19.01.2013

KÜTlənin "qəhrəman artist"i, "zadəgan"ı və "elitası"

Pərviz Sadıqov Pero

2003-cü ildə "Monitor" jurnalında Elmar Hüseynov Maqsud İbrahimbəyovu (ümumiyyətlə həmin ailəni) tənqid (və ya təhqir) edən yazı yazmışdı. Sonra Maqsud İbrahimbəyov da "Yeni Azərbaycan" qəzetində Elmara cavab yazmışdı və onu savadsızlıqda günahlandırmışdı, Elmarı "rəiyyət" adlandırmışdı, özü isə təbii ki Elmarın da yazdığı kimi "zadəgan" idi...  Onda təbii ki, ictimai sektor (indiki qədər üzdə və aktiv olmasa da) İbrahimbəyovları müdaifə etməyəcəkdi...
Sonra Elmar öldürüldü və heç bir Rüstəmbəyov buna reaksiya bildirmədi.. Düzdür qardaşlar bir qədər fərqli mövqedədirlər, amma onların hər ikisi haqqında bir zamanların dissidenti demək mümkündür. Həm də aralarında heç bir konflikt yoxdur....

2008-ci ildə Rüstəm İbrahimbəyov Bakı əhalisini bir mənalı şəkildə tənqid (və ya təhqir) edərək dolayısı ilə bildirmişdi ki, ermənilər və köhnə bakılılar Bakıdan gedəndən (və ya qaçandan) sonra Bakının səviyyəsi düşüb, O zaman da hər kəs Rüstəm İbrahimbəyvu tənqid etmiş, ölkə rusdillilər və azərbaycandillilər cəbhəsinə bölünmüşdü. Onun ziyalı mövqeyinin olmamasını, bu qədər müddət susub, birdən təhqirə keçməsini pisləmişdilər...
Sonra Rüstəm İbrahimbəyov hiss etdki, "səviyyəsi düşən" Bakıya ehtiyacı var, və müxalif insanların rəğbətini qazanmaq üçün pafoslu çıxışlarıyla özünə xal yığmağa başladı...
Və KÜTlə Elmar Hüseynovu da unutdu, "səviyyəsiz" adlandırılmasını da.... R.İbrahimbəyov Azərbaycanın ən güclü iki aktyorunu Rasim Balayevi və Fəxrəddin Manafovu öz ittifaqında saxlayaraq mövqeyinin doğru olduğunu əsaslandırmağa çalışdı.
Son andır... Rasim Balayev "səhv etdiyini anladı", "ziyalılar Prezidentin ətrafında birləşməlidilər" deyərək bir neçə gün əvvəl sosial şəbəkələrdə yaratdığı qəhrəman obrzını dağıtdı. Amma mənim üçün Rasim Balayev heç vaxt Nəsimi və Babək olmayıb, çünki o sərkərdələr televiziyaların birinin mətbək verilişində soğan doğramazdı.... Və bir gün əvvəl KÜTlənin qəhrəmanı sabahsı gün fərqli imic qazandı. Eyni şəkillərin başlıqları dəyişdirildi...
Və Fəxrəddin Manafov... O da Rasim Balayev kimi narazı danışmışdı, və heç kim qarantiya verə bilməz ki, bir gün o da, Rüstəm İbrahimbəyov da, "səhvlərini anladıqlarını" etiraf etməyəcəklər.
Odur ki, Səmimi olun, bəylər xanımlar!!! Ehtiyatlı olun, qəhrəmanlarınızı düzgün seçin!!!

Комментариев нет:

Отправить комментарий