26.02.2013

Dünya hökuməti. I hissə

Sima Ənnağı

Dünya Höküməti tənəzzüldən yalnız udacaq, təkcə sadə camaat bundan bir xeyir görməyəcəkdir.

Amerikanın Əfqanıstana təcavüzü ona görə başlandı ki, taliblər narkotiklə mübarizəni genişləndirmişdilər, öz ərazilərində xaşxaş və tiryək əkinlərini məhv edirdilər, öz ölkələrindən  keçən narkotrafiki 10 dəfələrlə azaltmağa nail olmuşdular.

Onlar insanın və ictimai qrupların dəyərlər sistemini dəyişir, ictimai rəyə təsir göstərir, mənəvi dəyərləri məhv edir, insanın “yeni obrazını” yaradır.

SUİ-QƏSD NƏZƏRİYYƏSİ. Dostoyevski inanırdı ki, dünya proseslərini görünməyən əli ilə idarə edən hansısa gizli hökumət var. İndi əksəriyyət “sui-qəsd nəzəriyyəsinə” gülür, halbuki bu terminin mənasını az adam bilir.
Sui-qəsd – gizli fəaliyyət göstərən kiçik bir qrupun  qeyri-qanuni hərəkətidir. Bu qrup tarixi hadisələrin gedişatına təsir etmək, məsələn, hökuməti devirmək məqsədi ilə fəaliyyət göstərir. Sui-qəsd nəzəriyyəsi sui-qəsd nəticəsində baş vermiş hadisələrin izahını verməyə çalışır.
  Aydın olsa da, bir əmma var: nə üçün sui-qəsdçilərin fəaliyyəti qeyri-qanuni olmalıdır? Bəlkə müəyyən qanunların qəbul olunması yetərlidir? Bu zaman bir qrup nüfuzlu şəxsin can atdığı və gizli saxladığı hansısa məqsəd əlçatan vasitələrlə həyata yetmiş olur. Belə situasiyalar hər yerdə yaranır. Sirr deyil ki, hansısa iri maliyyə-sənaye qrupu bütün imkanlardan istifadə etməklə öz adamını deputatlığa, rayon və ya vilayət rəhbərliyinə “itələyir”. Bəzən kriminalla əlaqəli insanlar da yüksək vəzifələrə yerləşdirilirlər.
 Sui-qəsd nəzəriyyəsi baxımından, qarşısına müəyyən bir məqsəd qoyub həmin məqsədə çatmağa çalışan bir qrup nüfuzlu şəxs tarixi subyekt kimi çıxış edir. Və bu izahda gülməli nə var? Nüfuzlu insanlar həmişə yüksək məqsədlərə can atmışlar. Dünyamiqyaslı nüfuzlu şəxslər isə qlobal məqsədlərə meyillidirlər. Bu məntiqə tam uyğundu, fəqət ictimaiyyata bu haqda məlumat verilmir.
 DÜNYA HÖKUMƏTİNİN QƏRARGAHLARI. Dünya hökumətinin əsas qərargahlarından biri hamının düşündüyü kimi, ABŞ-da deyil, İngiltərədədir. ABŞ dünyanın jandarmı rolundadır, dollar tənəzzülə uğrayanda (bu gec-tez baş verəcək), ABŞ-da yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşəcək. Çox adam sevinəcək ki, amerikalılara belə də lazımdı. Lakin Dünya Höküməti bundan yalnız udacaq: dünyada nüfuz sahələrinin yenidən paylaşması baş tutacaq. Təkcə sadə camaat bundan bir xeyir görməyəcəkdir.
 Təsadüfi deyil ki, nüfuzu ləkələnmiş sabiq dövlət xadimlərinin əksəriyyəti məhz İngiltərədə siyasi sığınacaq tapır.
 Dünya Hökumətinin digər gərargahı İsveçrədədir. Əsil İsveçrə milyardlarla kirli dolların yuyulduğu nəhəng  banklar ölkəsidir. Dünya Hökumətinin icazəsi ilə narkotik maddələrin leqal istehsalı da burdadır. İsveçrə qlobal böhranlar zamanında terrorçuların və  sabiq dövlət xadimlərinin pul və bədənlərinin əsas “sığınacaq” yeridir.
 ABŞ-da qərargah Solt-Leyk-Sitidə və Nyu-Yorkda yerləşir. Ehtiyat qərargahlar İspaniyada və İsveçdədir.
 II YELİZAVETA. Dünya Hökumətinin başında Britaniya kraliçası dayanır. II Yelizaveta, Britaniya kraliçası. Onun rəsmi rütbəsi - “II Yelizaveta, Tanrının mərhəməti ilə Birləşmiş Krallığın, Kanadanın və digər krallıq ərazilərinin Kraliçası, Birlyin Başçısı, İnamın Müdafiəçisi”. O, 1952-ci ilin fevral ayının 6-dan Kanadada hökmranlıq edir. Taxt-tacın varisi Uels şahzadəsi Çarlzdır.
 Heç inanmazsınız ki, baş nazirlər, parlament partiyaları, seçkilər - hamısı bir oyundur. Britaniya kraliçası, Böyük Britaniyadan əlavə 15 ölkənin başçısıdır. Buna Avstraliya, Antiqua və Berbuda, Baham adaları, Barbados, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadinlər, Sent-Kits və Nevis, Sent-Lusiya, Solomon adaları, Tuvalu, Yamayka daxildir. Hətta indi, bizim zamanda, ingilis tacının sahibinin aşağıdakı hüquqları vardır:
*müharibə elan etmək (qanuni məhdudiyyət olmadan və səbəbləri izah etmədən);
*baş naziri təyin etmək (istədiyi adamı, və bu şəxs partiya seçkilərində qalib olmaya da bilər);
*nazirləri, gizli müşavirləri, icra orqanlarının üzvlərini və digər vəzifə şəxslərini təyin etmək;
*parlamenti buraxmaq;
*bütün işlər üzrə hakimləri təyin etmək;
*hərbi qüvvələrə rəhbərlik etmək.
 Ümumi qanun deyir ki, Tac “səhv edə bilməz”, monarx cinayətə görə məhkəmədə cavab verə bilməz.
 Faktiki olaraq,kraliça hakimiyyətin bütün qollarına- qanunvericiliyə, icraya və məhkəməyə nəzarə edir. Monax anqlikan kilsəsinin Ali İdarəçisidir və yepiskopları, arxiyepiskopları təyin edə bilir, yəni o həm dünyəvi, həm də dini hakimiyyətin başçısıdır, bu hal isə dünyanın heç yerində, hətta İranda yoxdur.
 İndisə mühüm bir məqam: Böyük Britaniya kraliçasının yuxarıda sadaladığımız bütün səlahiyyətləri yalnız Böyük Britaniyada deyil, həmçinin Kanadada, Avstraliyada və kraliçanın rəhbərlik etdiyi digər ölkələrdə qüvvədər.
 Dünyada ikinci bir insanın əlində bu qədər böyük hakimiyyət səlahiyyətləri yoxdur. Britaniya kraliçası planetin ən nüfuzlu insanı olmaqla yanaşı, həm də ən zənginidir. Rotşildlər, Morqanlar, Fordlar, Rokfellerlər onunla müqayisədə xırda biznesmenlərdir.
 DÜNYA NARKOBİZNESİ. Məhz Britaniya tacı bilavasitə iki yüz il ərzində narkotik alveri ilə məşğul olmuşdur (“tiryək müharibələri”ni unudanlar üçün xatırlatma). Narkotiklə alverin böyük hissəsini Britaniya xüsusi xidməti hələ də nəzarətdə saxlayır. Amerikanın Əfqanıstana təcavüzü ona görə başlandı ki, taliblər narkotiklə mübarizəni genişləndirmişdilər, öz ərazilərində xaşxaş və tiryək əkinlərini məhv edirdilər, öz ölkələrindən  keçən narkotrafiki 10 dəfələrlə azaltmağa nail olmuşdular. 40-50 milyardlıq narkogəliri itirmək britaniyalılar üçün xoş deyildi, ona görə onlar öz casuslarının əli ilə ABŞ-ı  Əfqanıstana təcavüzə “göndərdilər”.
 Narkotiklərlə müharibə oyundan başqa bir şey deyildir. Avropaya heroin daşıyan kanallardan biri Monako knyazlığından keçir. Heroin Korsikadan bərə ilə gətirilir, yay aylarında Korsika ilə Monte-Karlo arasında külli-miqdarda bərə reysləri olur. Bu zaman nə daşınan yük, nə də sərnişinlər yoxlanılır.
 1930-cu ildə Cənubi Amerikaya qoyulmuş Britaniya kapitalı, Britaniya “dominionlarına” (müstəmləkələrinə) qoyulmuş kapitaldan artıq olmuşdu. Qrehem, xaricdəki Britaniya sərmayələri üzrə mütəxəssis, iddia edirdi ki, Cənubi Amerikada Britaniya sərmayələri “bir trilyon funt sterlinqdən çoxdu”. Xatırlayın ki, bu 1930-cu il idi, o zaman bir trilyon funt ağlasığmaz dərəcədə nəhəng pullar idi. Cənubi Amerikaya belə nəhəng sərmayənin qoyulmasına səbəb nə idi? Bircə sözlə izah etmək olar: narkotiklər.
 Məlumdur ki, tiryək- insanın tanıdığı bütün narkotiklərdən ən çox asılılıq yaradan maddədir. Bir çox farmakoloji vasitələrin tərkibində müəyyən qədər tiryək olur. Hesab edirlər ki, siqaret kağızına əvvəlcə tiryək hopdurulur, ona görə siqaret çəkənlər bu vərdişi tərgidə bilmirlər.
 Necə olur ki, nəzarət və yoxlama avadanlığının ən müasir növləri (peyk kəşfiyyatı daxil olmaqla) istifadə edildiyi halda, narkoticarətin kökünü kəsmək olmur? Nə üçün hüquq-mühafizə və güc təşkilatları aşkar edilmiş laboratoriyaları məhv etmir? Əgər belədirsə, tam imkan ola-ola heroinlə ticarətin kökü kəsilmirsə, demək həmin təşkilatlar narkotik ticarətin dayandırılmasında maraqlı deyillər. Bu alverin kökünü kəsmək üçün sadəcə sirkə anhidridini - çiy tiryəkdən heroin almaq üçün tələb olunan ən vacib kimyəvi komponenti istehsal edən bütün zavodlar nəzarətə alınmalıdır. Sonra onun izinə düşüb məhv etmək asandır!
 Narkotiklərin gənclər arasında geniş yayılması “Bitlz” rok-qrupundan başlandı. “Bitlz” fenomeni köhnəlmiş sosial sistemə qarşı kortəbii gənclik qiyamı deyildi. Əksinə, bu, əhalinin geniş qrupuna düşünülmüş plan üzrə dağıdıcı elementin yeridilməsi idi. Məqsəd həmin qrupa mənsub olanların şüurunda dəyişilik etmək idi. Həmin qrupa milyonlarla gənc aid idi, onlara yeni həyat tərzi, yeni kultlar aşılanırdı.
 “Bitlz” qrupu sosial eksperimentin bir hissəsi kimi ABŞ-a gətirildi. Həmin eksperiment Tavistok İnsan Münasibətləri İnstitutunda- psixoloji müharibələr bürosunda, dünya höküməti laboratoriyasında işlənib  hazırlanmışdı. O, bütün sektorlarda və ictimai həyatın istənilən sahəsində -ailədən tutmuş dünya birliyinə qədər- qrup və təşkilati davranışı öyrənən, psixoterapevtik təcrübələr aparan özəl bir təşkilat idi.
 Tavistok metodlarına Freyd psixoterapiyasından əlavə, narkotiklər, hipnoz, eləcə də digər psixoloji və farmakoloji təsir vasitələri daxil idi. Onlar insanın və ictimai qrupların dəyərlər sistemini dəyişir, ictimai rəyə təsir göstərir, mənəvi dəyərləri məhv edir, insanın “yeni obrazını” yaradır. Bütün bunlar insanları dünya hökümətinə tabe etdirmək üçün idi.

(Ardı var)

Комментариев нет:

Отправить комментарий