Hafiz Mirzə
* Rusiyadan çox məşhur insanlar çıxmışdır. Amma onların çox az hissəsi əsil rus olmuşdur. Bəlkə də gəlmələr buna imkan vermədiyinə görə əsil ruslar özlərini tam ifadə edə bilməmişlər. Bütün dövrlər ərzində Rusiyanın başına nə gəlmişsə gəlmələrin ucbatından olmuş, amma heç bir nəticə çıxarılmamış və hər şey yenidən təkrar olunmuşdur. Hər xalq öz totemini xatırladır. Rus xalqının totemi olaraq ayının seçilməsi heç təsadüfi deyilmiş; ifrat səbirliyinə, yatağanlığına görə. Rusiyadan çıxmış əsil rus kökənli böyük istedad sahiblərindən biri də Qriqori Rasputin olmuşdur. 1869-cu ildə anadan olmuş bu adam öncəgörmə və fövqəlenerji qüdrətinə malik imiş. Nələr baş verəcəyindən qabaqcadan xəbər verir və bir çox xəstələri özünün mistik müalicə üsulları ilə sağaldırdı. Adamın sorağı gedib rus çarı II Nikolayın sarayına çatmışdı.
II Nikolayın oğlu Aleksey hemofiliyadan əziyyət çəkirmiş. Rasputin onu sağaldır, çarın və arvadı Aleksandra Fyodrovnanın yanında böyük hörmət qazanır. Çox keçmir ki, o, ölkənin ən etibarlı adamına çevrilir. Hətta çinovniklərin təyinatını və aradan götürülməsi işlərini də onun mistik öncəgörmələri əsasında həyata keçirdirlər. Vəzifədə qalmaq və ya vəzifəyə keçmək üçün çinovniklər arvadını, qızını onun yanına göndərirmiş. Rasputin mənsəb etibarı ilə layiq olmadığı halda əslində ölkəni bu cür idarə etməsi bir çoxlarını qıcıqlandırır və nəhayət onu öldürüb Neva çayına atırlar. Rasputinlə bağlı çox əhvalatlar müasir Rusiya ilə eynidir. Taleyin işinə bax, hətta müasir Rusiya prezidentinin soyadı da onunku ilə səsləşir. Daha çox oxşarlıq Rusiyanın mövcud durumu ilə bağlıdır. Sanki Rasputin 100 il əvvəldə durub Putinə gülümsəyir və salam göndərir. “Kakoy privet, takoy je otvet!”(“Necə salam verərsən, o cür də cavabını alarsan”) məsəli yada düşür.
* Putinin baş naziri Dima Medvedyev Şimali Qafqaz Dairəsinin sosial –iqtisadi inkişafı sahəsində problemlərin həll edilməs məqsədilə Çerkaskda keçirilən müşavirədə bildirib ki, Şimali Qafqaz Rusiyanın böyük hissəsini keyfiyyətli ərzaqla təmin edə bilər. Bununla da məlum olub ki, əslində bu müşavirədə Rusiyanın ərzaq problemi müzakirə olunurmuş. İndi o da məlum olur ki, hərdən Moskva bazarlarından qafqazlıları nə üçün qovurmuşlar. İdeya bu imiş: “Qafqazlı Qafqaza gedib işləməli, bizi yedirtməlidir!” Rasputin belə etməzdi. İnqilabdan əvvəl Rasputinin Rusiyası bütün dünyanı ərzaqla təmin etmək gücündə idi. Putinin Rusiyası isə özünün ərzaq təminatı üçün gözünü Şimalı Qafqaza dikib! Üstəlik, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Rusiyada ən sağlam vətəndaşlar məhz Şimalı Qafqaz sakinləridir. Amma buna onların əksəriyyətinin İslam inancları ilə, alkaqolsuz həyatla, qeyrət, namus və təmiz qidalanma sayəsində nail olmasını etiraf etmirlər.
* Rusiya Prezidenti kreslosunda oturan Vladimir Putin Soçi qış olimpiadası üçün tramplinlər kompleksini tikdirməli olan Rusiya Olimpiya Komitəsi sədrinin müavini Əhməd Bilalovu bu işləri vaxtında başa çatdırmadığına görə tutduğu vəzifələrdən azad edib. Halbuki yubanmaya səbəb olaraq maliyyə ayırmalarının vaxtında ödənilməməsi və ödənilərkən də üzərindən böyük məbləğdə “şapka” götürülməsi qeyd olunur. Belə ki, smeta dəyəri 1,2 milyard rubl (40 milyon dollar) nəzərdə tutulmuş obyektin ntikintisinə 8 milyard rubl (265 milyon dollar) ödənilsə də tikinti hələ ki, başa çatdırılmayıb. Çox gülməlidir. Çünki smeta dəyəri öz həddini aşarkən əlavə vəsait ayrılmasına razılıq verən strukturlar bu pulların hər dəfə səmərəsiz qalmasına göz yummalı deyildilər. Amma onlar göz yumaraq daha yeni partiya pul ayırmışlar. Belə şeylər isə heç vaxt havayı başa gəlmir. Korrupsiya göz önündədir! Rasputin sayağı olan həm də odur ki, qanunla Komitə sədrinin müavinini ölkə prezidenti deyil, Komitə sədrinin özü azad etməlidir.
* Putinin Rusiyasında Sənaye Məhsulları Nazirliyi dövlət orqanlarına istifadə üçün xarici ölkə istehsalı olan avtomobillərin alınmasını qadağan etmişdir. Dövlət orqanları yalnız Rusiya və Belarusiya istehsalı olan avtomobillər ala bilər. Bu zaman yalnız ölkədə istehsal olmayan maşınların xaricdən alınmasına icazə verilir. Ölkədə nə “Mersedes” istehsal olunur, nə “BMV”, nə də “Audi”. Deməli, lazım gələndə sərəncamı bu cür izah edib xarici marka da almaq olarmış. Yoxsa ki, bir azdan baş nazir və ya prezident işə “Jiquli”də getməli olacaqdı. Ya da ki, cinayətkarların istifadə etdiyi yüksək sürətli xarici avtomobillərin arxasınca Rusiya polisinin “Volqa” və ya “Niva” ilə necə şütüyəcəyini təsəvvür etmək heç çətin deyil.
* 2009-cu ildə Rusiya pravoslav kilsəsinin ali dini lideri seçildi. Bu günlərdə Patriarx Kiril 4 illik dini rəhbərliyinin münasibətilə çıxış edib. Onun necə dini lider olmasını dəqiqləşdirmək üçün əhali arasında sorğu keçirilib. Sorğuda iştirak edənlərin 25%-i onun kimliyini, dini adının Kiril olduğunu belə bilməyib. Patriarx Kirilin əsil adının Vladimir Qundyayev olmasını isə yəqin ki, heç 75% bilməyəcək. Bu, Rusiya patriarxının fəaliyyətinə verilən həqiqi qiymətin göstəricisidir. Bizdə isə QMİ sədri Hacı Allahşükür Paşazadəni tanımayan tapılmaz.
* Rusiya tarixən o qədər ona-buna şpion göndərib ki, indi Putinin Yaponiyanın Akita profekturasının qubernatoruna hədiyyə göndərdiyi Sibir pişiyini də cəsus kimi qəbul edirlər. Sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunur. Fikirlər artıq iki istiqamət alıb. Yaponlar yeganə xalqdır ki, onların leksikonunda söyüş yoxdur. Çünki bu xalq söyüşdən istifadə etmir. Təkcə yapon balıqçıları əsəbləşəndə söyüş söyürlər, onu da yalnız rus dilində. Bir yapon qubernatorunun nə vaxtsa hirslənib rusca söyüş söyəcəyinə Yaponiyada ümid etmirlər. Amma ikinci istiqamət mənsubları iddia edir ki, hədiyyə olaraq pişik göndərilməsi təsadüfi deyil, rus pişiyinin Kuril adalarını görən kimi “miyao...mayaoo” ( rusca: “mənimdir”) deyəcək. Yəni ki, “Kuril adalarının sizin yox, bizim olduğunu pişiklərimiz də bilir”.
* Bir holland yazıçısı Venesiya konvensiyasına əsaslanaraq Rusiya ilə dostluq əlaqələrinə son qoymağa çağırıb. Çünki Rusiya prezidenti Putin homoseksualların bir-birilə evlənməsinə və gey-parada “yox” deyib və Rusiyada bu cür adamlara qarşı antipadiya formalaşdırıb. Onun zənniycə Rusiya geylərə qucaq açmalı, eyni cinslərin evlənməsi iyrənclik hüququnu gözəllik kimi tanımalı imiş. Zavallının xəbəri yoxdur ki, Rasputinin dövründə “üzdəniraqlar” səsini çıxardardısa, boynuna daş bağlayıb Neva çayına atardılar. Heç də çimmək üçün deyil.
* Daxili İşlər Nazirliyindəki müşavirədə prezident Putin bildirib ki, onun Rusiyasında baş verən hər iki cinayətdən biri açılmır və bu vəziyyət davam edir. Kimsə Putindən soruşmayıb ki, buna görə kim cavabdehdir, o, yoxsa sadə İvan? Amma Rasputinin dövründə belə vəziyyət olardısa, Qriqori çar ailəsindəki nüfuzundan istifadə edərək məmurların yarısını istefaya göndərərdi, yarısını da təqaüdə. Qəribə orasındadır ki, Rusiya DİN-nin apardığı sorğuya əsasən əhalinin yarısının polisə inandığı, etibar etdiyi məlum olub. Bu halda Putinin Rusiyasını anlamaq çox çətindir.
* Rusiyanın Volqoqrad şəhərinin sakinləri kommunistlərin fitnəsinə uyaraq şəhərin adının dəyişdirilib əvvəlki kimi Stalinqrad olması tələbi ilə 100 min imza toplayıb RF-in dumasına təqdim ediblər. Çoxları buna öz heyrətini gizlətmir. Axı əski Sovetlər İttifaqının tamam əski lideri İosif Stalin 10 milyondan çox vətəndaşın represiya olunmasında, xalqa divan tutmasında, ölkəni həbs və cəza aparatına çevirməsində ittiham edilərək, ölümündən sonra adına olan hər şey dəyişdirilmişdi. İndi yenidən Böyük Oktyabr inqilabı olmamış və Stalin də yeni xidmətlər göstərməmişdir. Ona olan bu sevgi nədən qaynaqlanır? Şəhərin yaranış adının bərpasından söz gedirsə, Rasputinin dövründə Saritsin olmuşdur. Rusiyada nələr baş verdiyini dəqiq anlamaq üçün gərək bir şüşə “samaqon” içəsən və özünü Rasputinin yerində hiss edəsən.
* Rusiyada “QAİ” işçilərinin rüşvət almamasına görə yeni üsul kəşf olunub. Belə ki, reydə buraxılan “qaişnik” xüsusi paltar geyinir. Bu geyimin düyməsində, kəmərində və ciblərində xüsusi dalğa ötürücü qurğu quraşdırılır. “Qaişnik” rüşvət aldıqda bu ona rəhbərliyi tərəfindən inkar edilməz faktlarla sübut olunur. Amma... Çox gülməlidir... Məgər “qaişniklər” aldıqları rüşvətdən rəhbərlərinə də vermirlərmi? Rusiyada nəinki verirlər, hətta müəyyən məbləğdə “haqq” formasında çatdırırlar – eynən Rasputinin dövründəki “qorodovoy”lar və jandarmlar kimi.
* Putinin Moskvasında nəşr olunan “Drujba narodov” (“Xalqalar dostluğu”) jurnalı xalqlar arasına yeni ədavət toxumları səpən “Daş yuxular” adlı bir roman dərc edib. Romanı kimə yazdırılıb? Əkrəm Əylisli adlı azərbaycanlı hesab edilən bir yazıçıya. Əsərdə azərbaycanlılar vəhşi, əclaf, qaniçən, gic, istilaçı bir toplum kimi təsvir edilib, ermənilər isə, zavallı, zəkalı, mədəni,.. Heç demə 1918-ci ilin martında, 1990-cı ilin isə yanvarında Bakı və əyalətlərdə, 1992-ci ilin fevralında Xocalıda və son 25 il ərzində Qarabağda azərbaycanlılara qarşı qətliamları bu “zavallı” ermənilər yox, başqa planetlərdən gəlmiş humanoidlər törədibmiş. Allah adamı axırıncı eyblərdən qorusun. Əkrəm Əylislini 75 yaşında hərifləməkdən qorumadı.
* Oktyabr inqilabından əvvəlki Rusiyada bütün oğruları, dövlət əmlakını dağıdanları, fırıldaqçıları Rasputin çox asanlıqla ifşa edir və Rusiyanın siyasi elitasını əclaflardan və pozğun qadınlardan təmizləyirdi. Çünki deyilənə görə o özü daha böyük əclaf idi. Putinin Rusiyasında isə ölkə “qanuni oğrular” tərəfindən nüfuz dairələrinə bölünür, sahibkarlar həm dövlətə, həm çinovniklərə, həm də bu “qanuni oğrular”a vergi verir. Üstəlik, bu “oğrular” öz aralarında amansız müharibələr aparırlar. Kim deyirsə ki, onlar dövlətin xüsusi xidmət orqanları ilə bağlı deyillər, tam müstəqil fəaliyyət göstərirlər – böyük qələt edir. Dünyanın bütün ölkələrində böyük cinayətkar qruplar və onların liderləri birbaşa dövlət orqanları tərəfindən yaradılır, qüdrətləndirilir və xüsusi sifariş icra edirlər. Vaxtı keçdikdə, səhvləri və nöqsanları böyüdükdə dövlət özü onları aradan götürür. Elə birisi də “Ded Xasan” ləğəbli, 76 yaşlı Aslan Usoyan idi. Nüfuzunun həddən artıq şişməsi, Rusiyanın ən böyük biznes sahələrinə nəzarət eləməsi, cinayət aləmində qarşıdurmaların artması və digər faktorlar onun qətlinə səbəb oldu. Başından dəqiq snayper atəşi ilə öldürülməsi icraçının xüsusi təyinatlı giller olduğunu bildirir. Amma elə o andaca qətli Rövşən Lənkəranski adlı bir azərbaycanlı aftoritetin törətməsi ilə bağlı KİV-də məlumatlar yayıldı. Tərəflərin düşmən olmasına nəzərən xəsarət alacaqları təqdirdə qarşı tərəfin günahlandırılacağı təbiidir. Qətlin sifarışçisi də məhz bunu nəzərə alıbmış. Bir azərbaycanlı müsəlmanın Rusiya kimi nəhəng bir ölkənin kriminal aləminə rəhbərlik etməsinə yol verilə bilməzdi. Aslan Usoyanın liderliyini başa düşmək olardı. O türk və müsəlman yox, milliyətcə və din etibarı ilə yezidi kürd idi. Kürdlərin bütün dünyada ən birinci və güclü dəstəyi əski SSRİ-dən olub. Rusiya SSRİ-nin rəsmən varisidir. Rövşən Lənkəranski isə... Tvitterə qoyulmuş bir şəkildə Putinin yaninda durmuş şəxsin Ded Xasan olduğu bildirilir. Şəkildə Putin gülümsəyir. Hərçənd ki, Rusiya rəsmləri şəkildə Ded Xasanın olmasını təkzib edirlər. Həqiqətən də Ded Xasan olması əsla faciə deyil. Çar II Nikolayın Rasputini ola bilər, prezident Putinin Ded Xasanı ola bilməz?!
Rusiya mediası bu günlərdə Rövşən Lənkəranskinin guya ki, İstanbulda öldürüldüyü xəbərini yayıb. Məqsəd onun nüfuzunu sarsıtmaq imiş. Amma çox keçməyib ki, Rövşən Lənkəranski öz nəzarəti altında olan bütün aftoritetlərə Dubaydan bir MMS göndərib. Deyilənə görə o MMS şəkildə də Rövşən gülümsəyir.
* Rusiya tarixində 4 şəxsin soyadı “...in”lə bitir: Rasputin, Lenin, Yeltsin və Putin. Bu “...in”lərin iysi bizim üçün həmişə pis gəlib. Xalqımız Rasputinin dövründə imperiyanın əlindən qurtula bilmədi. Leninin dövründə daha incə məkrli rus-sovet imperiyasına ürcah oldu. Yeltsinin zamanında rus polku Xocalı soyqırımını törətdi. Allah Putinin şərindən-bəlasından etnik qruplarımızı uzaq eləsin! Amin!

Комментариев нет:
Отправить комментарий