21.04.2013

Mərdanovun gedişi nəyisə dəyişəcəkmi?

Günel Eyvazlı

Bu yaxınlarda gündəmdə olan əsas mövzulardan biri, Misir Mərdanovun postdan gedişi xəbəri oldu.
Misir getdi, bəs illərdə yaradılan təhsil, müəyyən çərçivələrdə təlim alan şagirdlərin sonucu necə olacaq? Ağırlıqdan ələ götürülməsi qeyri-mümkün olan çantaların aqibəti necə olacaq? Guya kitablar pulsuzdur, amma, alınan iş dəftərlərinin sorumlusu kim olacaq? Eksperimentlərə məruz qalmış gəncliyin sualllarına kim cavab verəcək?
Yazıq millətim, bir məmurun postdan gedişinə o qədər öyrəşməyib ki, Misir Mərdanovun taxtından gedişi əməlli başlı səs-küy yaratdı. İnsanların çoxu bu xəbərin gerçəkliyinə inanmadı.

Yaxşı inanadıq. İnandıq ki, bir məmuru posdan təkcə əzrayıl ala bilməz, lazım olarsa dövlətin başçısı onu taxtdan salmaq iqtidarında ola bilər. Bəs bu vaxta qədər niyə postda yerini bərkidən məmur bu xalqın aqibətinə acımır? Məgər ildən-ilə savadsızlaşan kütlənin köklərinin təhsilə bağlı olduğunu heç kim anlamır?
Analayır, çox gözəl anlayır.
İndi youtube da yayımlanan video yazılarda Mərdanovun, müəllimin məvacibi haqda danışması geniş kütləyə çatdırırlır. Axı, müəllimin məvacibinin artırılmasının sorumlusu Mərdanov deyil. Misir ancaq təhsil qanunları verə bilərdi, üstəgəl rüşvətlə içdikcə içməliydi xalaqın balalarının qanını.
Biz sərbəst düşüncə mövzusuna toxunduqda, xarici dövlət gəncləri ilə özümüzü müqayisə edirik. Səbəb o gənclərlə, biz gənclərin ayrı-ayrı təhsil görməmizdir. Azərbaycan təhsil sistemi sovet təhsil sisteminə söykənən zaman savadlı kütlə yetişdirməsi danılmazdır. Amma, burada belə natamamalıq var idi. Çünki təpədən-dırnağa keçilən bütün dərslərin arxasında konkret olaraq çərçivələrə sıxılmış ideologiya beyinlərə sırınırdı. İstər ədəbiyyat olsun, istər riyaziyyat olsun.
İbtidai siniflərdə “Həyat bilgisi” kimi fənlərin, fənn sıralarına daxil olmasını alqışlayıram, amma, bu hələ azdır.
Məktəblərdə din deyil, mənəviyyat dərsləri tədris olunmalıdır. Cəmiyyətimizdə aqresiyanın artmasının, tərbiyyəsizliyin genişlənməsinin ən başlıca səbəbi təhsildir.
Sual doğa bilər? Aqresiya?
Bəli, aqresiya.
Azərbaycan Dövlət Pedoqoji Universitetdə təhsil aldığım dövrlərdə keçirdiyim gərginliyi Allah heç bir tələbəyə göstərməsin. Çünki, imtahana tam hazır olduğum halda hüquqlarımın tapdanmasını gördükcə, məndən rüşvət tələb olunduqca daha da üsyankar olurdum. Haqqımı sonnadək tələb edirdim. 18, 19 yaşlı bir yeniyetmənin bu qədər stress keçirməsinə kim icazə verir? Hansı haqla?
Ey hörmətli müəllim səni bu hala kim qoydu?
Uzun müddətdir gündəmdə müəllimlərin ”Dövlət qulluqçusu” olması məsələsi dillərdə dolaşdı. Gündəmə gəldiyi kimi də getdi. Bizə ağızdolusu müəllim haqqında deyilmiş pafoslu sözlərə ehtiyacımız yoxdur. Bizə qızıldan heykəl də lazım deyil. Haqqımızı verin. Biz müəllimlərin haqqını verin. Bəsdirin müti hala gətirdiniz ziyalılarımızı. Yetər.
Bu ölkənin həkiminin, müəlliminin, aliminin məvacibi rahat kreslolarda əyləşmiş deputat və məmurun maaşından yüksək olmalıdır.
Təhsildə islahat deyirsiniz. Siz müəllimə yetərincə qiymət verin, təhsil öz-özünə qaydasına düşəcək.
Bizə Əlinin gedişi və Vəlinin gəlişi lazım deyil. Konkret olaraq nəticə lazımdır.
Görəsən yeni Nazirimiz nə zaman fəaliyyətə başlayacaq?
Təqribi belə olacaq. Əvvəlcə Nazirlikdə gözəl təmir işləri gedəcək, daha sonra kadr dəyişikliyi, daha sonra kitabların kökündən dəyişdirilməsi, sistemin 180 dərəcə öz oxu ətrafında dövrə vurması və.s.
Eh, bu neçənci cild kitablar olacaq nəşr olunan? Bu qədər israfçılıq nəyə dəyər? Kosmetik dəyişikliyin fayda verməyəcəyini hamımız gözəl bilirik. Bizə nətiə maraqlıdır.
Nəticə savadlı gənclik deməkdir. Nəticə sağlam cəmiyyət deməkdir. Nəticə möhkəm ailə deməkdir. Nəticə sənaye yüksəlişi deməkdir. Nəticə iqtisadiyyatın dirçəlməsi deməkdir. Nəticə ayaqları üzərində dayanmağı bacaran Azərbaycan deməkdir.

Комментариев нет:

Отправить комментарий