22.04.2013

İçin, arkadaşlarım, için!

Ramin Cahangirzadə

Hər həftə;
Bir neçə kilo quzu əti!
Bir şüşə içki!
Yeyirsiz…
İçirsiz…
Və sonra yazıqlardan danışıb
miting qurmağınız,
Nə gözəl olur!
Nə gözəl!

Sağ olun qədeşlərim!
İşiz düzdür
Xirtdəyəcən yeyin!
Xirtdəyəcən için!

Qaldırın badələri,
Vurun bir birinə!
Fizulidən də oxuyun:
"saqı kərəm eylə cam gəzdir
Tutma qədəhi mudam gəzdir"
Saqi kərəmini əsirgəmir
Badəni mudam gəzdirir
Və siz
nə gözəl xəyallarınızda
Hər yeri gəzirsiz
Hər nəyi yerinə qoyursuz
Nə gözəl deyirsiz;
Yaşasın vətən…!
Yaşasın torpaq…!
Yaşasın insan…!
Ölüm olsun bizləri bu günə salanlar!
Ölüm olsun varlığımızı alanlar!
Ölüm olsun satqınlar!
Ölüm olsun basqınlar!

Hərdən də dişlərizin arasını qurtdalayıb
Quzuları diskindirirsiz
Quzuların tamı ağzınızdan çəkilmir
Quzular ağzınızda mələyir…!
Siz də mələyirsiz…!
Mələyin…!
Mələyin…!
O qədər mələyin ki,
Mələklər də əhvalıza mələsin…!

Mənim də sağlığıma için!
Dünyanın ğəm kədərini başızdan atın
İçin tölədəki atı saxlayan mıxın da sağlığına
Sonra ağlayarkən
bir muzik qoyursuz:
"içerim arkadaş
Benim çarem yok"
Ağlayın…!
Ağlayın…!
Doyuncaq ağlayın…!
Göz yaşlarız hər nəyi həll edəcək

Bir şüşə içki…
Torpağı…
Kimliyi…
Dili…
hər nəyi…
Süzülə süzülə
Qaytaracaq sizə…!

İçin arkadaşlarım! İçin!
Siz də iskəndər olacaqsız
Kəndizi buraxıb
Buraxılacaqsız
şair sizi misralandıracaq:
"iç iskəndər! İç!
Kim ki içir,
onun işıq yolu, Şərabdan keçir"
İçin arkadaşlarım! İçin!
Siz də keçəcəksiz,
İşiq yolunu.
Ancaq gözləyin gözləriz qamaşmasın!

Qaldırın badələri
Yenə də süzün!
Sağlıq verin
Sağalmayan yaralara
Sağalmayan yarama
ağnayın torpağa…!
Ağnayın…!
Heç nəyin
Ağına bozuna baxmayın!
Ulduzlara əlizi uzatsaz
dərə bilərsiz bir salxım!

----------------------------------------
ətək yazı:
* Təvəkkül Kiyani Əsl (Kiyan Xiyav)

Комментариев нет:

Отправить комментарий