15.01.2013

Sevsən sevilməyə tələsmə gülüm


İsmayıl Cəmili

Sevgi yolu hamar deyil, düz deyil.
Yol boyudur döngə, dönüm, uçurum,
Sevdadır bu, alovdur bu, söz deyil.

Sevdim desən gözlə yanar odları,
Sevən dərdə sevə sevə dözməli.
Yar yolunda yaraların saymadan,
Şirin candan umud əlin üzməli.

Alım yoxdur, verim vardır bu yolda,
Yardan gələn nə olursa gözəldir.
Məhəbbətdir acılara dad verən,
Bu sevdadır quru sözü qəzəldir.


Gileylənib küsən sevən olamaz,
Sevirsən sev yersiz yerə üşünmə.
Can desən can eşitməyi gözləmə,
Könül versən daha onu düşünmə.

Комментариев нет:

Отправить комментарий