Vüqar Xəzaralı
Son günlər Gülüstan və Türkmənçay müqavilələrinin yenidən baxılması məsələsi İran tərəfdən eşidilməyə başlayıb. Bu birinci müqavilənin 200 illiyi ilə əlaqələndirilir. Və bir millətin, istənilən formada, birləşməsi təşəbbüsü müsbət hadisədir, o sadə səbəbə görə ki, istənilən millət ancaq bütöv formada normal inkişaf edə bilər. Ama demək asandır, yerinə yetirmək isə çətin. Çünki birləşmənin lehinə olanlardan başqa əleyhinə olanlar da var, və bunlar çoxluq təşkil edir. Və bunlar nəinki xaricdə daxildə də var. Əvvəl xarici əleyhdarlar və lehinə olanlar barədə.1. İsrail. Məncə İsrailin bunun əleyhinə olmasının səbəbləri barədə dartışmaq artıqdır. 2. Rusiya. Bax bu çox maraqlı məqamdır. Rusiya siyasi elitası anlayır ki, beləliklə Azərbaycanı birdəfəlik itirməli olacaq, və bu azmış kimi o İranı da itirməli olacaq.
Çünki Rusiya ilə İranı birləşdirən məsələ Azərbaycana Qərbi buraxmamaqdırsa, birləşmə gerçəkləşsə, bu səbəb ortadan qalxacaq. 3. Türkiyə. Azərbaycanın bir ölkədə birləşməsi Türkiyənin Osmanlını bərpa etmək planına daxil deyil. 4. Qərb. Qərbdə bu məsələyə ikili yanaşma var. Biri ondan ibarətdir ki, Azərbaycan Rusiyanın əhatə dairəsində qalsa daha yaxşıdır nəinki İranın əhatə dairəsində və bu məsələdə İsrailin də mövqeyi Rusiya ilə üst –üstə düşür. Ermənilərin də bir hissəsi bunu istəyir. Çünki Azərbaycanın birləşməsi Ermənistan üçün İran kimi dayağın itirilməsi deməkdir. Ama belə olan halda Qərbin dəstəyini daha tez əldə etmək olar. İki ildən sonra isə “erməni soyqırımının” 100 illiyidir. Və belə olsa, bu dəfə Amerika prezidenti nəhayət soyqırım sözünü dilinə gətirə bilər. Yeri gəlmişkən İsrail knessetində də “erməni soyqırımı” məsələsi ilə bağlı yaradılan komissiya da bunu sığortalamaq üçündür. Yəni Azərbaycan özünü pis aparsa...Ama Qərbdə də Azərbaycanın İranla birləşməsini istəyən qüvvələr var. Bunlar həm Azərbaycanı və həm də İranı Rusiya təsirindən çıxarmaq kimi perspektivi görməyə bilməzlər. Axı birləşmə gerçəkləşsə, yuxarıda dediyim kimi Rusiyanın təsiri burada azalacaq. İndi isə daxili elyhdarlar və lehinə olanlar. Lehinə olanlar düşünür ki, Azərbaycan birləşsə, bu Qarabağın da qayıtmasının şanslarının çoxalması deməkdir, çünki Gülüstan və Türkmənçay müqavilələri həm də ermənilərə aiddir, axı onlar İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazisində həmin müqavilələr əsasında yerləşdirilib, həmin müqavilələrin şərtlərindən də biri ermənilərin İrandan və Türkiyədən buralara yerləşdirilməsi olub. Əleydarları isə hesab edir ki, İranla birləşmə bizi demokratiyadan uzaq salacaq. San ki, indi biz çox demokratik ölkədə yaşayırıq. İranın özündə də bu məsələyə baxış fərqlidir. Bəziləri, və düşünürəm ki, haqlı olaraq düşünürlər ki, bu Azərbaycan amilinin İranda daha da güclənməsi deməkdir və bunsuz da azərbaycanlılar İranda ölkənin az qala yarısını təşkil edirdisə, bundan sonra mütləq əksəriyətini təşkil edəcəklər. Ama o biri tərəfdən mollalar bunun müsbət tərəflərini də görür. Ama onlar bu planın gerçəkləşməsi üçün nə edirlər?! Əslində heç nə. Əgər onlar İranda azərbaycanlıların haqlarını heç olmasa cüzi də olsa tanısaydılar, bu işin xeyrinə olardı. Ama təəsüf ki, biz bunu görmürük. Bir məsələ də var. Azərbaycanın (İranla) birləşməsi, bu ölkənin bütün xalqları üçün müsbət olardı. Bundan başqa Xəzər və digər daha “kiçik” məsələlər də öz həllini tapardı. Azərbaycanlıların birləşməsi istənilən formada müsbət məsələdir. Və bunun gerçəkləşdirməsi yolunda atılan istənilən təşəbbüs alqışlanmalıdır. Bu İranın daxilində də müsbət dəyişikliklərə gətirə bilər. Bu ölkənin havasınl çoxdan dəyişmək lazımdı.

Комментариев нет:
Отправить комментарий