Gunel Treu
Bu yetim tənhalıq yaraşmır mənə,
Yoxluğun sındırdı məni, ay adam.
Baxmaq istəmirəm sınıq güzgüyə
Artır saçlarımın dəni, ay adam.
Yoxluğun ömrümün ömürlük yası,
Varlığın könlümün gizli arzusu.
Elə dərindi ki, həsrət yarası
Kəsmir ürəyimin qanı, ay adam.
Bu qədər ayrılıq insafmı səncə?
Necə söz keçirim könlümə, necə?
Mən hara baxıram məndən gizlicə,
Gözlərim axtarır səni, ay adam.
Bu yetim tənhalıq yaraşmır mənə,
Yoxluğun sındırdı məni, ay adam.
Baxmaq istəmirəm sınıq güzgüyə
Artır saçlarımın dəni, ay adam.
Yoxluğun ömrümün ömürlük yası,
Varlığın könlümün gizli arzusu.
Elə dərindi ki, həsrət yarası
Kəsmir ürəyimin qanı, ay adam.
Bu qədər ayrılıq insafmı səncə?
Necə söz keçirim könlümə, necə?
Mən hara baxıram məndən gizlicə,
Gözlərim axtarır səni, ay adam.
Комментариев нет:
Отправить комментарий