Bir ay bundan öncə Unibankın Albalı Kart vasitəsiylə necə fırıldaqlar etdiyini, vətəndaşları altamaqları haqqında araşdırma yazısı təqdim etmişdik. Təqdim olunan faktlardan da görünürdü ki, adıçəkilən bank müxtəlif vasitələrlə insanları aldatmaqla məşğuldur. Lakin bu bank haqqında məlumatlar bitmədi. Belə ki, Elitar.Az saytına Unibank haqqında maraqlı məlumatlar daxil olub.
Belə ki, saytımıza daxil olan bir məlumatda deyilir ki, 43 min dollara qarşı 64 min pul tələb edir. Vətəndaş yazır ki, bank burada 21 min dollar sələm tutur. Adıgözəlova Gülşən Məktub qızı məktubunda adıçəkilən bankın soyğunçuluqla məşğul olduğunu vurğulayıb: “2008-ci ildə həyat yoldaşım Unibankdan kreditlə maşın almışdı. “Mersedes” markalı maşının qiyməti servisdə 35 min manat idi. Həmin maşın Unibankda girov qoyuldu, pulun 25 minini bank verdi, 10 minini isə nağd öz cibimizdən servisə ödədik. Ayda 800 manatdan 3 il müddətində bu başkəsənlərə pul ödəməliydik.
Məsələ burasındadır ki, bu 25 minin əvəzinə bunlara 32 min manat pul qaytarmalıydıq, ödəyə bilməyəcəyimiz təqdirdə isə maşınımızı bank əlimizdən alacaqdı. Şərt belə qoyulmuşdu. Sağ olsun Milli Məclisdəki deputatlarımız ki, bu cür ağır şərtlərlə qan soran bankları ölkəmizə buraxıblar! Sağ olsun Elman Rüstəmov ki xalqın avamlığından istifadə edib sələmçi başkəsənlərə qanımızı içməyə imkan verib! Hətta pulun yarısını da aybaay vaxtında ödəsəydik və daha imkanımız olmasaydı ödəməyə, vəssalam, Unibank yenə də maşınımızı əlimizdən alacaqdı və ödədiyimiz artıq pulları da geri qaytarmayacaqdı! Bu necə bankçılıqdır?!”
Şikayətçi sığortadan da narazılıq edir: “MBASK adlı elə bu şirkətin rəhbərliyinə məxsus olan Sığorta Şirkəti bizdən 1500 sığorta üçün pul almışdı, lakin maşınımız əziləndə bir qəpik də pul vermədi. MBASK müxtəlif bəhanələr gətirərək maşını düzəltdirməkdən imtina etdi”.
Şikayətçi bank tərəfindən aldadılaraq evlərinin neçə girova alındığını da qeyd edib: “Bankın işçiləri bizi məhkəməyə verməkləri ilə hədələyir, evimizi banka girov qoymağımızı istəyirdilər. Biz təzyiqlərdən, onların evimizə gəliş-gedişindən, yaratdıqları stresslərdən bezib, məcbur qalaraq təklif etdik ki, evimizi onlara girov qoyub pul götürək. Onlar bizə dedilər ki, evi girov qoyduğunuza görə sizə pul versək, onda maşından qalmış 15 min manat qalıq borcunuzu da cıxacağıq. Məcbur qalıb razılaşdıq. Bu məsələni də xahiş edirəm araşdırın. Mən evimi onlara girov qoyub pul götürrəmsə, niyə maşının pulunu çıxmalıydılar? Və yerdə qalan kiçik məbləğlə nə iş görməliydim ki, bunlara hər ay külli-miqdarda sələm ödəyim? Unibank insanların avamlığından istifadə edərək onlara min cür kombinasiyalar qurur ki, tələyə salsın və əmlakını əlindən alsın.
Daha bir maraqlı cəhət ondadır ki, Unibank satış qiyməti 75 min manat olan evimizə cəmi 43 min manat qiymət qoydu, bu da 34 min manat eləyir. Yəni məlumatınız olsun ki, Unibank əhalinin evlərini yarı qiymətinə əlindən alır. Baş Prokurorluqdan xahiş edirik ki, Unibankın ev maxinasiyaları ilə bağlı bütün talançılıq, soyğunçuluq aktlarını araşdırsın, bütün mühasibat kağızları geniş şəkildə yoxlasın. Bu gün sadə Azərbaycan vətəndaşları böyük bir cinayət cindikatı ilə üz-üzə qalıb. Dövlət öz vətəndaşlarını qorumalıdır, sələmçi reketləri yox!
Biz o vaxt evimizi rahat şəkildə 75 min manata sata bilərdik, amma bizi tələyə salıb evimizi 43 min dollara (34 min manata) girov götürdülər. Bizə isə cəmi 19 min manat verdilər, dediyim kimi 15 min manatı maşının köhnə borcuna çıxdılar. Lakin… bizə kağız verdilər ki, Unibanka nə az nə çox, 64 min dollar pul ödəməlisiniz. 43 minə qarşı 64 min! Götürdüyümüz pulun üstündə bunlara 21 min dollar sələm ödəməliydik. Təxminən 50 faiz! Eşidirsinizmi, hörmətli Azərbaycanımızın dövlət rəhbərləri, idarəçi cənabları! Unibank 50 faizlik kredit paylayır. Verdiyi 43 min dolların üstündə 21 min dollar sələm alır!”
***
Şikayətlər bununla bitmir. Hətta bir neçə jurnalist Unibank-dan kredit almaq istəyib. Lakin bank heç bir sənəd göstərmədən jurnalistlərə kredit verilmədiyini bildirib.
Daxil olan məlumatda o da bildirilir ki, Unibankın hüquqi ünvanları vaxtilə iş adamlarının evləri olub. Lakin daha sonra dəyişikliklər edilib. Eyni zamanda deyilənlərə görə bank yüksək vəzifəli, yaşlı bir şəxsin nəzarətindədir. Bununla bağlı araşdırmamız başa çatdıqdan sonra əlavə məlumat kimi yeni yazı dərc edəcəyik.
***
Onu da bildirək ki, bankların həyata keçirdiyi kredit siyasətinin əsasında isə müştəri yığmaq üçün hazırlanan cəlbedici səslənən reklamlar dayanır. Paytaxt küçələrində, ictimai nəqliyyatda və televiziya vasitələrində “sərfəli kredit” reklamlarına tez-tez rast gəlmək olar. Ancaq bu reklamlardakı fikirlərlə reallıq arasında dağ boyda fərq var.
Bir çox hallarda özəl banklarda təlimatlar kreditin verilməsini yox, verilməməsini şərtləndirən əsas amilə çevrilir. Vətəndaş “Zaminsiz, arayışssız, tək şəxsiyyət vəsiqəsilə” reklamını görüb, üz tutur banklara. Bankda gördükləri isə onda hər şeyin fırıldaq olması barədə təsəvvür yaradır. Bakı sakinlərindən birinin də başına belə oyun gəlib. “Unibank”dan biznes işləri ilə bağlı olaraq kredit götürmək istəyən gəncin qarşısına elə şərtlər qoyublar ki, o puldan vaz keçib. Hazırda banka işi düşdüyü üçün adını deməyən vətəndaşın sözlərinə görə, “Unibank”da hər şey üzdə göründüyü kimi deyil: “Kiçik biznesimi inkişaf etdirmək məqsədilə banka müraciət etdim. Hər gün televizorda elan edirlər ki, təkcə şəxsiyyət vəsiqəsilə kredit verilir. Banka gedəndə məndən iş yerindən arayış və zamin də tələb etdilər. Üstəlik, bildirdilər ki, işlədiyin müəssisənin telefon nömrələrini verməlisən. Mən onlara deyəndə ki, dövlət işində işləmirəm, kredit verməkdən imtina etdilər. Axı, bank irəli sürdüyü kredit şərtlərində belə müddəalar qoymur. “Unibank”dan sonra “Yapıkredibank”a da getdim. Orda da eyni vəziyyətdir. Belə başa düşdüm ki, bankların sərfəli kredit adlandırdıqları şeylər əslində, vətəndaşları aldatmaqdan başqa bir iş deyil. Bütün ölkəyə car çəkirlər ki, kreditlər ən aşağı faiz dərəcələri ilə verilir. Kredit götürmək istəyəndə isə görürsən ki, faizlər həddən artıq yüksəkdir. Mərkəzi Bank tərəfindən yerli banklara nəzarət zəifdir.
Bu səbəbdən hansı bank necə istəyirsə, elə də siyasət müəyyənləşdirir”.
Eyni zamanda Unibank-dan kredit götürmək istəyən müşdərilərdən arayış tələb olunur. Bank işçiləri həmin arayışda 1000-1500 manat maaş aldığını təsdiqləməlisən. Əks təqdirdə bankdan kredit əldə etmək mümkünsüz olur.
Bunlardan əlavə reklamlarda faizsiz və zaminsiz kreditlər deyib insanları aldadan bank sonradan onlardan faiz tutur. Faizlər götürülən kreditin məbləğinə uyğun olaraq ölçülür. Müştərilər bankda faizlərin yüksək olduğundan şikayət edirlər.
elitar.az

Комментариев нет:
Отправить комментарий