12.01.2013

Həcc ziyarətinə xərclənən pullar pornoulduzun cibinə gedir

Peyğəmbərin zövcəsi Xədicənin evini söküb yerində tualet tikiblər

Hər il dünya müsəlmanlarının sevə-sevə ziyarətinə tələsdiyi müqəddəs Məkkədə zəvvarların xidmətinə verilən otellərdən biri də Hiltondur. Bu barədə “The İndependent” qəzetinin dini məsələlər üzrə müxbiri Jerome Taylor (Cerom Teylor) da yazıb. O yazır ki, Səudiyyə Ərəbistanının vəhabiləri Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdır, yerində göydələnlər və ticarət mərkəzləri tikirlər:
 “Lakin elə bir məsələ var ki, - yazır müəllif, - bütün müsəlmanların bir ağızdan danışacağını gözləmək olardı: Bu, islamın doğulduğu yerdə arxeoloji və tarixi abidələrin ucdantutma məhv edilməsi məsələsidir. Son 20 ildə neft pulları və barışmaz vəhabilər tərəfindən qızışdırdırılan Səudiyyə hakimiyyəti ağlasığmaz bir miqyasda mədəni vandalizm siyasəti yürüdür”.

Müəllif yazır ki, İslamın iki ən müqəddəs şəhərində - Məkkə və Mədinədə buldozerlər sistematik olaraq,  bərq vuran göydələnlərə, lüks otellərə və ticarət mərkəzlərinə meydan açmaqda davam edirlər.
“Səudiyyəlilər israr edirlər ki, sürətlə genişlənən və çulğalaşan dünyada sayı getdikcə artan zəvvarlar üçün bu iki şəhərin böyüməsinə ehtiyac vardır. – yazır Jerome Taylor, - və onlar haqlıdırlar. Lakin bunu doğrudanmı elə bir şəkildə etmək lazımdır ki, lüks mənzillər və gecəsi 500 dollara olan otel otaqları bütün müsəlmanların bərabər olduqları Kəbənin başı üstündən asılsın?”
Müəllifin fikrincə, ən dəhşətlisi budur ki, Peyğəmbərin özünə aid yerlər də daxil olmaqla, erkən İslamla bağlı onlarca abidə yer üzündən silinib.
“Vəziyyət o qədər acınacaqlıdır ki, - yazır Jerome Taylor, - Vaşinqtonda mənzillənmiş Körfəz İnstitutu minillik yaşı olan qədim binaların son 20 ildə 95 faizinin dağıldığını təxmin edir”.
Peyğəmbərimiz Məhəmmədin birinci arvadı Xədicənin evini dağıdaraq yerində yerində ictimai ayaqyolu tikilib. Mədinə ətrafında Xəndək Döyüşü ilə əlaqəsi olan 7 məsçiddən 5-i sökülüb. Eyni zamanda Peyğəmbərin nəvəsi ilə bağlı olan məsçid polislərin alqışları altında dinamitlə partladılıb.
Sonda onu da qeyd edim ki, adıçəkilən müqəddəs şəhərdə zəvvarların xidmətinə verilən Hilton otelin varisi hazırda pornoulduz kimi tanınan Paris Hiltondur.

Gülsm                yaxa.org

Комментариев нет:

Отправить комментарий