Sən uyurkən - mən düşündüm dərin-dərin,
Cavabını bu qarışıq duyğuların və hisslərin.
Mən sübhə tək xəyalənla yatmaz ikən,
Bəlkə başqa sevgi idi röyan sənin.
Sən uyurkən – mən ağlımla, ürəyimlə baş-başaydım,
Onlar mənə səni sorur,
mənsə aciz və səssizkcə sükutdaydım.
Sənə olan hisslərimin adı nəydi anlamağa çalışırkən,
Bilmədiyim dərinlərə dalmaqdaydım.
Sən uyurkən – yanağımdan aramsızca süzüldü yaş,
Ilk dəfəydi məğlüb olmuş, duyğulara əymişdim baş.
Sinəm üstdə qəfəsinə sığışmırdı çarpan ürək,
Onu belə oynatmışdı məhvərindən aci təlaş.
Sən uyurkən – sarılaraq yastığıma, yorğanıma,
Hönkürtüylə dağıdırdım gecələrin sükutunu.
Məngənəyə salınmışdım elə bil ki,
Divarlar da hey sıxırdı bədənimi.
Sən uyurkən – mən yatmadım,
bax beləcə sübhə qədər çəkdim əzab.
Sən ilə mən arasında gedib-gəldim.
tapammadım hissə cavab.
Sevirdimmi, sevmirdimmi dərk etməyə can atırdım,
Dilimə eşq kəlməsini gətirməyə çəkinirdim.
Pəncərəmdən hürkək-hürkək boylanarkən sübh Günəşi,
anladim ki, bu sevgidir.
Yoxsa sənlə açmaz idim mən səhəri.
Yuxularıma
Yuxum kipriyimdən süzüldü ovca,
Yumub ovucumda saxladım onu.
Qorxdum itirərəm salıb torpağa,
Sonra yuxumda da tapmaram səni.
Sən mənim yuxumsan heç çin olmayan,
Gəlirsən arabir məni görməyə.
Qorxursan sevincdən ölərəm deyə,
Qıymırsan yuxumu gerçək etməyə.
Gerçəksən yuxumda, röyalarımda.
Mən sənə, sən mənə sadiqiq orda.
Sənə qovuşmaqçün gerçəkdən qopub,
Qalacam əbədi yuxularımda.

Комментариев нет:
Отправить комментарий