23.02.2013

Ali təhsilli kadrlar piştaxta arxasında

Günel Eyvazlı

Təhsil, səhiyyə haqqında kifayət qədər danışılır. Bu sahədə axsaqlıqların olması hamına məlumdur. Çətin həyat şəraitində yaşayan müəllimlər, həkimlər ölkəmizdə gedən inkişafın qarşısında əliboş, cibiboşdurlar. Və ya əliboş , cibiboş idilər.
Niyə? Çünki hörmətli müəllim, hörmətli həkim yaşamağın yolunu tapdı. Bu yol həmişə var idi. Amma nədənsə bu yola addım atmaq imic üçün bir zaman xələl gətirirdisə, indi isə ziyalılıar hər şeyi gözə alıb.
Mən işlədiyim müəssisədə kişi müəllimləri arasında kifayət qədər tamada, qadınlar arasında isə kosmetika alveri ilə məşğul olan müəllim tanıyıram. Sonra bal satanlar, doşab satanlar. Daha sonra Türkiyə və İrana mal dalıyca gedənlər və.s.
Bir zaman korrupsiyada suçlanan müəllimlər bunun nə qədər iyrənc olduğunun fərqinə vardılar. Bir tələbə qarşısında alçalmaq və ya tələbələrin, pulu başına çevirib müəllimə verməsi nə qədər alçaldıcı olduğunu təsəvvürünüzə gətirə bilərsiniz? Mən nəinki təsəvvürümə gətirirəm, hətta şahidi də olmuşam.

Nəhayət müəllimlər bazara üz tutdular piştaxta arxasına. İndi məktəblərimizdə dərs deməyə həvəsi olmayan, marağı olmayan müəllim kütləsi, piştaxta arxasında isə kifayət qədər diplomlu alverçi var. Hələ marşrutda konduktor işləyən Sadıq müəllimi demirəm. İngilis dili müəllimidir. Hərdən bir-iki cümlə ingilis dilində deyərək, sankı sərnişinlərə ali təhsilli olmasını bildirmək istəyir, vallah məni düz başa düşün, məni ehtiyac bu günə qoydu demək istəyir.
Həkimlərdə isə vəziyyət bir başqadır. Bəli, həkimlər də gözəl yaşamaq istəyir. Mədəni alverçilər ağ xalatda, Hippokrat andına arxa çevirərək Firma dərmanları ilə xəstələri zəhərləyir. Apteklərə üz tutanda , həkimin verdiyi reseptin dəyərini öyrəndikdə gözlərin kəllənə çıxır və sağalmaqdan vaz keçirsən. İnsan taleyi ilə oynayan , sağlamlıq qoruyucuları, hamilələri yersiz analizləri verməyə göndərişlər yazır, özəl klinikalarla saziş bağlayırlar. Dəbə düşmüş azonaterapiyalar, oksigen həbləri, mikroblara qarşı bahalı müalicələr və.s. lap insanın evini yıxır.
Həkimlər xəstələrə yeməməyi məsləhət görürlər . Dərman için ey insanlar bu yetərlidir!
Apteklərdə kütləvi növbələr gözümün qarşısından getmir. İnsanlar dərmanları kilolarla alır, setka dolusu alır. Damarlara sistem şəklində axan milyonlar, milyon həbb qəbulundan sonra dünyaya gələn körpələr, əlacı hər yerdən üzülmüş qocalar, sonuncu qəpiyini dərmana verir. Nə etsin təzyiq, nə etsin yaşamaq istəyi, nə etsin yaşamalıdır.
Təhsil və səhiyyədə olan acınacaqlı vəziyyət yeni nəslin mədəni gülləsidir. Bəlkədə bombasıdır, atom bombasıdır.

qafqazregion.az

Комментариев нет:

Отправить комментарий