27.02.2013

Sadiq Binəli - Anlamamışdım Mən

Səssiz könülün naləsini, ahını duymusdum,
Amma dodağaltı gülüşü anlamamışdım mən. 
Məzlumlara divan tutaraq mən elə vurmuşdum,
Allahıma qarşı döyüşü anlamamışdım mən.

Məzlumları incitməyim Allaha əyan imiş,
Kafirlərə, dinsizlərə əlbəttə təkan imiş.
Beynim qarışıq, amma ki gözlərdə duman imiş,
Məhşərdə onunla görüşü anlamamışdım mən .  

Kafirlər əli altda ki, məzlumlər inlərdi,
Nadan verər öz əmrini aqil isə dinlərdi.
Qafil kimi zülm əhli idim mən neçə illərdi,
Allahıma axir dönüşü anlamamışdım mən.

Pak olmasa da qəlbimiz həqq sevgisi fitrətdi,
Dünyayə göz açdınsa bu dünya sənə zulmətdi.
Hər fəndini dövran özü axır mənə öyrətdi,
Hər bir sətir altı söyüşü anlamamışdım mən.

Комментариев нет:

Отправить комментарий