26.02.2013

İnsan alveri bazarları Bakının mərkəzi küçələrində

Anar Dadaşov

Qırmızı işıqlı küçələr. Hansı ki, bəzi ölkələrdə kişilər öz həyat yoldaşlarını işləmək üçün buraya könüllü gətirirlər. Çılpaq şəkildə qadınların seçilmək üçün düzüldüyü bu vitrinli seks bazarına qadın bazarı da demək olar. Bu onlar tərəfindən adi hal kimi qarşılanır. Buradakı bir çox insanın  qeyrət, namus anlayışını bir dəyər kimi tanımamasından buna təbii baxdığını söyləmək olar. Yaxşı olar ki, bəşəriyyətdə insanın qiyməti, hər bir şeyin insan üçün yaradıldığı halda insanın özünün satılıb alına bilməsi, eləcə də qadının özünün pulla alına bilməsi sualları haqqında düşünək.
Bu cür küçələrin mövcud olduğu ölkələrdən Niderlandı, Belçikanı misal göstərə bilərəm. Kişilər çox rahat şəkildə buradakı bazarlardan qadınları bir neçə saatlığa və ya günlüyə pulla ala bilirlər. Bununla belə öz dəyərlərini bizə sırımaqdan da çəkinmirlər. Bəs Azərbaycanda bu cür bazarlar yoxdur? Azərbaycanda insan alverinə şəraiti kimlər yaradır? İstəyirəm ki, bir az bu suallar haqqında danışaq. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif adlar qoyduqları “masaj salonu”, “sağlamlıq mərkəzi”, barlar, gecə klubları qırmızı işıqlı küçələrdəki vitrinli seks bazarının zirzəmi variantından başqa bir şey deyildir. Bircə fərqlə ki, onlarda açıq aşkaradır, bizdə isə zirzəmilərdə. Bəs bu bazarların bazarkomları kimlərdir? Hərhalda boynuyoğun birilərinin olduğuna da şübhə yoxdur. Bazarın müştəriləri də kənar şəxslər deyil. Nəzərə alsaq ki, buradakı içkilərin 100 qramı orta əmək haqqı alan şəxsin maaşından çoxdur, o zaman bazarın istifadəçilərini müəəyyən etmək asan olacaq. Bəs görəsən hakimiyyətin seks bazarı açmaq kimi prioritet məqsədi var? Məntiqi yanaşsaq bu cür insan alveri bazarlarının Bakının mərkəzi küçələrində fəaliyyət göstərməsi, onlar üçün şəraitin yaradılmasından xəbər verir. Ölkəmiz tez-tez insan alverinə qarşı olan beynəlxalq proqramlara qoşulur, institutlar yaradılır, yay-qış məktəbləri təşkil olunur, bir sıra tədbirlər, konfranslar keçirilir. Təəssüflər olsun ki, bəzən insan alverinə qarşı mübarizə üçün təşkil olunmuş konfransa gedən iştirakçılar, məhz bu qırmızı işıqlı küçələrdən keçərək gedirlər.

Комментариев нет:

Отправить комментарий