Xosrov Barışan
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların, söndüm!
Günəş görünməyirdi.
Ucu görünməz bir göydələniydi
Dayandığım.
Umudlarım; malatsız kərpiç.
Korlar bülvarında bir heykələ dönüşdüm!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların, kefləndim!
Bir qatar böyüdü şəhər qədər,
Altından mən geçdim.
Sığındım barmaqlarıma,
Göz yaşlarım
Orgumun barmaqlıqlarında
Səni axtardı.
Tikrarən çalınmalı
Bir melodiydi yaşadıqlarımız!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Qamaşdı gözlərim!
Yerə çırpıb
Sındırdım qaba tutulmuş əksivi.
Beynimə batır indi;
Şüşəsinin hər sınığı
Dalbadal qanadan xatirələr kimi...
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Tumdum!
Gözlər yan-yana açılıb, yumuldular,
Gözlər pəncərələr oldular,
Açılıb;
Addımlarımı uddular!
Milçəkiydim mi?!
Işıqlara doğru mu uçdum;
Bağlı pəncərələrdə?!
Uşaqıydım mı?!
Suallar trafikində tıxanıb qaldım:
Ay canı yanmış ((Pinəkiyo))
Haradasan?
Gəl, gör;
Bizim bu yerdə
((Spaydırmən)) yaxşı niyət uğruna
Uzanan burunlardan
Tor toxumuş
İlişib özü də qlmış torda,
Nə yazıq..!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Bulandım!
Bilməm ki kim;
Beynimizi
Pambıq edib
Toprağımıza əkdi!?!
((Mehdi Ərdəm))
((Günəş)) kafəsində
Duman oldu!
((Rəsul məlikzadə))
Həyatını
Corab hördü,
Hansı məliklərin ayağına?!
((Xosrov Barışan));
Hər zaddan küsüb,
Öz içinə
İlişib qaldı!!!
((Babək Nəhreyn)) honərmənd şod!
Ey-vay ((Dumanlı Təbriz))im...
((Ey-vay Anam))...
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Qusdum!
Modelim heç bir reklamçının xoşuna gəlmədi!
Yaymadı kimsə şeirlərimi!
Paltar yuyan maşınıydım mı!?
Fırladıb, çırpıb yudum;
Şeirlərimin paltarını ürəyimdə,
Birdənbirə;
Ortaya çıxdın; sən!!!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
İtdim!!!
Qaldım iki ayna arasında
Birisi sənin gözlərin...
O birisi də;
Gözlərin sənin...
Hansı yoldan getsəm, bitməz!
Bilinməz bir sevda kimi.
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
İnanmadım!
Mindiyin uçağın gürültüsü,
Boğdu sənə oxuduğum ((Şikəstə))ni.
Düşmənimiz böyütdü uşağımızı!
Sənlə ((Matriks))ə baxdım.
Sənə ((Matriks))dən baxdım.
Nəysə...
Hər ikisi də bir komediydi.
Sən qıdıqladın,
Mən qaqqıldadım...
Ürəyimi bir ləbləbiçidən mi aldın?!!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Gördüm.
Gözlərimdə böyüdü uşaqlığım.
((Qumpaniyəs.., köməkiyəs...))
Yumdum gözlərimi.
((Dalıda qalan, qabaqda qalan; şövbə...))
Şövbələndim!!!
Sağım, solum; şövbə...
((İran))la ((Turan)) birləşmişdi!!!
Mindiyimiz soğana bənzər bir ((Jiyan))ıydı.
((Alan duz)) ((Əlqələndis)) oldu!
Ölsəydim;
Filim bitəcəkdi...
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Ayıldım.
Şair dedimsə də;
Kimi zaman ürək işçisi,
Kimi zaman söz qurumsağı..!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların, söndüm!
Günəş görünməyirdi.
Ucu görünməz bir göydələniydi
Dayandığım.
Umudlarım; malatsız kərpiç.
Korlar bülvarında bir heykələ dönüşdüm!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların, kefləndim!
Bir qatar böyüdü şəhər qədər,
Altından mən geçdim.
Sığındım barmaqlarıma,
Göz yaşlarım
Orgumun barmaqlıqlarında
Səni axtardı.
Tikrarən çalınmalı
Bir melodiydi yaşadıqlarımız!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Qamaşdı gözlərim!
Yerə çırpıb
Sındırdım qaba tutulmuş əksivi.
Beynimə batır indi;
Şüşəsinin hər sınığı
Dalbadal qanadan xatirələr kimi...
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Tumdum!
Gözlər yan-yana açılıb, yumuldular,
Gözlər pəncərələr oldular,
Açılıb;
Addımlarımı uddular!
Milçəkiydim mi?!
Işıqlara doğru mu uçdum;
Bağlı pəncərələrdə?!
Uşaqıydım mı?!
Suallar trafikində tıxanıb qaldım:
Ay canı yanmış ((Pinəkiyo))
Haradasan?
Gəl, gör;
Bizim bu yerdə
((Spaydırmən)) yaxşı niyət uğruna
Uzanan burunlardan
Tor toxumuş
İlişib özü də qlmış torda,
Nə yazıq..!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Bulandım!
Bilməm ki kim;
Beynimizi
Pambıq edib
Toprağımıza əkdi!?!
((Mehdi Ərdəm))
((Günəş)) kafəsində
Duman oldu!
((Rəsul məlikzadə))
Həyatını
Corab hördü,
Hansı məliklərin ayağına?!
((Xosrov Barışan));
Hər zaddan küsüb,
Öz içinə
İlişib qaldı!!!
((Babək Nəhreyn)) honərmənd şod!
Ey-vay ((Dumanlı Təbriz))im...
((Ey-vay Anam))...
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Qusdum!
Modelim heç bir reklamçının xoşuna gəlmədi!
Yaymadı kimsə şeirlərimi!
Paltar yuyan maşınıydım mı!?
Fırladıb, çırpıb yudum;
Şeirlərimin paltarını ürəyimdə,
Birdənbirə;
Ortaya çıxdın; sən!!!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
İtdim!!!
Qaldım iki ayna arasında
Birisi sənin gözlərin...
O birisi də;
Gözlərin sənin...
Hansı yoldan getsəm, bitməz!
Bilinməz bir sevda kimi.
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
İnanmadım!
Mindiyin uçağın gürültüsü,
Boğdu sənə oxuduğum ((Şikəstə))ni.
Düşmənimiz böyütdü uşağımızı!
Sənlə ((Matriks))ə baxdım.
Sənə ((Matriks))dən baxdım.
Nəysə...
Hər ikisi də bir komediydi.
Sən qıdıqladın,
Mən qaqqıldadım...
Ürəyimi bir ləbləbiçidən mi aldın?!!
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Gördüm.
Gözlərimdə böyüdü uşaqlığım.
((Qumpaniyəs.., köməkiyəs...))
Yumdum gözlərimi.
((Dalıda qalan, qabaqda qalan; şövbə...))
Şövbələndim!!!
Sağım, solum; şövbə...
((İran))la ((Turan)) birləşmişdi!!!
Mindiyimiz soğana bənzər bir ((Jiyan))ıydı.
((Alan duz)) ((Əlqələndis)) oldu!
Ölsəydim;
Filim bitəcəkdi...
((Tehran))daydımsa;
İçdim ((Təbriz))in ışıqların,
Ayıldım.
Şair dedimsə də;
Kimi zaman ürək işçisi,
Kimi zaman söz qurumsağı..!
Комментариев нет:
Отправить комментарий