23.04.2013

Boston terroru -qurulmuş teatr

Boston terrorunun pərdəarxası

Bostondakı partlayış banal teatr tamaşasıdır. Mən həmin marafona web kameradan baxdım.

Birinci partlayışdan sonra çoxlu tüstü qalxdı. Ərazini əhatəyə alan polislərin bəziləri hətta partlayış səsini eşitmədi.

Partlayış baş verən ərazidən əks istiqamətdə qaçan onlarla idmançıdan isə yalnız ikisi yerə yıxıldı. Real partlayış nəticəsində qəlpələr 20 metr radiusda yayılmalı idi. Ancaq Bostondakı partlayışda bu müşahidə olunmadı. Partlayışdan dərhal sonra isə video və fotolar yayıldı. Və aydın oldu ki, bütün bunlar əvvəlcədən - aktyorların köməyi ilə planlaşdırılıb. Hətta bu hadisənin rejissorları hər şeyin ideal alınması üçün çox da cəhd göstərməmişdilər- "xalq onsuz da inanacaq, əsas odur ki, yerə boyanı çox tökmək və fotoları keyfiyyətli çəkmək lazımdır!"



Bu hadisədə birinci növbədə "şoka düşümüş qurbanlara" və xərəyə uzadılmış insanların sifətinə nəzər yetirmək lazımdır!!!

Bütün dünyaya yayılan bu şedevr foto əlbəttə, şok və nifrət yaradır. Amma gəlin, həmin fotoya diqqətlə nəzər yetirək.



Bu oğlan niyə əlil arabasında oturub, bəyəm xərək tapılmırdı?!! Xeyr, sadəcə, əlil arabasında onun fotosu daha effektli görünür. Bu vətəndaşın hər iki ayağı "üzülüb". O maksimum 2 dəqiqədən sonra qan itkisindən ölməli idi. Şəkildəki adam isə situasiyadan tamamilə razı halda oturub və yəqin ki, bu tamaşadan əldə edəcəyi qonorarı hara xərcləmək haqqında düşünür. Bu foto yalnız orduda xidmət etməyən, döyüşməyən, hər iki ayağını itirən adamı görməyənləri təsirləndirə və həyəcanlandıra bilər. Məndə isə bu foto yalnız təbəssüm yaradır. Əgər siz partlayışda hər iki ayağınızı itirsəniz, 1 dəqiqə ərzində qanınızın yarısı ayaqlarınızdakı arteryalardan axacaq, 2 dəqiqədən sonra isə siz öləcəksiniz. İnsan orqanizmində 5-6 litr qan olur. Doğurdan da bu oğlanın hər iki ayağı üzülmüş olsaydı, hadisənin baş verdiyi yer də, zərəçəkənin üst-başı da tamamilə qan içərisində olardı. Hələ mən onu demirəm ki, o ağrıdan şoka düşər və huşunu itirərdi. Ancaq gördüyünüz kimi, o, əlil arabasında çox gümrah görünür. Bilirsiniz, o, niyə bu cür sakitdir? Ona görə ki, əslində o, ayaqlarını partlayışdan xeyli əvvəl itirib. Marafona gələndə onun protezləri var idi, partlayış zamanı isə onun protezləri çıxarılıb və onun yerinə qanlı butaforiya geyindirilib.


Gəlin, bu "zərərçəkən"ə diqqətlə baxaq. Ümumiyyətlə, bu kadr necə üzə çıxdı? Fotolara diqqət edək. Fotolardan birində "zərərçəkənin" sol tərəfində kapyuşonlu adamı görürük. O, həmin aktyorun ayaqlarını "itirməsi" səhnəsinin təşkilində iştirak edir.

Onların yanında bir qadın da var. Onun bu tamaşada rolu baş verənləri kameralardan gizlətməkdir. Bu kadr partlayışdan dərhal sonra çəkilib və zərəçəkənin nə vaxtsa kəsilmiş ayaqları aydın görünür, onun dizləri xəsarətsizdir. Heç bir sümüyü və qan görünmür. Kapyuşonlu və eynəkli adam onun ayağını qarşısını kəsərək gizlədir və "əməliyyata hazırlaşır". Şərti işarə aldıqdan sonra o, oğlanın sol ayağını qaldırır və qadını üzərindən aşırır. Bu səhnədə də oğlanın ayağında qan yoxdur! Onun ayağı da yoxdur. Çünki dediyimiz kimi, o, ayaqlarını terrordan xeyli əvvəl itirib!!! Oğlanın ayağı həqiqətən də "terror aktı" baş verəndə üzülsəydi, onun ayaqlarından qan fontan vurardı. Ancaq biz bunu görmürük. Biz onu görürük ki, partlayış baş verən kimi, qadınların araxasındakı kapyuşonlu adam qan rəngli boyanı asfalta  axıdır. Bu zaman da oğlanın ayaqlarında qan görmürük. Ayaqlarının dərisi zədələnməyib, təmiz və qurudur. Biz bu zaman onun ayaqlarındakı protezlerin çıxarıldığını və əvvəlcədən hazırlanan "kəsilmiş ayaqlar"la əvəzləndiyini görürük.


Budur əllər sürətlə işləyir və heç bir saxtakarlıq diqqəti çəkmir! Hər şey çox cəld və ideal şəkildə yerinə yetrilir. Aktyorlar yalnız asfalta qan rəngli boyanı bolluca axıda bilmirlər. Oğlan "kəsilmiş ayaqlar"ı geyinən kimi yerə axıdılan "qan"ın içində yumalanır və ağır zədə aldığı təəsuratı yaratamağa çalışır. Rolunu dava etdirən qadın isə öz üst-başına "qanı" yaxır və o da bir qırağa yıxılır. Ancaq oğlan "kəsilmiş ayaqlar"ı geyinəndə qadın sağlam idi. İndi isə gördüyünüz kimi, xərəkdə elə uzanıb ki, sanki can verir.

Bütün bunlar saxta və əvvəlcədən quraşdırılmış tamaşadır!!!



Çeçenistandan olan "terroçu" qardaşlara gəlincə, güman ki, bu da terror olayı kimi butaforiyadır. Onlar terrorçuya oxşamırlar. Qardaşlar ya "günah keçisi"dir, ya da bu şouda könüllü şəkildə iştirak edirlər. Onlardan biri artıq "ölüb". Digəri isə ölüm ayağındadır. Bir neçə aydan sonra onları kim xatırlayacaq?

Onların üzünü dəyişdirəcək, yeni pasport verəcəklər və onlar fedral hökümət hesabına sakit həyat tərzi keçirəcək. Böyük qardaş, gördüyünüz kimi yaşayır və sağlamdır. Kadrlara diqqət edin. Tapança qarşısında onu soyunmağa məcbur edərək əllərinə qandal taxırlar.
 Ancaq sonradan isə o, hansısa şəkildə "ölür" və guya müqavimət göstərdiyinə görə, öldürüldüyü açıqlanır. Onun cəsədindəki yaralar isə sanki dünya müharibəsində iştirak etdiyi təəssuratı yaradır.
Tamerlanın balaca qardaşı isə terroçuya heç oxşamır. Onun günahı yalnız ondadır ki, rüqzakla oraya gəlib və guya onu yerə qoyduqdan sonra partladıb. Ancaq terror baş verdikdən sonra biz balaca Çarnayevin başqa rüqzakla şəklini görürük. Və bu rüqzak heç də bomba qoyulan rüqzaqdan deyil.



Fotolarda 6-8 nəfərin də şəkli görünür ki, onlar da bu tamaşada iştirtak edirlər.

Əvvəlcə onlar taçaşaçı kütləsindən arxada, partlayışın baş verdiyi yerdən bir neçə metr arxada dayanırlar. Hadisə baş verən ki, öz rollarını ifa edirlər.

Balaca Çarnayevin həbs səhnəsi də quraşdırmadır. Jurnalitlərin vertolyotdan apardıqları video və foto çəkilişdə o, sakit və sağlam görünür. Əməliyyatçılarn yaydığı şəkillərdən fərqli olaraq jurnalistlərin çəklişində Çarnayev ayağından və boynudan yaralanmayıb və onun səs qumbaralarından şoka düşmədiyi görülür.


Ancaq rəsmi yayılan şəkillərdə ayağından və boynudan yaralandığı, reanimasiyada olduğu "aydın olur".

http://earth-chronicles.ru            istiqamet.com

Комментариев нет:

Отправить комментарий