20.01.2013

İKİLİKLƏR

Vüsal Hicranoğlu

Əzəldən belədir dünya təməli,
İnsanı ucaldar onun əməli.
Paxıllıq, rəzalət hamısı əbəs,
Hörmətə layiqdir adil olan kəs.
Çalış ki, vaxtını ötürmə hədər,
Ötən hər anına ver qiymət, dəyər.
İnsanın kimliyi sözündən bəlli,
Əməllə verərsən qəlbə təsəlli.
Hökm etsə dünyada pislik, cəhalət,
Məhvə sürüklənər , insanlıq əlbət.
Özgə bostanına daş atsan əgər,
Qayıdıb axırda özünə dəyər.
Həyatda pisliyi etməyə nə var?
Çalış ,axirətə yaxşı ad apar.
Yer üzrə ədalət olsa bərqərar,
Bütün insanlar da səadət tapar.

Комментариев нет:

Отправить комментарий