17.01.2013

İranda Amerika casusu ələ keçirildi!

İranda Amerika casusu ələ keçirildi!QafqAzNews ”Suriya gerçəkləri” nəşrinə istinadən xəbər verir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (AMK-nın) xüsusi agenti İran təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.
İran kəşfiyyat nazirinin sözlərinə görə, Meto Valok adlı casusun zərərləşdirilməsi İranın İslam inqilabı düşmənlərinin müqabilində gücünü bir daha nümayiş etdirdi.
Amerika casusu yaxalandıqdan sonra etdiyi açıqlamada 2009 ildən etibarən AMK tərəfindən İranda geniş bir planı həyata keçirtmək üçün göndərildiyini, bir ilə yaxın bir zamandır İranda casusluq fəaliyyətinə başladığını və İranın elmi işlərinə dair lazımi məlumatları topladığını və bu məlumatları Parisdə AMK əməkdaşlarına vermək istədiyini etiraf edib.

Xəbərdə deyilir ki, amerikalı casus İran elitasının içinə nüfuz edərək, bu yolla İranın elmi işləri və orada əldə olunan nailiyyətləri haqqında məlumatı əldə edib, AMK-ya ötürmək istəyirdi. Ancaq o da əvvəlki Amerika agentləri kimi İran təhlükəsizlik xidməti tərəfindən ifşa edilərək yaxalanıb.
Qeyd edək ki, Meto Valok İran ərazisində yaxalanmış ilk Amerika casusu deyil. Bundan əvvəl də oxşar missiyalarla göndərilmiş bir çox AMK agenti İran hüquq-mühafizə orqanları tərəfindən zərərləşdirilmişdi.

Комментариев нет:

Отправить комментарий