06.01.2013

Ramiz Qusarçaylı - Bu eşşəyi kim göndərib

Nə yolu var, nə məqsədi,
Bu eşşəyi kim göndərib?
Nə qanır zəfəran nədi
Bu eşşəyi kim göndərib?

Ayaq altı xalçalıqdı,
Sir-sifəti xonçalıqdı,
Deyir Quba yoncalıqdı
Bu eşşəyi kim göndərib?

Yox idimi arıqları,
Viran qoydu qoruqları,
Dalında da qoduqları
Bu eşşəyi kim göndərdi?

“Eşşəknamə” kitabı, Bakı-2006

Комментариев нет:

Отправить комментарий