18.01.2013

Ədalət Əsgəroğlu - Haqdan gələn gözəl gəlir

Söz özünə xana qurub
Pəh-pəhinən xan olur ey…
Haqdan gələn gözəl gəlir
Uman yeri can olur ey…

Gözüm yolda, kimə yolam,
Özüm boyda qəmə qulam.
Düzü tərsə yozma balam
Aralıqda qan olur ey…

Sirrini verməyən dərdə
Könlüm quşu qonmaz bir də…
Divanələr olan yerdə
Əsgəroğlum xam olur ey…


***
Haqqı tikə –tikə bölən
Demə necə bölər məni.
Qan –qan deyib durur zalım
Qan içində ölər məni.

Yahulardan yol seçmişəm,
Dağımı ahdan biçmişəm.
Mərdanəlikdən keçmişəm
Gədalar nə bilər məni.

Əsgəroğlum, Mən birdi, bir,
Könlüm nuru məndəki pir.
Hürr olanlar yaxşı bilir
Ucalardan gələr məni.

Комментариев нет:

Отправить комментарий