İmran Kərimli
Bir müddət əvvəl üçayaqlı quzu,ikibaşlı toyuq və bu sayaq əyləncəli xəbərlər üzərində ixtisaslşan Xəzər TV-də Bakının hansısa küçəsində yaşlı bir qadının qəza nəticəsində ölməsini göstərirdilər. Xəbərdə qeyd olunurdu ki, ağır tonnajlı maşın ilə vurulan xalanın əlindəki əski (hər iki mənada) torbasında, səhv etmirəmsə, 1-2 kq kartof-soğan, bir də deyəsən göy-göyərti olub. Bu da onu göstərirdi ki, mərhumə çox guman bazarliq eləyib evə getmək istəyirmiş. Evdə isə öz növbəsində xala ya sup bişirib, ya da kartof qızardıb göyərti ilə yemək niyyətində olub ki, bu da ona qismət olmayıb.
Xala bazarlıq edib o dünyaya getdi. Həm məcazi, həm də hərfi mənada. Torbasını əlində bərk sıxıb buraxmasa da, “çətin ki” o, onu özü ilə apara bilsin. Onsuz da daha ona, nə həmişə narazı qaldığı 120 manat pensiya, nə də bazardan aldığı, əskik çəkilməsi ehtimal olunan kartof-soğan qismət olacaq.
Xala əzabkeş ömründə bəlkə də heç zaman dincəlmədiyi, uzanmadığı qədər dincəldi, uzandı. Üstü nə iləsə örtülü olan xalanın meyidini yerdən nə polisimizin, nə də səhiyyəmizin nümayəndəsi götürmək istəmirdi. Qırmızı Xaç, Qızıl Aypara təşkilatlarının yeri məlum, hər iki tərəfin arqumentləri əslində əsaslı səslənirdi. Polis bütün efirə çox demokratikcəsinə bəyan etdi ki, biz ölülərə baxmırıq, bizim işimiz dirilərlədir. Təcili yardımın həkiminin də dediyindən belə başa düşmək oldu ki, onlara problem-zad lazim deyil: gərək ilk növbədə polis rəhmətliyi qeydiyyat-filana alsın, sonra isə qapı açıqdır və “morqa xoş gəlmisiniz” demək olar.
Əgər mən düz başa düşdümsə, deyəsən başqa bir məsul həkim unikal bir fikir irəli sürdü ki, ümumiyyətlə onu (yəni meyidi) poçt xidmətinin maşını aparmalıdır. Allah saxladı ki, o meyidin, yəni hələ asfaltda qeydiyyata alınan xalanın hadisə yerindən aparılmasına məsul olan idarə kimi Gənclər və Turizm Nazirliyinin və ya DAK-ın (Dünya Azərbaycanlılarının Konqresinin) adını çəkmədi.
Açığı mən baş verənlərin mahiyyətini tam dərk etməsəm də, tragikomediyanın fərəhləndirici, həm də maraqlı tərəfi odur ki, sement tökən maşının sürücüsü, yəni qadını o dünyaya göndərən binəva artıq yolun qırağında yaddan çıxmış uzananı (təbii ki, xalanın meyidini, çünki yolda ondan başqa uzanan yox idi) lazımı yerə aparmağa canla-başla hazır olsa da, o, artıq cinayətkar sayıldığından bu mümkün iş deyildi. Aydın məsələdir ki, o cinayət yerini özbaşına tərk edə bilməz. Buna icazə almaq üçün isə rəsmi orqana rəsmi müraciət etmək lazım idi.
Həm polis, həm də həkim öz fikirlərini ifadə etməkdə çətinlik çəkdiyindən, onlarin əvəzinə bir yazar kimi deyə bilərəm ki, ölənlərin problemi, onların qohumlarının və əzizlərinin öz şəxsi problemidir (nöqtə). Əslində mən elə bilirdim ki, sadə və mürəkkəb vətəndaşların problemləri, ancaq onların özlərinin problemidir. Elə bir məqam yarandı ki, hətta mən fikirləşdim , “meyid xala” bəlkə də belə biganəliyə artıq dözməyib, şəxsən özü ayağa qalxıb dillənəcək və çox qısa nitq söyləyərək deyəcək ki, “Aparın da məni xarabaya! İnsan olun, kişi olun, mənliyiniz olsun. Sizin hamınızın başına belə hadisə gələ bilər. İndi mənim yaxınım gəlib çıxmayıb deyə belə acınacaqlı vəziyyətdə qalmalıyam?!” Sonra da təzədən əvvəlki, təbaşir ilə çəkilmiş “qəlibdə” uzanacaq. Ancaq sonra fikirləşirəm ki, bu çox güman onun ölümqabağı etdiyi şifahi və yazılı şikayətlər kimi mənasız sonunclanacaq və o yerdə qalmağda davam edəcək qalacaq, necə ki, özü indi qalıb.
Ümumiyyətlə, mövzuya yaxın olaraq bəyan edirəm ki, ölülərin də hüquqları var. Doğrudur, onların hüquqlarını qorumaq üçün mövcud təşkilatın rəhbəri aydın məsələdir ki, onların “həmkarları” arasından ola bilməz. Necə ki, itlər-pişiklər canlı sayılsalar da, onların hüquqlarını qoruyan təşkilatlara onlar özləri yox, məhz canlı insanlar başçılıq edir. Bununla belə siz haqlı olaraq deyə bilərsiniz ki, bizdə şaquli vəziyyətdə olanların hüququ qorunmursa, bədbəxt üfiqi vəziyyətdə (yataq xəstələrini çıxmaq şərtilə) uzananlar haqda danışmaq futbol üzrə Azərbaycan yığmasının perspektivi,Azərbaycanda rüşvətin nə vxtsa normal səviyyəyə düşə biləcəyi haqda danışmaq kimi mənasızdır.
Futbolumuzdan söz düşmüşkən, fürsətdən istifadə edib onu deyim ki, bizim yığmanı necə yığırlarsa, çox pis yığırlar. Əgər ölməsəydi, bəlkə də bu fikirlə yerdə uzanan xala belə razılaşardı. Azərbaycan yığması elə bil təzə olmüş meyidi xatırladır: bədən 90 dəqiqədə də olmasa, bir müddət impulsiv hərəkətlər edir və hər şey qurtarır.
Əslində, bu nə qədər anormal olsa da, bizim dirilərin əksəriyyəti olü kimi bir şeydir. Ona görə də heç bir anormal bir şey bizi artıq təəccübləndirmir.
Cəlil Məmmədquluzadə nahaq yerə zəhmət çəkib “Ölülər” pyesini yazmamışdır ki?! Fakt odur ki, bizdə dirilər nəinki təkcə dirilərlə, hətta ölülərlə də yola getmir.
Başqa planetdən gələnə də tez bir zamanda aydın olar ki, ölkənin əksər klinikalarında bizdə kor bağırsağın qəfildən partlasa və ya partlamaq ərəfəsində olsa belə, əgər potensial meyidin “yiyəsi”, üstündə dövlət xəstəxanasındakı həkimə verəsi pulun yoxdursa, xəstə nə qədər zarıldayıb yalvarsa da, bu dırnaqlarını pilka ilə manikür edən növbətçi tibb bacısı da (bacısı??!!) rəhm doğura bilməz. Əgər siz o anda pulunuz olmadığınız üçün hökumət xəstəxanasında pulsuz əməliyyat olunmaq istəyirsinizsə, bu arzunuz ürəyinizdə qala bilər. Əgər əlbəttə ürəyiniz özü qalsa.
Nəbadə “xala xətrin” qalmasın deyə növbətçi həkim-cərrahın nəzərinə Hippokrat andını çatdırasız. Sizə bu vəziyyətinizlə yüngül atletikanın uzunluğa tullanmaq növü ilə məşğul olanın yolu ilə, dalınca getmək təklifi edə bilərlər ki, bu da bizim reallıqda çox təbiidir və başadüşüləndir. Vicdan, insaniyyət, rəhm nə bilim hüquq və s. bu tipli xırda-para” lazımsız” fikirləri özünüzdə saxlamağınız daha məsləhətlidir. Məsləhətli don isə necə deyərlər gen olar.
Bunlar “boş” şeylər olduğundan bu mövzuda çox qalmaq istəməzdim. Mənə daha maraqlı gələn, vəziyyətdən doğa biləcək hallardır ki, onlardan da biri məsəlçün, əcnəbi bir vətəndaşın, özü də Avropa və ya ABŞ vətəndaşının Allah eləməmiş avtomobil qəzası nəticəsində məsələn, Bakı-Salyan yolunda yaralı vəziyyətdə qalmasıdır.Təsəvvür edirəm: o, min-bir cəhdlə səfirliyin nömrəsini tapır və onunla əlaqə saxlayır və təxminən hansı rayonda, hansı koordinatda olmasını deyir. Onlar da öz növbəsində yerli orqanlara dil-ağız eləyirlər ki, onu xəstəxanaya çatdırsınlar, ”hörmətinizi” edərik, xəcalətinizdən çıxarıq (Onu da qeyd edim ki, vay o əcnəbi turistin halına ki, onun ölkəsinin burada səfirliyi yoxdur).
Nə isə, bizimkilər minnət ilə öz qonaqpərvərliyini göstərərək, böyük siyasi addım ataraq onu xəstəxanada yerləşdirirlər (əyalət xəstəxanası ola bilsin bir az balaca olduğundan “yerləşdirmək” sözünü hərfi mənada da uğurla başa düşmək olar). Əsas məsələ bundan sonra başlayır. Daha əcnəbi firənq (fransız) və ya hollandiyalı deyə bilməz ki, “No, problem!” İş də orasındadır ki, problem artıq var! Təsəvvür edirəm bədbəxt Con və ya futbolçu Anrinin adaşı qırılıb sallanmış ayağını tutub qışqırır: O may qod! O may qod!
Ağrıkəsici vurmağa tələsməyən və vəziyyəti analiz etməyə çalışan, əvvəllər baytar həkimi işləyən tibb işçisi dahiyanə olaraq düz fikirləşir ki, onun nə qışqırdığını öyrənmək üçün tərcüməçi dalınca kimisə göndərsə, naməlum bədbəxtin ayağı yüz faiz yaxşı halda qanqrena olacaq. Özü də bu, yüz faiz şirələrin üstündə yazılan, borcu alıb onu 2 günə (hay-hay!) qaytarılması vəd edilən tipli 100 faizlərdən deyil.
Birinci, müəyyən etmək lazımdır ki, turist nə dildə bağırır, yoxsa gedib ingilis dili müəlliməsini 10 manata dərsdən çıxardıb (bunun 5 manatı çox güman məktəb direktoruna çatır) gətizdirəcəksən, o da yalan-doğru deyəcək bu fransıza oxşayır, ola bilsin ki, öz doğma dilində danışır. Burada isə incə məqamlar ortaya çıxır. Ola bisin ki, ingilis dili müəllimi əslində fransız dili fakultəsini qurtarıb. Ya da ki, əcnəbi əslən fransızdır, ancaq ingilis dilində danışmağa öyrəşib. Ancaq anlaşılmazlıqdan xəstə arada fransız dilində də qışqıra bilər və müəllimə də əslində fransız dili fakultəsini qurtarsa belə, onu başa düşmür. Bu da başa düşüləndir. Çünki əslində o, fransız dilini də, mən yapon dilini bilən kimi bilir.
Həqiqətən hər şeyi kadırlar həll edir. Bizim də əvəzedilməz tibb həkimimiz (onu kim əvəz edə bilər ki, camaat pul verib xəstəxanada vəzifəyə keçib) əcnəbi turistə müraciətlə sual verir:
-Mani-mani var?!
O da öz növbəsində kredit kartını çıxarıb deyir ki, var, var. Yəni bir anbar. Reaksiya özünü gözlətmir:
-Ə qağa, bizdə belə şeylər keçməz. Bu nədir pensiya kartını mənə uzadırsan?! Utanmırsan?! Onun içində nə olacaq, olsa da artıq onu çox guman götürmüsən. Özü də irayonda bir dənə bankomat var, mərkəzdə, o da deyəsən təmirdədir. Bizim tibb işçimiz suya getməz. Pulun yoxdur, zəng elə adamın gəlsin. Dədən Cona borcumuz-filan yoxdur ki?! Bax bilirsən, niyə bu günə düşürsüz?! Hamısı, o, sizdə oğlan oğlana elçi gedir, sonra evlənir ha... Bax onların cəzasıdır. Düzdür, xəstəxana hökumətindir. Ancaq hökumətdə bizimdir. Bəli. Bəli, burada baş həkim mənəm, Bağdadda kar, lal xəlifə.
Əcnəbinin neçə min konturu gedəndən sonra səfirlikdən vertolyotla onun adamları gəlir, özləri ilə də həkim gətizdirir və binəva turist rejissor Stiven Spilberqin “Sıravi Rayanın xilası” filimindəki kimi xilas edirlər. Mən inanıram ki, o turist inşallah öz evinə çatanda kilsəyə nəzir verəcək və ola bilsin ki, hələ uzun müddət Azərbaycanın adını eşidəndə əl-ayağı əsəcək, qan-tər bürüyəcək.
Sonda onu qeyd etmək istəyirəm ki, o, xalanın yerinə bir gün hamımız olacağıq.O xala da elə bizim hamımızın xalasıdır. Şərt o deyil ki, maşın altda biz,ya da yaxınımız qalsın..Hamımız öləcəyik.Biri bu səbəbdən, digəri başqa səbəbdən. Əsas odur ki, daxili səbətimiz hansı ki, onu gömrükdən keçirib özümüzlə o dünyaya aparacağıq, içi yaxşı əməllərlə dolu olsun, çəkisi çox, keyfiyyəti də yüksək.
qafqazregion.az

Комментариев нет:
Отправить комментарий