21.02.2013

Sözcüklərin yuyulması

Qadir Cəfəri

İNANDIRIRSAN MƏNİ

inandırırsan məni
yaşıl bağçamızın erkən saralmasına
inandırırsan məni
yatağından, yaşıl xəyanətin qoxusu gəlir
və şopenin ölüm nəğməsini çalan “pianist”
“beş mərtəbəli evin altıncı mərtəbəsində” ki göz...əllə sevişir
inan qırırsan məni
Sözcüklərin yuyulmasına
Çoxdandır kı, bağçamızda yağış əkmişəm.


Urmu

sevgi duzlağında
addımlarım doğma şəhərin pıçıltısında
ilanların sevişməsi kimi səssizdir
yaşamları qədər qorxunc.
alışdım,
tanış yolların küçələrindəki öpüş izinə
səmai şəmsdə dalğalanan boğulmuş zil səsə
dənizin gur dalğası
bir bardaq dəniziymiş balığın payı
darısqal dözüm
bir bardaq sevgi
sevgi duzlağından.
getdim,
qayçılanmış şəklinin qırıqlarını axtarmağa
növrüz gülünü qoxulamağa
səninlə özümü bütünləməyə.
tanrının gözəlçəsi,
sən
tanrısız dünyanı dadızdırdın mənə
tanrısız sevişmə
payızlamış ağaca sarmaşığın sarındığıdır elə
çürümə sevgilim
itirərəm gözəlliyimi.

Комментариев нет:

Отправить комментарий