26.02.2013

Gözüm də qalmasa

Qadir Cəfəri

gözüm də qalmasa
bir şeylər qaldı
xəyal işçilərinin göyümsov dənizindən uçan martılar
bir damcı uçuş çilədilər
gözüm də qalmasa
bir şeylərim qaldı yollarda

həsrətindən ay...
gözəl olmayacaq on dördüncü gecədə

nə dolacaq işıqlara
nə düşəcək uçuş xəyalı toyuqların başına
fəqət kələpçələr əskilədəcək Arif bir daha
həm də yetənək Sizsiniz verilişində
gözüm də qalmasa
bir şeylərim qaldı yollarda

Комментариев нет:

Отправить комментарий