26.02.2013

Qarabağ müharibəsi barədə Sepah-ın sabiq komandanından şok açıqlama

"Biz Qarabağın Azərbaycana qaytarılmasında da onlara kömək etməyə hazırıq"

FaktXəbər-in məlumaına görə, İran İslam Respublikasının Məsləhət Şurasının katibi Möhsin Rizayi SəhərTV-yə verdiyi açıqlamasında bildirib ki, İran Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ordusunu silahla təchiz etməklə yanaşı, Azərbaycanın partizan qüvvələrinə də hərbi təlimlər keçib.
Ermənistan-Azərbaycan müharibəsi dönəmində İran İnqilab Keşikçiləri Korpusunun komandanı olmuş Möhsin Rzayi həmçinin qeyd edib: "Şəxsən göstəriş vermişdim ki, Qarabağ qaçqınlarının vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin. Hətta, Azərbaycan silahlı qüvvələrinə hərbi təlimlərin keçirilməsi haqda da göstəriş vermişdim".

Sepah-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının şəhid edildiyini və onların məzarlarının Bakıda olduğunu bildirib.
İran İslam Respublikasının Məsləhət Şurasının katibi İran və Azərbaycan arasındakı ikitərəfli əməkdaşlığa işarə edərək bildirib ki, biz həmişə çətin günlərində azərbaycanlıların yanında olmuşuq və bu gün də onların yanındayıq. Biz Qarabağın Azərbaycana qaytarılmasında onlara kömək etməyə hazırıq.
Möhsin Rzayi sonda deyib ki, Qarabağ İslam torpağıdır və sülh yolu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilməlidir.

Комментариев нет:

Отправить комментарий