Lalə Mehralı
Saf, sadəlövh insanların yaşadığı ölkələr fırıldaqçılıq üçün ən uyğun mühit hesab edilir, aldanma ehtimalı səmimi, sadəlövh insanlar arasında daha çox rastlanır. Teknikanın, elmin inkişafı indi aldatmanı real yox, virtual müstəvilərə daşıyıb, kibercinayətkarlar həmişə iş başındadır.
Bu sətirləri oxuyanlar yüz faiz təsdiqləyəcək, bir çoxunuzun e-mail ünvanına hər gün uduşlu lotereya barədə mesajlar gəlir, sizin külli miqdarda pul udduğunuzu iddia edirlər. Pulu udmağınızı da ya sizin e-mail ünvanınızın virtual müsabiqədə qalib olması, ya da e-mail ünvanınıza gələn spamı tıklamaqla özünüzü bilmədən beynəlxalq lotereya oyununa əlavə etməyinizlə əlaqələndirirlər.
İnananlar tora tez düşür, çünki onlarda saflıq və daha asan yolla milyonçu olmağın mümkünlüyünə inam hissi var. Gözlənilməz bir telefon zəngi sizi xoşbəxtliyin bir addımlığında olmanıza inandırır. Çoxları bu mesajın arxasındakı fırıldaqçılıq və cinayət əməli barədə heç düşünmür.
4 il öncə, isti bir yay günündə “gmail” poçt xidmətindənki elektron poçtuma təkrar-təkrar mesajlar gəldi. Elektron quldurluq mövzusunda çox yazdığım və məlumatlı olduğum üçün “tıklamadan” zibil qutusuna göndərirdim. Mən spamları silməkdən yorulurdum, göndərən daha çox israr edirdi.
Nəhayət, 3 gün bu mesajları silsəm də, 4-cü gün məlum milli marağım güc gəldi, məktubu açdım. Aleks Adam adı ilə məktub göndərən adam ingilis dilində yazdığı e-mailində mənim e-poçt ünvanımın Amerikada elektron poçtlar arasında keçirilən müsabiqədə qalib olduğunu və mənə 100 min dollar pul qazandırdığını yazırdı. Təbii ki, xeyli güldüm və məktuba etinasız yanaşdım. Bu mesajı da sildim. Sən demə, artıq onlar istədiklərinə nail olublarmış.
Məktubu tıkladığım üçün professional hakerlər mənim internetə girmək üçün istifadə etdiyim İP ilə əlaqə yaradıb və kompyuterimə casus proqram yükləyərək ev telefonumun nömrəsini öyrəniblər. Gecəyarı, saat 1-2 arası ev telefonunun zəngi eşidildi.
Həyat yoldaşım o zamanlar “Səs” qəzetində işləyirdi və həmin gecə növbətçi redaktor olaraq işdə gecələməli idi. Telefona cavab verdim. Zəng edən ingilis dilində Amerikadan zəng etdiyini, adının Aleks Adam olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bu mənə məktub göndərən adam idi. Şübhələrim təbii ki, hələ vardı, 100 min dollarlıq müsabiqədə xəbərsiz olaraq qalib gəlməyim gülməli idi, amma onun Amerikadan Azərbaycana zəng etməsi bir qədər inandırıcı gəldi. Bir ara “bəlkə tanışlardan kimsə mənimlə zarafat etmək fikrinə düşüb” deyə də fikirləşdim. Amma danışıq tərzindən hiss olunurdu ki, o həqiqətən də, əcnəbidir.
Aleks Adam israrla məndən 100 dollar istəyirdi. Səbəbini soruşanda isə mənə “qazandırdıqları” pulu bank vasitəsi ilə göndərmək istədiyini və bunun üçün müəyyən rüsum tələb edildiyini dedi. Daş qayaya rast gəlmişdi, o israr etsə də, mən çölə atmağa hazırlaşdığım 100 dollarım olmadığı üçün qəbul etmədim. Çünki bilirdim ki, o, fırıldaqçıdır və bu yolla milyonlara sahib olur. Nə çoxdur dünyada saf, sadəlövh adam.
Onu sınamaq üçün ağlıma ilk gələn variantı söylədim, 100 min dolları göndərmək üçün məndən istədiyi 100 dolların əvəzində ona 1000 dollar təklif etdim. Təəccübləndi, kəkələdi. Sözümə davam edərək həmin 1000 dolları mənə “qazandırdığı” puldan götürməsini, yerdə qalan pulu mənə göndərməsini xahiş etdim. Bir az duruxdu, bundan istifadə edib dedim ki, mən ona etibar edirəm və mənim “qazandığım” puldan 1000 dollar götürə bilər. Son sözlərimdən sonra bir az etiraz etdi, bunun mümkün olmadığını, o pula yalnız sahibinin toxuna biləcəyini əsas gətirdi.
Amma sonra çətin adama rast gəldiyini anladı və dəstəyi asdı. Bir daha nə poçtuma mesaj yazdı, nə də zəng etdi.
Virtual fırıldaqçılardan qorunmağın yolu sadədir: Sizə doğma olan insanlardan başqa heç kimə inanmayın, şəxsi bilgilərinizi verməyin. Əgər sizə hələ belə məktub gəlməyibsə əmin olun ki, yaxın gələcəkdə poçtunuzda belə bir mesaj görəcəksiniz. Ehtiyatlı olun, min bir əziyyətlə qazandığınız pulları fırıldaqçılara verməyin.
teleqraf.com

Комментариев нет:
Отправить комментарий