19.04.2013

“Pedaqogika” dərsliyi nəşr olundu

Pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın Əməkdar müəllimi Akif  Nurağa oğlu Abbasovun kolleclər üçün yazdığı “Pedaqogika” dərsliyi nəşr edildi. Dərslik “Mütərcim” nəşriyyatında həyata vəsiqə almışdır.
Dərsliyin elmi redaktloru pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Prezident təqaüdçüsü Əjdər Ağayev; rəyçilər akademik Hüseyn Əhmədov, professorlar Fərahim Sadıqov, Fərrux Rüstəmov və Vidadi Xəlilovdur.
Orta ixtisas məktəblərinin proqramına əzasən yazılmış dərslikdə pedaqogikanın ümumi məsələləri, əsas anlayışları, predmeti, məqsəd və vəzifələri, pedaqogika elminin sistemi və mənbələri,  pedaqogikanın digər  elmlərlə əlaqəsi, tədqiqat metodları, şəxsiyyətin inkişafına aid nəzəriyyələr, didaktikanın anlayışlar sistemi, təlimin mahiyyəti, təhsilin məzmunu anlayışı, və s. bu kimi məsələlərə diqqət yetirilir.
Bundan başqa,  dərslikdə təhsil haqqında Azərbaycan Respublikası Qanunu təhsilin hüquqi əsası kimi nəzərdən keçirilir, kurikulum, dövlət təhsil standartları, tədris planının, tədris proqramları və dərsliklərinin roluna, onların tərtibi prinsiplərinə geniş yer verilir. Təlimin və tərbiyənin prinsip və metodları, təşkili formaları, şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi, müəllimin şəxsi və peşə keyfiyyətləri, sinifdənxaric və məktəbdənkənar iş, təlim prosesinə müasir və ənənəvi yanaşmalar,   məktəbə rəhbərlik və onun idarə olunması (məktəbşünaslıq) problemləri üzərində dayanılır, pedaqoji ekspertiza, pedaqoji texnologiyalar da diqqət mərkəzində durur.
Dərslikdən kolleclərin tələbələri, ali məktəblərin bakalavriat və magistratura pillələrində təhsil alanlar, ali və orta ixtisas məktəblərinin müəllimləri, doktorantlar, dissertantlar və gənc tədqiqatçılar, habelə valideynlər və tərbiyəçilər  faydalana bilərlər.

Комментариев нет:

Отправить комментарий