Qüzey Kıbrıs - Şimali Kipri “Xocalıya ədalət!” kampaniyası silkələdi "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi Qüzey Kıbrıs Türk Cümhuriyyətinin çüxtəlif şəhərlərində Xocalı soyqırımının 21-ci il dönümü ilə bağlı geniş Beynəlxalq kapmaniyaya keçirib.
Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilati dəstəyilə həftədir ki, müxtəlif formada etiraz aksiyaları, Azərbaycan və Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı dəhşətlərinin dünyaya çatdırılması istiqamətində intellektual-kreativ tədbirlər Qardaş diyarda təhsil alam əcnəbi müəllimlərin, tələbələrin də diqqətini cəlb edib, eləcə də sosial şəbəkələrdə, İnternetdə böyüük əks-səda yaradıb.
Özündə tələbə və gənclərin yürüşünü, xüsusi hazırlanmış avtomobil karvanının Kiprin müxtəlif şəhərlərini küçələrində Azərbaycan bayrağı və ingiliscə “Xocalıya ədalət” şüarı ilə davamlı hərəkət etməsi, xüsusi köynəklər, soyqırım qurbanlarının şəkilləri və bayraqlarla aksiyalar, sosial şəbəkələrdə virtual etiraz materiallarının paylaşılması, KİV-lərdə verilən materiallar kimi formada istifadə edən gənc fəallar aksiyalarla real nəticələr əldə etməyə çalışırlar.
Fevralın 26-sında Qüzey Kıbırs Türkiyyə Cumhuriyyətinin Mağosa şəhərində “Kreativ Gəncər”Xarıcdə Təhsil Alan Tələbələrə Yardım İctimai Birliyi “Xocalı Soyqırımının” 21 ci ildönümü ilə bağlı təşkil etdiyi növbəti tədbirdə müxtəlif millətlərdən olan əcnəbi tələbə-gənclər Kiprdə təhsil alan azərbaycanlılarla birgı yürüşdə iştirak etdilər.
Yürüşdən sonra isə Mağoşa şəhərin Mustafa Afşin Ersoy salonunda “Xoca” bədii filminə ictimai baxış təşkil olundu, eyni zamanda müzakirələr – dinləmələr keçirildi. “Kreativ Gənclər” XOATY İB sədri, YYSQ rəhbərliyində təmsil olunan Fərhad Allahverdizadə təşkilatçılığı ilə keçirilən və azərbaycanlı tələbələrlə yanaşı dünyanın 90-na yaxın ölkəsindən gələn gənclərin də fəallıq göstərdiyi tədbirlərdə Xocalı soyqırımını XX əsrin ən böyük vəhşiliyi və hərbi cinayəti adlandırılıb.
Fərhad Allahverdizadə əcnəbi gənclərin qarşısında çıxış edərək bildirib ki, Xocalı genosidinin bütün dünyada tanıdılması üçün fəaliyyət genişləndirilir. Dünya 21 il bundan əvvəl, fevralın 25-dən 26-a keçən gecə minlərlə Xocalı sakini doğma torpaqlarından qovulduğuna, əsir götürüldüyünə, Ermənistanın hərbi birləşmələri və Rusiyanın bir motoatıcı polku tərəfindən vəhşicəsinə məhv edildiyinə siyasi qiymət verməlidir.
Məlumat verilib ki, o zaman Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla ümumilikdə 613 Azərbaycan vətəndaşının qətlə yetirildiyi, 76-sı uşaq olmaqla 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir alındığı, 150 nəfərin itkin düşüb. Aksiyaların iştirakçıları bu vandalizm hadisəsini qətiyyətlə pisləyib və öz ölkələrinin ictimaiyyətini bu məsələdə məlumatlandıracaqlarına söz veriblər.
Bu cür cinayət hadisələrinin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət bu qətliama münasibət bildirməli, etiraz səsini ucaltmaqlarını xüsusi vurğulayan iştirakçılar azərbaycanlılarla həmrəylik içində olduğumuzu ifadə ediblər, tezliklə Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırıblar...
YYSQ və "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyinin Mətbuat xidmətləri
Комментариев нет:
Отправить комментарий