23.02.2013

Nə gərək?

Sadiq Binəli

Kərbəlayi, daha artıq mənə dövran nə gərək?
Hacı da kef eliyirsə daha iman nə gərək?

Günaha ar eləmirsə bəni adəm, ya Rəbb,
Daha bu dövrana Allah axı şeytan nə gərək?

Daha ad-san basıb əlbət səni artıq, ay Həci,
Bahalı çək siqaret, əskidi qəlyan nə gərək?

Sən özün çin-çin elə pulları yığ kassalara,
Dəxi heç etmə fikir, körpə verir can nə gərək?

Sənə lazımdı ki, Sadiq, alasan başına iş?
Səsə salma, keç otur başıva bir qan nə gərək?

Комментариев нет:

Отправить комментарий