16.01.2013

İsrail əsgərləri fələstinli şagirdi güllələdi



Fələstinli şagird İsrail əsgərlərinin açdığı atəşdə həyatını itirdi.

Rəməllahın Budrus məntəqəsində məktəbdən qayıdan 17 yaşlı Samir Əvvad başından, sinəsindən və kürəyindən aldığı güllə yaraları nəticəsində həlak olub.
İsrailli səlahiyyətlilər isə bir qrup şagirdin sərhəd divarının nəzarət nöqtəsində olan əsgərlərə daşlarla hücum etdiyini və sərhədi keçməyə çalışdığını, bunun ardınca israilli əsgərlərin atəş açdığını söyləyərək özlərini müdafiə ediblər.
Qəzzada isə İsrail güllələrinə qurban getdiyi bildirilən 22 yaşlı Mustafa Əbu Cərad, Beyt-Lahiyədə torpağa tapşırılıb.
Xatırladaq ki, son bir həftə içində israilli hərbi qüvvələr tərəfindən öldürülən fələstinlilərin sayı dördə çatıb.

Комментариев нет:

Отправить комментарий