комментариев нет:

Отправить комментарий