Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Sözün işığı” jurnalının baş redaktoru, “Qılınc və Qələm” mükafatı laureatı Ədalət Salmanın 55-illik yubileyi münasibətilə Cəlilabad rayonunda yerləşən H. Əliyev adına Yaradıcılıq Mərkəzində tədbir keçirildi. Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı “Oxucularla üz-üzə” adlanan həmin tədbirdə şairin qələm dostları, oxucuları və rayon məktəbinin yuxarı sinif şagirdləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə festivallar laureatı, aktyor Xeyrulla Şahbazov açaraq yubliyarı təbrik etmiş, sonra dəvət olunmuş qonaqları iştirakçılara təqdim etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən Qəni Bəxtəvər, Əfrahim Abbas, Meyxoş Abdullah, İman Abdulla, “Region səs” qəzetinin redaktoru Asif Həsənli, Qarabağ müharibəsi veteranı Maşallah Əliyev, tədqiqatçı jurnalist Sabir Nəsiroğlu, CTV-nin bölgə müxbiri Elşən Feyzullayev, şairlərdən Mikayıl İnçəçaylı, Vəluyulla Novruz, Əlövsət Tahirli, Zərifə Əliyeva adına məktəbin müəllimi Xəlil Məmmədov çıxış etmişlər.
Fəal oxuculardan Tapdıq Həsənov və Əlbala müəllim çıxış edərək yubiliyar haqqında öz ürək sözlərini söyləmiş, ona həsr olunmuş şeirlər oxumuş, yaradıcılıq nailiyyətləri arzulamışlar.
20 yanvar Respublika Cəmiyyəti Cəlilabad rayon Şurasının sədri Mirşamil Mürsəlov şair-publisist Ədalət Salmanın redaktor kimi apardığı fəaliyyətini yüksək qiymətləndirmiş və onu Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda fiziki sağlamlıqlarını itirmiş insanlara, şəhid olmuş həmətənlərimizin ailələrinə göstərdiyi diqqət və qayğıya görə cəmiy- yətin “Diplom”u ilə təltif etmişdir.
Tədbirdə müğənni Akif Mədətli şairin sözlərinə yazılmış mahnılar ifa etmiş, şagirdlər şairin şeirlərindən nümunələr söyləmişlər.
Sonda yubiliyar tədbirin təşkilatçıları 3 saylı Mədəniyyət mər- kəzinin direktoru Xeyrulla Şahbazova, rayon Mədəniyyət evinin müdiri Ramin İbrahimova və iştirakçılara öz təşəkkürünü bildirmiş, oxucuları maraqlandıran sualları cavablandırmışdır.
Onu da qeyd edək ki, tədbirdən bir neçə gün öncə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tanınmış şair və redaktor Ədalət Salmanı yubiley münasibətilə səmimi qəlbdən təbrik etmiş, ona mətbuat sahəsində səmərəli xidmətlərinə görə və 55-illiyi münasibətilə RİH-nin “Fəxri fərman”ını təqdim etmişdir.

Комментариев нет:
Отправить комментарий