22.02.2013

Bir qadın fəlsəfəsi

Vəfa Mürsəlqızı

 Zaman qar ələyir qara tellərə,
 Saçında bir əlin tumarı yoxdur,
 Şüşə gözlərində şübhələr oyaq,
 Gözündə sevginin xumarı yoxdur.

 İçində ağlayır qadın qüruru,
 Özü qulağını tıxayır , kar tək,
 Özü öz-özünün vurğunudursa,
 Kiməsə vurulmaq nəyinə gərək.

 Bircə xatirəsi yox bu qadının,
 Öləndə köksünə sıxıb aparsın,
 Bir məktub yazmadı,məktub almadı,
 Hansısa dolabda yadigar qalsın.


Dumanlı başında qürur havası,
 Önu mənliyindən didərgin edər,
 Ancaq rəfiqəsi ərə gedəndə,
 Ağladı gecəni səhərə qədər.

 Birni sevirdi, amma gizlicə,
 Qorxdu kimsə ondan məhəbbət istər,
 Sevgini etiraf etməyin özü,
 İnsandan böyüklük, cəsarət istər.

 Qısıla-qısıla yaşadı getdi,
 Bədəni ruhunun dəmir qəfəsi,
 Hər şeyi öyrəndi, bir şeydən başqa,
 Sevməkdir qadının ilk vəzifəsi.

Комментариев нет:

Отправить комментарий