28.02.2013

Bəlkələr

Taleh Eminoğlu

Pəncərədə pərdəyə dönmüş qız
baxışıyla yağışı aralayıb
 yollara baxır.
Təkəm seyrək işıqları yanan
şəhərdə sevdiyini axtarır.
Bəlkə hansısa qaranlıq tində,
bədənində bıçaq yarası
can verir...
Bəlkə maşın vurub onu...
Bəlkə barmaqlıq arxasındadı
qolunda qandal...
Bəlkə qarşıdakı binanın
işiq yanan evindədi,
bir qadının yanında,
qolları arasında,
yatağında.

Qapı döyülür.
Yəqin odur gələn.
Bəlkə polisdi
ondan bir xəbər gətirib.

Allahı axtarıram

Allahı axtarıram...
Dayanacaqdakı insanların içində,
avtobusun arxa oturacaqlarında.
Allahı axtarıram...
Metro ekskolatırlarında
tapa bilmirəm ki, bilmirəm,
Allahı axtarıram...
parkda oynayan uşaqlar arasında,
əl açıb dilənən bir qarının yanında,
Allahı axtarıram...
məscid minarəsində,
azan səslənməsində
tapa bilmirəm ki, bilmirəm.
Allahı axtarıram...
məzar üstə ağlayan
ananın duasında,
şərab badələrindən sərxoş olmuş
dörd divar arasında.
Allahı axtarıram...
Sonda tapdım Allahı,
minlərlə insanın üz cizgilərində,
kədərli və sevincli gözlərin bəbəyində,
can verən insanın son xırıltısında,
doğulmuş bir körpənin ilk qığıltısında.

İlk sevgimin ilk şeiri

Sevdim səni
heç özümdə bilmədən.
Ruhun ruhumu
yoldan çıxardı...
Necə sevdim səni?!
İlk baxışdanmı,
yoxsa
bir dəqiqəlik söhbətdənmi sevdim?!
Bilmirəm.
Bircə bildiyim səni sevməyimdi...
Əllərinin istisini,
dodaqlarının dadını,
tellərinin ətrini
bilmədən sevdim.
Əllərini tutmaq üçün
dodaqlarını dadmaq üçün
tellərinin ətrini içimə çəkib,
tərki dünya olmaq üçün sevdim.
Başqa sevgilərdən fərqli sevdim
bambaşqa.
Uşaqlar Allahı sevən kimi sevdim,
öz bildiyim kimi
qanunsuz qaydasız.
Adını bilmədən sevdim,
adına sevgi deyib sevdim səni.

Mən

Mən- asfalt üzərində
laxtalanmiş qan.
İnsanlar qana cuman
qara milçək.

Şair

Şairlər qız kimidi,
Saf, pak və bakirə.
Şairlərin əlləri,
Bulanmaz əsla kirə.

Axı onlar dünyanın,
Kirini təmizləyir.
Allah unudanları,
Şairlər əzizləyir.

Şairlər elçisidi,
Yer üzündə Allahın.
Onlar qələmə alır,
Tanrının pıçıltısın.

Şairlərdi qoruyan,
Bəşəri şər əməldən.
Şairlərdi saxlayan,
Dünyanı təməlindən.

Dəlidən doğru xəbər

Bir dəli var min ildiki,
Ağıllanmaq istəmir.
Ağıllı var bir saatlıq,
Dəli olmaq istəmir.

Dəli olmaq pis şey deyil,
Onnsuz hər kəs dəli bir az.
Dəliliyin dadın bilən,
Birdə dönüb ağıllanmaz.

Dərd çəkmirsən, qəm çəkmirsəm,
Sənin dərdin çəkir hamı.
Sən etdiyin günahları,
Öz boynuna çəkir hamı.

Dəli olmaq istəyirəm,
Dərddən, qəmdən uzaq olmaq.

Комментариев нет:

Отправить комментарий