Vəfa Qafarova
Hə... Bu gün də belə bitdi. Adlayırıq fevralın -27-sinə. Qurtardı, daha ağlamaya bilərik. Gün sona yetdi. Həm də axı borcumuzu artıqlaması ilə verdik. İsti , od kimi otada ayına iyirmi manat ödədiyimiz sürətli intenetin böyrünü kəsdirib hay-küylü statuslar paylaşdıq, bir iki dancı ağladıq. Hə, lap yadımdan cıxmışdı səs vermədə də iştirak etdik. Daha gedib rahat yata bilərik. Əla, vicdan borcumuzdan cıxdıq artıqlaması ilə... Bir zaman "Zəngəzur", "Vedibasar", "Göycə" adı verirdik kafelərə. Bakı-Sumqayıt yolu dolu idi mən tələbə olanda belə kafelərlə.
İndi də işğal altında olan torpaqlarımızın adını veririk. Doğurdan ha görəsən bəs nə əcəb Xocalının adına bir şey yoxdur. Əbədiləşdirərdik də, necə olmasa da VİCDAN BORCUMUZDUR. Hə anladım qorxuruq... "X hərfi ilə başalnan hər şeydən qorxuruq. Axı Xocalı " X" ilə başalyır. Axı Xocalı deyəndə işkəncə verilmiş, təhqir edilmiş cəsədlər, anasının qarnından cıxarılmış körpələr, əsirlikdə qalan qızlar, gəlinlər gəlir göz önünə. Qorxuruq...
"XOCA" filminə qoy bütün dünya baxsın biz baxmayaq. Biz türk seriallarına , çiy şou proqramlara baxaq. Bu axşam asılacağıq telefon dəstəyindən, illərlə yada salmadığımız rəfiqələrimizi tapacağıq. Gileylənəcəyik ki, baxmağa bir şey yoxdur televizorda. Amma var kanallar maşallah coxdur.
Hə.... Qurtardı. Bu günün də axırı gəldi. Sabah yenə başlanır yeni gün. Gedəcəyik çörək pulu dalınca. Bəzi üzdəniraq kişilər çayxanalarda onun bunun arvadının, qızının qeybətini eləyəcək. Amma əsirlikdə olnlardan xəbərləri də yoxdur. Müəllimlər dərs davası eləyəcək bir biri ilə. Həkimlər də firma dərmanlarla başlayacaqlar millətin onsuzda zəifləmiş genofondunun qalan hissəsinin öhtəsindən gəlməyə. Bazarlarda "KİŞİ"-lər onun-bunun arvadına "Bacı, lap əyninədir" deyə-deyə kolqotka satacaqlar. Mügənnilər, şadlıq evi sahibləri də başlayacaqlar donquldanmağa ki, otuz günün biri niyə düşüb 26 Fevrala, çörək pulundan oluruq.
Hə.... bəsdir yataq daha dünən ağladıq doyduq. Amma əsirlikdə qadınlar var, qızlar var ki, bizim sevmədiyimiz ölümə minnətçi düşür hər gecə. Allaha yalvarır bir ucuz ölüm üçün. Onlar ağlaya da bilmirlər, onların göz yaşları coxdan tükənib çünki.....
Biz isə ağladıq doyduq....

Комментариев нет:
Отправить комментарий