25.02.2013

Çingiz Mustafayev olmasaydı...

Qadir CeferiXocalı faciəsinin filiminə baxdıqda, nə qədər də özümə söz verirəm bu dönə göz yaşlarımı saxlayım, Çingiz Mustafayevin kamera arxasından ağlamaq səslərini eşidəndə özümdən asılı olmayaraq ona qoşuluram. Çingiz olmasaydı bəlkə də bu faciəni dünyaya heç anlatmaq mümkün olmayacaqdı da. Onun kamera arxasındakı hönkürtülərində bir millətin dərdi sızlayır. Ədalət və barış sevərliyi hayqırır. Sanıram Çingiz belə bir faciəni hər hansı bir xalqda da görüntüyə çəksəydi, beləcə yeri gəldikdə ağlayacaqdı.
Bu İnsanlıq qarşısında edilən cinayətə etirazdı. Bu ağlamaq zəiflikdən deyil, İnsanın qutsal istəklər özləmindən doğulan bir bağırtının özünü yansıtmasıdı. Eyni ilə Fələstindəki günahsız insanların ölümünü görüb, dolduğumuz kimi. Cinayətin kimin tərəfindən törəndiyindən asılı olmayaraq, cinayətin özünə acımaqdı bu. Əlbəttə heç də danmaq lazım deyil ki bu acı-ağrı öz millətinin içində yaşanırsa, sənə toxunmuş şəkildə hiss edəcəksən bunu. Bu insani acı sənin milli dərdinə qatışaraq, sızıldıyacaqdır. Elə bir sızıltı ki, tarixin yarasına həmişə duz səpəcəkdir.

Qadir Ceferi

Комментариев нет:

Отправить комментарий