18.04.2013

İnsanları yalan danışarkən sevirəm

Mərdan Əzimov

Hər kəs yalan danışarkən xəyallarında olmaq istədiyi insanı təsəvvür edir. Və beləcə yalan real olmayan, amma real olmağa cəhd hadisəsinə çevrilir...
Yalançılardan birisi çıxıb “mən səni sevirəm” deyir. Əslində heç sevmir, amma vəhşi bir sevgi axtarışındadır...
Biri də gəlir, “siz çox gözəlsiniz” deyib yalan danışmaq məcburiyyətində olur. Əslində yalan danışmaq məcburiyyətində deyil. Amma qarşısındakı insanı gözəl görmək istəyir. Gözəllikdə olmur ki, olmur...
Birisi də gəlir. Özünə təsəlli verir. “Onun sevdiyi yoxdur” deyir. Onu çox sevir. Amma o bir başqasını sevir... Beynində xəyallarında onu sevgisiz, sevgilisiz, təhna biri kimi təsəvvür edir. Yalanlı təsəlli vermiş olur...
Və biri də gəlir. O gələndə hamımızın yaxşı tanıdığı iqtidar olur... Hər gün efirlərdə xalq firavan yaşayır, azaddır, mehribandır, xoşbəxtdir, toxdur deyir. Bu gün bu işi belə etdik, o birisini elə etdik deyirlər. Əslindəsə ortada nə toyuq olur nə də yumurta...
Onlarda başqaları kimi yalanlarının gerçək olmasını istəyirlər. Amma alınmır. Sanki kimsə onları tutub saxlayır. Getmə, etmə deyir...
Və onlar içinə cin girmiş insana çevrilirlər...

Комментариев нет:

Отправить комментарий