18.04.2013

Və "şaftalı faktoru"

FotoğrafımBu yazımda cəmiyyətimizdəki fahişələrdən danışacam. Yazıda dostum Altay Əsgərovun fikirlərindən də istifadə olunub. Deməli başladıq.
Azərbaycanda fahişələr bir neçə kateqoriyaya bölünür :
1. Sürtüklər qrupu - Bunlar xarici görkəmcə çox eybəcər olub, əhalinin aşağı təbəqəsinə, seksual təcrübə yığmaq istəyən gənc oğlanlara, sürücülərə, kənddəki qoyun-quzudan bezib, bir neçə günlük Bakıya gələn əhaliyə xidmət edirlər. Çox eybəcər olurlar, təbii nisbi olaraq. Çox vaxt söhbət edəndə "semiçka" çırtlayırlar.
2. Kababxana qrupu - Bunlar əsasən bizim işğal olunmuş rayonlarımızın adını daşıdığı kababxanalarda fəaliyyət göstərirlər (Əvvəllər Bakı-Sumqayıt yolunun qırağındakıları misal çəkmək olar).
Bunlar da eybəcərdirlər, əsasən yeməkxanaya gələnlərə xidmət edirlər. Eybəcər olsalar da, geydirmə arağın təsiri ilə babat görsənirlər. Adətən onlara "xalaşka" deyirlər.
3. Müğənnilər qrupu - Bunlar da özlüyündə 2 qrupa bölünürlər. Yeni ulduz olmaq arzusuyla döşünün yarsını göstərib, yarsını da gizlədib sponsor axtaranlar və artıq səsi olmasa da vaginası hesabına guya oxuyanlar. Belələri tez-tez ədəb-ərkəndan, etikadan, mədəniyyətdən, milli mentalitetdən, arada işğal olunmuş rayonlarımızdan eləcə də incəsənətdən tez-tez dəm vururlar. Nisbi mənada babatdırlar amma gözəl deyillər. Əsas etibarilə kəndən gəlib paytaxtda rüşvət hesabına adam olan məmurlara xidmət göstərirlər. Bu kimiləri televiziyada tez-tez reklam edirləşmiş kimi göstərirlər.
4. "Elitni" qrup - Bunlar qəşəng olurlar. Özlərini fahişə saymırlar. Bunlar guya hansısa varlını "sevirlər". Bir uzağı iki nəfərə seksual xidmət göstərirlər. Aradakı "Sevgi" xatirinə, guya arada sevgi var. Kama-Sutranı geridə qoysalar da, ictimaiyyət içərisində özlərini səbrli, təmkinli, əxlaq sahibi kimi aparırlar. Bahalı kosmetikalardan istifadə edirlər. Zöhrəvi xəstəlikləri isə heç vaxt olmur. Bəzi hallarda yüksək postlara da təyin olunurlar. Əsasən "russko yazıçniy"dirlər. Hər adamla yatmırlar, əsasən yüksək rüşvətxorlarla yatılar.
5. Siyasi gənclər qrupu - Yeni-yeni ortaya çıxan, aktivist gənclərin cinsi ehtiyacını qeyri-şərtsiz qarşılayanlardır. Belələri adətən "seksual azadlıq"dan dəm vururlar. Çox güman ki, bakirəliyin önəmsiz olduğunu vurğulayıb, ərə gedəndə türkün məsəli "yarıq"larını anadangəlmə kimi düzəltdirirlər. İngilis dilini bilənin, səhər-axşam hakimiyyəti söyənin, eləcə də mitinqdə çox qışqıranın seksual aclığını söndürməklə məşğuldurlar. Əslində bundan cinsi həzz almırlar, sadəcə öz aralarında eqolarını doyurmaqla, "azad vagina" şüarını deviz edirlər.
6. Potensial "siğəçi"lər - Belələri isə adətən fırıldaqçılıqla məşğul olub, adını dindar kimi qələmə verən, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan, sadəlöhv insanların "ağsaqqal" adlandırdığı, "qabiliyyət-qanacaq" sahibi olan hacılarla, daha doğrusu ingilis bayrağı kimilərlə yatır. Adətən bu cinsi əlaqənin adını "siğə" qoyurlar. Çox vaxt bahalı "İnomarka" maşınlarda gəzirlər. Həmcinslərinin çoxu bunları tanısa da, görməməzlikdən gəlirlər, zira yaman şüvən olurlar. Abırlı qadını belə başına adam toplayaraq "fahişə" elan edə bilən tiplərdəndirlər.
Yəqin ki, sizlər sadaladığım və unutduğum tiplərə rast gəlmisiniz. Sonda qeyd etmək istəyirəm ki, "şaftalı faktoru" cəmiyyətimiz üçün əvəzolunmazdır. Mənə belə gəlir ki, bu yazının nə qədər həqiqətə uyğun olub-olmamasını sizin məntiq dairəniz təyin edəcək.

Türkiyə, Trabzon

Комментариев нет:

Отправить комментарий