Elçin Bayramlı
“Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür” Herbert Spencer
İnsanın bilikli, mədəni, ağıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. Texnologiyanın sürətli inkişafı son vaxtlar bu sahədə müəyyən problemlər yaradıb. İndi insanlar televizora, internetə, telefona daha çox vaxt ayırırlar, nəinki kitab oxumağa. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Onlara keçməmişdən əvvəl mövzuya qısa bir giriş verək.
Sovet dövründə bizi böyük mütəfəkkir, tarixdə ən böyük sosialist inqilabının ideoloqu və Sovet İttifaqının banisi Vladimir İliç Leninin məşhur sözü ilə böyütdülər - Oxumaq, oxumaq, yenə də oxumaq! Bu şüar Sovet hakimiyyətinin əsas ideoloji siyasət konsepsiyası idi.
Lakin elə həmin Lenin yazırdı: “Unutmaq lazım deyil ki, oxumaq məqsəd deyil, vasitədir. Oxumağın nəticəsində insan faydalı məlumat əldə etməli, faydalı şeylər öyrənməli və onları özünün və cəmiyyətin həyatında tətbiq etməlidir”.
Kitab sözünü ölkə ilə assosiasiya edəndə bütün dünyada hamının yadına SSRİ düşür. Sovet İttifaqı kitabxanaların sayına, dərc edilmiş kitabların ümumi tirajına və oxunma səviyyəsinə görə dünyada ilk yeri tuturdu.
Sovet dövründə ədəbiyyatın böyük missiyası var idi. Kitab elm, dünyagörüş, bilik verməklə yanaşı, insanlıq, xeyirxahlıq, namusluluq, vətənpərvərlik, altruzim, səmimilik, doğruluq, zəhmətkeşlik, vicdanlılıq kimi müsbət əxlaqi dəyərləri təbliğ edir, bu keyfiyyətlərə sahib müsbət qəhrəmanları örnək göstərirdi.
Mənfi qəhrəmanlar isə elə ustalıqla ifşa və rüsvay olunurdu ki, heç kim ondan nümunə götürməyi ağlına belə gətirə bilməzdi. Yazıçılar ədəbi tryuklarla cəmiyyətə bəşəri dəyərləri təbliğ edirdilər.
İndi bəzən hansısa postmodernist yazar çıxıb ortalığa deyir ki, bəs ədəbiyyatın belə missiyası və öhdəliyi yoxdur. Ədəbiyyat bir kommersiya fəaliyyətiymiş və bazara hesablanmalıymış.
Ona görə də, ucuz bulvar romanları, porno səhnələrin təsvir edildiyi, əcaib, hətta iyrənc motivlərin uydurulduğu cızma-qaralar cəlbedici adlar qoyulmaqla ədəbiyyat adına oxuculara sırınmalıymış ki, bəzi dələduzlar pul və şöhrət qazansınlar.
Əvvəla, bunlara kim deyib ki, oxucuların səviyyəsi bu qədər aşağıdır və belə “əsərlərə” tələbat var? Axı, əvvəla bizim ölkənin kitab bazarının həcmi, hansı kitabın nə qədər tirajla buraxıldığı və satıldığı haqda hərdən elan olunan təxmini rəqəmlər belə şübhəlidir və şəffaf deyil.
İkincisi, yazarlar niyə oxucunu öz səviyyələrinə salmalıdır ki, bəlkə, özləri oxucunun səviyyəsinə yüksələlər? Üçüncüsü, kim və necə müəyyən edir ki, hansı yazıçılar, hansı mövzular, hansı əsərlər cəmiyyətin istəyini təmin edir?
Televiziyaların insanı xəbər, serial, şou bombardmanına tutduğu, informasiya əsrinin ən böyük vaxt oğrusu internetin geniş yayıldığı ortaya daha bir problem çıxır- nə oxuyaq ki itirdiyimiz qiymətli vaxta dəysin.
İndi kitab bazarındakı əsərlərə baxanda adam düşünür ki, belə kitabları oxumamaq yaxşıdır. Müasir ədəbiyyat olduqca ruhsuz, duyğusuz, mənəvi boşluqla maddi həzzlərin paralel müşahidə olunduğu kağız yığnağıdır.
Birmənalı olaraq postmodernist ədəbiyyat cəmiyyətə müsbət dəyərlər təbliğ etmir, insanlara ancaq azad cinsi münasibətləri, içki və siqaret kimi zərərli vərdişləri, tüfeyliliyi, eqoizmi, cinayətkarlığı, zorakılığı, ağlagəlməz murdarlıqları təbliğ edir.
Elə bir dövrə gəlmişik ki, artıq kitab oxumaq əksər hallarda insana və cəmiyyətə zərər vurur. Təhlükəli “dini” ədəbiyyat, ujas və seks ədəbiyyatı, kriminal aləmi öyən və caniləri nümunə göstərən zərərli kitablar əksəriyyət təşkil edir. Deməli, çox oxumaqdan yox, nə oxumaqdan söhbət getməlidir.
Ona görə də əgər müasir ədəbiyyatı oxuyacaqsınızsa, yaxşısı budur oxumayın! Müasir ədəbiyyatın əxlaqı yoxdur! Psixologiyanızı, əsəblərinizi, əxlaqınızı qoruyun! Oxumayın!
Bəs nə oxuyaq? XX əsrdə buraxılmış dəyərli kitabların sayı-hesabı yoxdur. Onları bukinist mağazalardan və kitabxanalardan əldə edə bilərsiniz. Birdəfəlik başa düşmək lazımdır- tək-tək istisnaları nəzərə almasaq, ədəbiyyat XX əsrdə bitmişdir!
elçin.bayramli@hotmail.com teleqraf.com

Комментариев нет:
Отправить комментарий