Qalib Şəfahət
Hər dəfə şəhərə çıxanda bir macəra ilə rastlaşıram. Bu dəfə çox qəribə bir macəra rast gəldi mənə…
Səhər işə gəldikdə dedilər ki, Sabunçu rayon icra hakimiyyətindən deyiblər ki,hami bu gün kollektivlə birlikdə Ana heykəlini (Xocalı soyqırımı) ziyarət etməlidir. Düzü mən Vətənə, torpağa məhəbbət hissini gözə soxmağı sevmirəm. Amma siyasi don geyindirəcəklərini bilib, bir neçə xanım iş yoldaşlarımı da maşınımla götürüb, deyilən ünvana getdim. Şəhərdə bu gun, hər gün olduğündan da daha qarma-qarşıqlıq idi. Bir polis serjantı maşınımı yolun kənarında bir yerdə saxlamağı məsləhət gördu.
Sağ olsunlar, hərəyə iki qərənfil də vermişdilər ziyarət üçün. Kollektivlə ziyarət etdik.
Qayıdan da maşını yerində görmədim. Qadınların yanında pərt olsam da, özümü o yerə qoymadım. Onları taksi ilə yola salıb, maşının axtarışına çıxdım. Günün günorta çağı maşın oğurluğu məndə daxilən gərginlik yaratdı. 102 xidmətinə zəng etdim. Məni bir mayorla calaşdırdilar. Mayorun sözü ilə 6 №- lı evakator dayanacağına gələsi oldum.
Orada nə görsəm yaxşıdır? -Vur çatlasın,söyən kim,söyülən kim?! Aləm qarışıb bir-birinə. Polis serjantı Hümbətov Əyyub Həmzə oğlu (deməsinə görə atası milli qəhrəmandır) bir qarabağ əlilini az qalır ki, mal kimi döysün. Bu qarabağ əlili də, hamı kimi Xocalı soyqırımını ziyarətə gələnlərdəndir. Bunların böyüyünü soruşduq, deyilənə görə, ŞDYP-I idarəsində oturur. Bu idarənin qərargah rəisi Qasımov Talıb müəllimdir.
Ya 40 manat verməlisən, ya da 20 manat verib,sonra dərdini Talıb müəllimə danışmalısan.O da dərdinə əlac qılsa və yaxud onu görə bilsən?
Son sözləri belə old:-“Bizə dəxili yoxdur,ya 20 manatını ver, canını qurtar,ya da ki, cəzan 40 manat olacaq”!
Dünyadan Xocalıya ədalət tələb edən Azərbaycanda Xocalı soyqırımını ziyarətə gələn vətəndaşını bu qədər, bilərəkdən incidirlərsə,daha dünyadan nə ədalət gözləməli?
Bu gün gördüyüm belə oldu;Xocalıya hörmət kampaniyası,20 manat ver canını qurtar yoxsa cəzan 40 manat olacaq…

Комментариев нет:
Отправить комментарий